“Xəzər FM” radiosunun direktoru Denis Mayorov Prezident İlham Əliyevə müraciət edən media təmsilçilərindəndir.
“Milli mətbuatımızın 145 illik yubileyi münasibətilə məni və digər jurnalist həmkarlarımı fəxri adlara və mükafatlara layiq görməyiniz bizi hədsiz dərəcədə sevindirdi. Bu, qələmə, sözə, zəhmətə Sizin tərəfinizdən verilən dəyərdir və bizi Azərbaycan mətbuatının inkişafı üçün daha da böyük işlər görməyə ruhlandırır. Məni “Tərəqqi” medalına layiq gördüyünüz üçün Sizə sonsuz dərəcədə minnətdaram. Bildirmək istəyirəm ki, biz jurnalistlər və KİV nümayəndələri Sizin siyası kursunuzu hər zaman dəstəkləyirik, dövlətimizin inkişafı üçün gördüyünüz bütün işlərdə yanınızdayıq” - deyə D.Mayorov bildirib.