çərşənbə axşamı günü, 03 noyabr 2026
     

Qarabağ təcavüzkarlığı üzündən regional təcridə düşmüş Ermənistan üçün yeni problem – ordu koronavirusa təslim olur

Image


Aparılan araşdırmalar hazırda koronavirus təhdidinə qarşı regionda ən zəif ölkə qismində işğalçı Ermənistanın çıxış etdiyini göstərir. Belə görünür ki, bu virus regionda ən çox Ermənistan üçün böyük problem yaradacaq. Bunu düşmən ölkədə də etiraf edənlərin sayı artır. Qeyd edilənlər fonunda Ermənistan üçün qorxu yaradan daha bir məqam yayılan virusun orduya da sirayət edə biləcəyidir.

Əslində, qeyri-rəsmi məlumatlar artıq koronavirusun Ermənistan ordusu üçün də ciddi problemə çevrilməkdə olduğunu üzə çıxarır. Onsuz da baxımsızlıqdan və müxtəlif yoluxucu xəstəliklərdən əziyyət çəkən bir ordunun koronavirus bəlasına da tuş gəlməsi düşmən silahlı qüvvələrinin daha sürətlə çöküşünə rəvac verən amillərdən saylır. Ermənistanın “Milli gündəm” partiyasının şura üzvü Avetik Çalabyan bildirir ki, belə vəziyyət mütləq mənada Dağlıq Qarabağ münaqişəsinə də öz təsirini göstərəcək. O hesab edir ki, bu halda erməni ordusunun Azərbaycanın qarşısında dayanması daha da çətinləşəcək: “Ermənistanda koronavirusa yoluxmuş yeni hallar təsdiq olunanda təbliğatı dayandırmağa və bütün ciddiliyilə, məsuliyyətlə ölkəni epidemiyadan qorumaq üçün hazırlaşmağa çağırış etmişdim. Amma buna əhəmiyyət verən olmadı. İndi yaranan vəziyyətdə ordunu virusun yayılmasından kənar saxlamaq xüsusi əhəmiyyət kəsb edir, çünki o, ölkənin təhlükəsizliyi üçün katastrofik nəticələrə gətirib çıxara bilər. Təəssüf ki, ötən  müddət ərzində infeksiya ölkəmizdə sürətlə yayılmağa başladı. Bu virus Qarabağda yerləşən hərbi hissələrdə genişlənsə, bizi ciddi problemlər gözləyir. Burada ordunun qismən parçalanması belə həyati nəticələrə səbəb ola bilər”.

