Bazar ertəsi günü, 02 noyabr 2026
     

Dünya yeni geosiyasi təlatümə sürüklənir - iqtisadi güclər qarşılıqlı koronavirus ittihamı səsləndirir, mücərrəd “müvəqqəti” ümumdünya hökumətinin yaradılması çağırışları var...

Image


 Dünyanı təhdid etməkdə davam edən koronavirus tədricən geosiyasi müstəvidə yeni gərginliyə də rəvac verməkdədir. İqtisadi və siyasi cəhətdən dünya nizamına  təsir edən ölkələr arasında artıq indidən ziddiyyətlər müşahidə olunmaqda, yeni çəkişmə əlamətləri qeydə alınmaqdadır. Görünən budur ki, koronavirus indiki halda dünya iqtisadiyyatını sarsıtmaqda, dövlətlərin mövqeyinə təsir göstərməkdədir. Belə vəziyyətdə koronavirus məsələsindən sonra dünyada kimin hakim mövqedə olacağı ətrafında indidən cəhdlər qeydə alınır.

Hazırda bu proses dünyanın bir və iki nömrəli iqtisadi güc mərkəzləri sayılan ABŞ və Çin arasında özünü  qabarıq büruzə verir. Çin Xarici İşlər Nazirliyinin sözçüsü Çjao Lipszyan hələ də hesab edir ki, virusu ABŞ  hərbçiləri yaya bilər. O bildirir ki, virusu Uhana ABŞ hərbçiləri gətirib. Amma ABŞ-da fərqli düşünürlər. Hətta ABŞ-da Çinin səlahiyyətli şəxslərinə və rəsmi qurumlarına qarşı 20 trilyon dollarlıq iddia qaldırılıb. Məlumata görə, amerikalı hüquqşünas Lerri Kleymenin vəkillik xidmətləri təqdim edən “Fridom Voç” şirkəti və onun vəkilliyini etdiyi Texasın “Bazz Fotos” qrupu Çin hökuməti, Çin ordusu, Uhan Virusoloji İnstitutu, Uhan Virusoloji İnstitutunun direktoru Şi Zengli və Çin ordusunun general-mayoru Çen Veyə qarşı məhkəmə davası açıb. İddiaçılar koronavirus infeksiyasının Çin səlahiyyətliləri tərəfindən hazırlanmış bioloji silah olduğunu iddia edərək, sözügedən cavabdehlərə Çinin ümumi daxili məhsulundan daha çox - 20 trilyon dollarlıq təzminat tələbi qoyub. Onlar Çini dünya vətəndaşlarının ölümünə vasitəçi olmaqda, terrorçulara maddi dəstək verməkdə, ABŞ vətəndaşlarının yaralanmasına və ölümünə səbəb olan sui-qəsd hazırlamaqda və səhlənkarlıqda ittiham edib.

İddiaçılar virusun Uhan Virusologiya İnstitutundan yayıldığını iddia edir və bildirirlər ki, COVID-19 virusu Çin tərəfindən dünya əhalisini kütləvi şəkildə öldürmək üçün hazırlanıb. İddiaçı tərəf bioloji silahların 1925-ci ildən qadağan edildiyini xatırladaraq, belə bir bioloji silahın hazırlanmasını terrorla birbaşa əlaqəsi olan kütləvi qırğın silahı adlandırıb. İddiaçılar müxtəlif media hesabatlarına əsasən bildiriblər ki, Uhanda yeni növ koronavirusu saxlayacaq sadəcə bir mikrobiologiya laboratoriyası var. Kleymen və iddiaçılar, həmçinin, koronavirus haqqında danışan və "beynəlxalq aləmdə həyəcan siqnalını qaldıran" Çin həkimləri və tədqiqatçılarının susdurulduğunu da iddia ediblər. Onlar əlavə ediblər ki, bu, general-mayor Çenin özünə və komandasının altı üzvünə hələ sınaqdan keçirilməmiş bir peyvəndi vurduqdan sonra meydana gələn bir virusdur. Şikayətçilər bütün müttəhimlərin beynəlxalq terrorizmi davam etdirmək üçün birlikdə çalışdıqlarını iddia edib. Koronavirusun Çində daha asta sürətlə yayıldığı da ittihamda qeyd edilib və Çində ABŞ kimi düşmən qəbul edilən bir və ya bir neçə ölkənin əhalisinə qarşı istifadə edilmək üçün bu virusun xüsusi hazırlandığı bildirilib. Məsələni şərh edən rus ekspert Qriqori Trofimçuk bildirib ki, əslində burada ABŞ-ın məqsədləri var. O hesab edir ki, ABŞ indidən  koronavirusdan sonrakı dünyanın mənzərəsini yaratmağa başlayır. Çin Xalq Respublikasına qarşı iddiaların hazırlanması da məhz bu seriyadandır. Ekspertin sözlərinə görə, bir çox ölkə hazırda ətraflarında nə baş verdiyini anlamır. Bəziləri isə Moldova kimi artıq sağ qalmaq mübarizəsindədir, çünki öz iqtisadiyyatlarını qorumaq üçün ciddi addımlar atmaq iqtidarında deyillər.Trofimçukun sözlərinə görə, nadir istisnaları nəzərə almasaq, koronavirus bu və ya digər dərəcədə müstəqil siyasət aparan ölkələri, o cümlədən Avropa dövlətlərini vurur:“Daha dəqiq desək, postsovet və Avrasiya məkanının yenidən qurulması prosesi davam edir, sadəcə olaraq fərqli üsullarla. Bəzi dövlətlər pandemiyadan sonra Qərb kreditləri ilə tilova keçiriləcək, digərləri isə bu istiqamətdə daha asılı vəziyyətə düşəcəklər. Burada əsas məsələ Vaşinqtonla Ər-Riyadın birlikdə neftin qiymətinin aşağı salınmasına nail olması və bunu hansı müddətə qədər nəzarətdə saxlaya biləcəkləridir. Onlar bundan sonra da bu mövqedə qalmağa davam etsələr, bu, iki böyük gücün konkret dövlətləri, o cümlədən postsovet məkanındakı ölkələri məhv etmək niyyətindən xəbər verəcək”.

