12/08/2020 21:46
728 x 90

Əməkdar jurnalist Akif Aşırlı Prezidentə təşəkkür müraciəti etdi…

img

“Azərbaycan milli mətbuatının yaranmasının 145-ci ildönümü münasibətilə imzaladığınız sərəncama əsasən, bir qrup vətənpərvər qələm əhlinə müxtəlif mükafatlar, fəxri adlar verilib. Nə xoş ki, bu sırada mənim də adım var, Azərbaycan Respublikasının "Əməkdar jurnalist"i adına layiq görülmüşəm. Sizin qayğınızla əhatə olunan Azərbaycan mətbuatının bir nümayəndəsi olaraq qeyd edim ki, son 15 il ərzində rəhbərlik etdiyim "Şərq" qəzetinin 4 əməkdaşı müxtəlif dövlət təltifi ilə mükafatlandırılıb, 5 əməkdaşı evlə təmin olunub. Hazırda "Şərq" qəzeti gündəlik nəşrini bərpa edib, rəngli formatda işıq üzü görür.

…Mətbuatın cəmiyyətdə əhəmiyyətli rolunu hər zaman diqqətdə saxladığınıza, peşə fəaliyyətimizi dəyərləndirdiyinizə görə Sizə təşəkkürümü bildirirəm. Apardığınız ardıcıl, dinamik siyasətin nəticələri media sektorunda öz bəhrəsini verir, Həsən bəy Zərdabi ənənələrinə söykənən milli jurnalistika sistemimiz növbəti inkişaf mərhələsini yaşayır. Sizin qətiyyətiniz, iradəniz və məqsədyönlü siyasətiniz nəticəsində düşmənə aman verməyən yenilməz Azərbaycan Milli Ordusu kimi, bu gün güclü söz, mətbuat, jurnalist ordusu da formalaşıb. Bu möhtəşəm ordu Azərbaycan dövlətinin yanındadır”.

Bu fikirləri “Şərq” qəzetinin baş redaktoru Akif Aşırlı Prezident İlham Əliyevə müraciətində bildirib.

Hazırladı: Zümrüd VƏLİYEVA

Son xəbərlər