Real durum göstərir ki, əslində, yaxın tezlikdə  koronavirus təkcə erməni ordusu yox, bütün Ermənistan üçün ciddi bəlaya çevriləcək. “Qraparak” nəşri də yazır ki, Ümümdünya Səhiyyə Təşkilatının (ÜST) nümayəndələri Ermənistanın koronavirusun öhdəsindən gələ bilməyəcəyi qənaətindədir. Nəşrin məlumatına görə, ÜST-in nümayəndələri bir neçə gün Ermənistanda olub və  onlar böyük xəstəxanaların koronavirusa tab gətirməyə hazır olub-olmadığı ilə bağlı monitorinq aparıblar. Xəstəxanalardan birinin məsul şəxsi onların hansı nəticəyə gəldiklərini açıqlayıb: "ÜST hesab edir ki, xəstələr artacağı təqdirdə Ermənistan virusun öhdəsindən gələ bilməyəcək və kənardan kömək olmadan müqavimət göstərmək imkanına malik deyil”. 
Xəstəxananın nümayəndəsi əlavə edib ki, çarpayıların sayında, dərmanların həcmində də problem var. Rəsmi məlumatlara əsasən, Ermənistanda koronavirusa yoluxanların sayı 60-a yaxınlaşır. Ermənistanda koronavirusla bağlı fövqəladə vəziyyət rejimi elan edilsə də, bu da xəstəliyin genişlənməsinin qarşısını ala bilmir. Hətta Ermənistanın baş naziri Nikol Paşinyan və xanımı da koronavirusa yoluxma şübhəsi ilə karantindədir. Erməni baş nazir hazırda qədim Göyçə mahalında yerləşən qərargahındadır. Məlumata görə, Paşinyanın həyat yoldaşı ötən həftə Braziliya prezidentinin xanımı ilə görüşəndən sonra onların koronavirusa yoluxma şübhəsi yaranıb. “Parlaq Ermənistan” partiyasının deputatı Ani Samsonyan bildirir ki, bu durumda Ermənistanda koronavirusa qarşı daha ciddi addımlar atılmalı, məsələn, gələn ay keçirilməsi nəzərdə tutulan referendum ləğv olunmalıdır. Amma onun sözlərinə görə, Paşinyan referendumu təxirə salmaq əvəzinə Göyçədə özünü təcrid edir: "Belə məsuliyyətli məqamda İrəvan merinin də Paşinyandan nümunə götürüb paytaxtda olmadığına təəccüblənmirəm. Çünki o, ümumiyyətlə məsuliyyətsiz bir insan olduğu üçün paytaxtla maraqlanmır. Ancaq məni müxalifətin referendumu təxirə salmağı təklif etdiyi zaman Ermənistanın baş nazirinin “xalqı referendumu təxirə salmaq çağrışları ilə qorxutmayın” deməsi təəccübləndirir. Referendumu təxirə salmaq əvəzinə, Göyçədə özünü təcrid edir”. O bildirir ki, tədbirlərin yetersizliyi üzündən koronavirus Ermənistanda sürətlə yayılır. İndi bu virusun orduya sirayət etməsi şəxsi heyət sarıdan onsuz da problem yaşayan Ermənistan üçün çox ciddi məsələ deməkdir. Əslində, yayılan məlumata əsasən, Ermənistan-Azərbaycan qoşunlarının təmas xəttində yerləşən erməni hərbi bölmələrində kütləvi xəstəlik yayılıb. Erməni mediası bunun  hansısa infeksion xəstəlik yox, məhz koronavirus olması barədə iddialar səsləndirir. Burada erməni əsgərlərin Ağdərə və Xankəndidə yerləşən hospitallara aparıldığı bildirilir. Xəstələrdə müşahidə olunan əsas əlamətlər halsızlıq və kəskin hərarətdir. Bunlar da koronavirusa xasdır və o üzdən demək olar ki, Ermənistan ordusunda da koronavirus yayılıb. Lakin Ermənistan hökuməti, hələ ki, bunu gizlətməyə çalışır. Amma aydındır ki, bu hal uzun sürə bilməz.

Məsələnin maraqlı tərəfi həm də ondan ibarətdir ki, problemi Ermənistan təkbaşına həll etmək və bunun qarşısını almaq gücündə deyil. Belə bir vaxtda Ermənistanda sosial şəbəkələrdə yayılan məlumatlara görə, Qafanda yerləşən hərbi hissələrdən birində xidmət edən hərbi qulluqçu İqor Sarkisyan da koronovirusa yoluxduğu üçün təcili hospitala yerləşdirilib. Hərbi qulluqçunun koronavirusa yoluxduğuna dair xəbər verilməsinə baxmayaraq, bu onun valideynlərindən və ictimaiyyətdən gizlədilir. Hərbi qulluqçu təcrid edilərək karantinə alınıb. Onun ailə üzvləri ilə əlaqə saxlanılmasına da icazə verilmir. Ermənistan rəhbərliyi isə hələ də orduda bu xəstəliyin aşkar edilmədiyi və koronavirusla mübarizə aparmaqla bağlı açıqlamalar verməklə əhalini sakitləşdirməyə çalışır. Amma reallıq tamam başqadır. Xüsusilə Azərbaycanın işğal edilmiş yaşayış məntəqələrində yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində acınacaqlı vəziyyət, tibb xidmətinin yarıtmazlığı və tibbi ləvazimatların qıtlığı özünü qabarıq büruzə verir. Şəxsi heyət arasında kəskin respirator xəstəliklərin artması burada az qala adi hal kimi qəbul olunur. Yoluxucu xəstəliklərin yayılmasının qarşısını almaq üçün, demək olar ki, hansısa ciddi addım atılmır. Zabit və gizirlərin şəxsi heyətin sağlamlığına biganə yanaşmaqda davam etməsi isə vəziyyəti daha da ağırlaşdırır. Həmçinin əsgərlərin antisanitariya şəraitində xidmət aparması səbəbindən sağlamlıq məsələsi orduda böyük problem kimi özünü büruzə verir. Ermənistan ordusunun böhranlı durumunu göstərən faktlardan biri də odur ki, hərbi qulluqçular arasında xəstələrin sayının kütləvi şəkildə artması nəticəsində hərbi hospitallarda yer çatışmır, buna görə də bir bölgədəki xəstə zabit, yaxud əsgər müalicə üçün çox uzaq məntəqəyə getməli olur. Bu vəziyyət işğalçı ordunun Qarabağ ərazisində yerləşən hərbi hissələrində daha kütləvi hal alıb. Məhz bu vəziyyət üzündən koronavirusun yayıldığı halda qısa müddətdə erməni ordusunu tam çökdürməsi qaçılmaz sayılır.