Politoloq, həmçinin, 11 sentyabr 2001-ci ildə Dünya Biznes Mərkəzinə edilən hücumdan sonra baş verənləri xatırladaraq deyib: “ABŞ bu hadisənin “beynəlxalq terrorun” təzahürü olduğunu elan etdi və dünya ictimaiyyətini bu prosesi dəstəkləməyə təhrik etdi. Hazırda, 2020-ci ildə dünya idarəçiliyinin ikinci mərhələsi – əvvəlki kimi vahid mərkəzdən və daha texnoloji üsullarla idarəsinin yeni dövrü başlayır. Biz görürük ki, yenə də bütün dövlətlər başqası tərəfindən hazırlanan proqrama itaətlə əməl etməyə başlayıb. Bu azmış kimi, artıq baş verənləri koordinasiya edəcək “müvəqqəti” ümumdünya hökumətinin yaradılması çağırışları eşidilir. Daha sadə dillə desək, postsovet məkanı parçalanmağa davam edəcək. Əlbəttə ki, onlar birləşib birgə müqavimət göstərə bilərlər, lakin əslində bu, qeyri-real səslənir. Çünki bunun üçün ən azından aşağıdakı iki faktoru nəzərə almaq lazımdır: a) koronavirus təhdidinin tibbi deyil, siyasi baxımdan ortaq dəyərləndirilməsi; b) birgə əks-tədbirlər həyata keçirmək (təkcə tibbi baxımdan deyil). Nə qədər ki, biz bir-birimizə virusa qalib gəlmək üçün məsləhətlər veririk, ABŞ öz strateji və qlobal məsələlərini həll edir”.

Təbii ki, bura Avropa və Rusiyanın da iddiları daxil edilə bilər. Beləliklə, dünya hələlik görünməyəcək bir bəla ilə üz-üzədir: özünü ən mədəni sayan cəmiyyətlərdən tutmuş ən geri qalanlarınadək.  Burada başlanan yeni geosiyasi çəkişmə isə vəziyyəti daha da qəlizləşdirir.

Nahid SALAYEV

 



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

Orta Dəhliz Avropa ilə Asiya arasında ən təhlükəsiz marşrut seçildi...

SON XƏBƏRLƏR

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Zəfər Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

31.10.2026 / 17:50
Polşa hökuməti dünənki qarşıdurmaya belə haqq qazandırdı – bunu etməsəydik ölkə prezident respublikasına çevriləcəkdi…

31.10.2026 / 17:35
Britaniya Baş naziri kölə ticarətinə görə üzr istəməyə hazır olduğunu açıqladı – təzminat tələbini isə rədd etdi…

31.10.2026 / 17:11
Polşada prezident-hökumət qarşıdurması dərinləşir - prezidentə qarşı prokurorluğa çağırış edildi…

31.10.2026 / 16:45
ABŞ 4 noyabrda İrana hücum edə bilər - Körfəz ölkələri Vaşinqtona çağırış etdi…

31.10.2026 / 16:26
XİN Feridun Sinirlioğlunun BMT Baş katibi vəzifəsinə namizədliyini alqışladı

31.10.2026 / 14:58
Polşada gərginlik artır – Konstitusiya Məhkəməsinin ələ keçirilməsinə qarşı çıxan iki səfir istefa verdi...

31.10.2026 / 14:33
G20 toplantısında “ailə fotosu” gərginliyi – avropalılar Lavrovla şəkil çəkdirməkdən imtina etdi…

31.10.2026 / 14:07
"Orqan transplantasiyası gözləyən xəstələrin sayı kifayət qədər çoxdur" - Əhliman Əmiraslanov

31.10.2026 / 13:46
Polşa xarici işlər naziri Konstitusiya Məhkəməsinə basqın edən polisləri müdafiə etdi…

31.10.2026 / 13:22
Bakı–Tbilisi qatarının biletləri 30 faiz ucuzlaşır - YENİ QİYMƏTLƏR...

31.10.2026 / 13:02
Zakir Həsənov türkiyəli həmkarına başsağlığı verdi

31.10.2026 / 12:58
Türkiyə ordusunun əsgəri sərhəd pozucularının qarşısını alarkən şəhid oldu

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