“Səs” qəzetinin kollektivi adından Əməkdar jurnalist Bəhruz Quliyev Prezident İlham Əliyevə müraciət ünvanlayıb.
“Ümummilli liderimiz Heydər Əliyevin siyasi kursunun layiqli davamçısı kimi Siz hər zaman mətbuatın inkişafına və tərəqqisinə olan dəstəyinizi göstərməklə yanaşı, jurnalistləri ən yaxın köməkçiləriniz kimi qiymətləndirmisiniz. Mətbuatımızın yubileylərinin qeyd edilməsində, media nümayəndələrinin təltif olunmasında, jurnalistlərin sosial və mənzıl-məişət problemlərinin həlli istiqamətində daim təqdirəlayiq addımlar atmaqla yanaşı, həm də qayğınızı əsirgəməmisiniz. Bu sahəyə aid sərəncamlarınız və verdiyiniz mühüm qərarlar mətbuatımızın 145 illik yubileyində də öz təsdiqini tapmış oldu. Xüsusilə dünyanı cənginə alan COVID-19 pandemiyası və işğalçı Ermənistanın hərbi təxribatlarına qarşı mübarizə tədbirlərinin gücləndirildiyi bir vaxtda Sizin mətbuat nümayəndələrini təltif etməyiniz bizlərə sonsuz fərəh və sevinc hissləri yaşatmış oldu.
Müstəqil mətbuatımızın və ulu öndər Heydər Əliyev ideyalarına söykənən, eləcə də dövlətçilik ənənələrimizin ilk carçılarından olan “Səs” qəzetinin əməkdaşlarının da bu sırada yer alması bizə ikiqat sevinc yaşatmış oldu. Əməyimizə verdiyiniz yüksək qiymətə görə Sizə dərin minnətdarlığımızı bildiririk. Sizi əmin edirik ki, “Səs" qəzetinin kollektivi öz dövlətçilik mübarizəsi ənənəsi ilə bundan sonra da həyata keçirdiyiniz siyasəti var gücü ilə dəstəkləyəcək, öncül təbliğatçınız və əqidə dəstəkçiniz olmaqla sədaqətini nümayiş etdirəcək” - deyə B.Quliyev qeyd edib.
Baki-xeber.com