Bu virusun erməni ordusuna sirayət etməsi, ekspertlərin fikrincə, orduda şəxsi heyət sarıdan yaşanan problemin miqyasını daha da genişləndirəcək. Məlumdur ki, Ermənistan ordusu ildən-ilə daha ciddi şəkildə çağırışçı problemi ilə üzləşir və hərbi hissələrin komplektləşdirilməsi mümkünsüz xarakter alır. Əsas səbəblərdən biri isə Ermənistanda demoqrafik problemin getdikcə daha da dərinləşməsidir. Hazırda Ermənistanda şəxsi heyətlə tam şəkildə komplektləşdirilə bilən hansısa hərbi hissə yoxdur. Əksinə, ordunun şəxsi heyətlə təminatı durmadan pisləşir, real hərbçilərin sayı azalır. Eləcə də qanundankənar halların çox olması üzündən valiydenlər övladlarını ordudan yayındırmağa çalışır. Xüsusən də valideynlər zəbt edilmiş Azərbaycan ərazilərinə övladlarını göndərməkdən qaçır. Bu halda bir məsələ də sirr deyil ki, işğal edilmiş yaşayış məntəqələrimizdə yerləşdirilən Ermənistan silahlı qüvvələrinin hərbi hissələrində mövcud olan acınacaqlı vəziyyət, fiziki və mənəvi təzyiqlərə məruz qalma səbəbindən tərxis olunaraq xidmətdən getmək istəyən hərbi qulluqçuların sayı da  xeyli artıb. Tərxis olunma ilə bağlı müraciət edənlərin çox olması və şəxsi heyətin çatışmazlığı səbəbindən komandanlıq bu addımı atanları müxtəlif bəhanələrlə ehtiyata buraxmaqdan imtina edir, onları zorla hərbi hissədə saxlamağa çalışır. Bu fonda təsadüfi deyil ki, fərari əsgər sayına görə də Ermənistan ordusu ön sıralardadır. Ekspertlərin fikrincə, acınacaqlı vəziyyətdə qulluq etmək istəməyən əsgərlər hərbi hissələri tərk edir. Məcburi hərbi xidmətdən yayınmaya görə müxtəlif illərdə minlərlə əsgərə cinayət işinin açılması da bunun təsdiqidir. Amma bu da istənilən nəticəni vermir. Artan hərbi itkilər də burada az rol oynamır. Ümumilikdə son illərdə Ermənistan ordusu cəbhə xəttində, döyüş şəraitində hər il orta hesabla 60-80 arası hərbi qulluqçusunu itirir. Bundan əlavə, hər il 100-dən çox əsgər digər hadisələrdən, məsələn, avtoqəza, silahla ehtiyatsız davranış, xəstəliklər, intihar və digər hallardan dünyasını dəyişir. İndi bütün bunların sırasına orduda koronavirusun yayılması təhdidi də daxil olur. Hesab edilir ki, bu hal daha çox sayda hərbçinin sıradan çıxmasına, eləcə də ordudan yayınanların sayının artmasına gətirib çıxaracaq. Təbii ki, bu hal onsuz da zəif olan Ermənistan ordusunun çöküşünü daha sürətli hala gətirəcək. Belə vəziyyətdə Qarabağ məsələsinin hərbi həllinin akutallaşması isə Ermənistanın üzləşdiyi problemin miqyasının daha ga genişlənməsi, müqavimət imkanlarının daha da azalması deməkdir.

