15/08/2020 20:51
728 x 90

“Trend”in mədəniyyət şöbəsinin direktoru Vüqar İmanov Prezidentə - “biz jurnalistlər, Sizin köməkçiləriniz...”

img

“Milli mətbuatımızın 145 illiyi münasibətilə “Tərəqqi” medalı ilə təltif edilməyim 20 illik jurnalistlik fəaliyyətimdə mənim üçün ən ali mükafat, KİV-in inkişafına, milli mədəniyyətimizin və digər sahələrin ölkəmizdə və beynəlxalq səviyyədə təbliğatına cüzi töhfəmin parlaq sübutudur.

Mənim fəaliyyətimi bu qədər yüksək qiymətləndirdiyinizə görə Sizə səmimi minnətdarlığımı bildirirəm. Bu, mənim üçün böyük şərəf və ölkəmizin rifahı naminə bundan sonrakı peşəkar fəaliyyətim üçün böyük stimuldur.

Siz Prezident, Ali Baş Komandan və dünya azərbaycanlılarının lideri kimi vətənpərvərlik və yüksək mənəvi-əxlaqi dəyərlər, vətənə hədsiz sevgi nümunəsi göstərirsiniz. Bu, ən yüksək tərifə layiqdir və hər birimiz üçün vətəndaşlıq nümunəsidir. Biz jurnalistlər – Sizin köməkçiləriniz bundan sonra da öz evimizin – doğma Azərbaycanın inkişafı və firavanlaşması işinə töhfə verəcəyik”.

Bu sözləri Prezident İlham Əliyevə etdiyi müraciətdə “Trend” informasiya agentliyinin mədəniyyət şöbəsinin direktoru Vüqar İmanov bildirib.

Hazırladı: Zümrüd VƏLİYEVA

Son xəbərlər