12/08/2020 22:51
728 x 90

“Əyalət qəzetindən böyük mətbuata adi jurnalist kimi gəlmişdim” - Əməkdar jurnalist Elşən Əliyev Prezidentə yazır..

img

“Məni “Əməkdar jurnalist” fəxri adına layiq gördüyünüz üçün Sizə dərin minnətdarlığımı bildirirəm. Çox sağ olun. Mətbuatda 40 illik fəaliyyətimə verdiyiniz bu yüksək dəyər məni sevindirir, qürurlandırır. Mən Sizinlə həmyaşıdam və biz ölkəmizin ən yeni tarixinin canlı şahidləriyik, Azərbaycanın dövlət müstəqilliyinin bərpası ərəfəsində və sonrakı illərdə ağır sınaqlardan keçmişik. Yalnız ulu öndər Heydər Əliyevin cəsarəti və müdrikliyi sayəsində dövlətimiz həqiqi müstəqilliyə, xalqımız hüzura qovuşub. Bütün sahələrdə, o cümlədən, mətbuatın inkişafında yeni mərhələ başlanıb, jurnalist peşəsinin nüfuzu yüksəlib. Ulu öndərin yaratdığı möhkəm bünövrə üzərində güclü və qüdrətli Azərbaycan qurmaq missiyasını isə Siz hünərlə və şərəflə yerinə yetirirsiniz. Mətbuata və jurnalistlərə dövlət qayğısının göstərilməsi də bu missiyanın mühüm bir istiqamətidir. Kütləvi informasiya vasitələrinin fəaliyyəti üçün ölkəmizdə yaradılmış şəraitdə hər bir istedadlı jurnalistin xalq və dövlət maraqlarına xidmət etməklə peşə uğurları qazanmaq imkanı var.

...Mən Ağdamdan Bakıya - əyalət qəzetindən böyük mətbuata adi jurnalist kimi gəlmişdim. Sizin siyasətiniz və sərkərdəliyinizlə işğaldan azad ediləcək doğma yurda bu peşənin ən yüksək titulu ilə qayıdacağam. Bu qayıdışın tezliklə gerçəkləşməsi üçün hər bir əmrinizə hazıram və Sizə bir daha təşəkkür edirəm”.

Bunu Elşən Əliyev Prezident İlham Əliyevə məktubunda qeyd edib.

Hazırladı: Zümrüd VƏLİYEVA

Son xəbərlər