Tahir TAĞIYEV

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında Kütləvi İnformasiya Vasitələrinin İnkişafına Dövlət Dəstəyi Fondunun maliyyə dəstəyilə çap olunur.



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

Məhkəmə hakimlərinin yeni "Etik Qaydaları"nda bir vacib məqam unuduldu...

Ramiz Mehdiyevin təltiflərdən məhrum edilməsinin hüquqi mexanizmləri var...

SON XƏBƏRLƏR

03.11.2026 / 09:35
Ukrayna Rusiyanın ən böyük neft zavodlarından birinə ikinci dəfə zərbə endirdi...

03.11.2026 / 09:11
Özəl məktəblərdə təhsil haqlarında kəskin artım... Qiymətlərdən şoka düşəcəksiniz - 22 700 manat...

03.11.2026 / 08:50
Mingəçevirdə hesab üstündə kafe sahibinə xəsarət yetirən şəxs yaxalandı

02.11.2026 / 23:20
ABŞ yaxın günlərdə İranın Pikaks dağına atom bombası ata bilər - körfəzdə FƏLAKƏT XƏBƏRDARLIĞI…

02.11.2026 / 23:02
Bunu səfir Birol Akgünə açıq məktubum kimi də oxuya bilərsiniz - Aydın QULİYEV yazır...

02.11.2026 / 22:34
Tramp uğursuz İran əməliyyatına görə "günah keçisi" axtarır - Pentaqon rəhbəri qurban verilə bilər…

02.11.2026 / 21:51
Azərbaycanda dollarla bağlı qeyri-sabit proses başlayıb...

02.11.2026 / 21:33
Tramp Putinin “əsirliyində” - müvafiq əməliyyat 2013-cü ildə başlayıb

02.11.2026 / 21:15
Lukaşenko da Ermənistana sanksiya tətbiq etdi...

02.11.2026 / 20:57
Ermənistanda yeni seçkiqabağı kampaniya başlayıb....

02.11.2026 / 20:34
Tramp vədinə əməl etmədi - seçkiqabağı gözlənilməz qərar verdi...

02.11.2026 / 20:26
İlham Əliyev: Divarlar yox, körpülər quraq

02.11.2026 / 20:17
Türk dövlətlərinin “NATO-su” olmayacaq? - İlham Əliyev daha uğurlu perspektiv göstərmişdi...

02.11.2026 / 19:53
Müxalifətin antikonstitusiya fəallığı 2 səbəblə bağlıdır... Rəsmi Bakının adı çəkilir...

02.11.2026 / 19:37
“Azərbaycan son 2 ildə bu ərazilərimizi tutub” - Ermənistandan yeni iddia...

02.11.2026 / 19:19
İranda körpələr “münasib qiymət”ə satılır...

02.11.2026 / 18:54
AK Parti iqtidarı terrorçu Öcalana status verməyə hazırlaşır...

02.11.2026 / 18:29
“Şəki Yaylası”nda 2 nəfərin ölümü ilə nəticələnən hadisəyə görə sahibkar həbs olundu...

02.11.2026 / 18:14
Yarımçıq binalarda mənzil alanlar hələ də məhkəmə yollarındadır

02.11.2026 / 18:09
Polşa hakimiyyətində qarşıdurma kəskinləşdi - ölkə dərin siyasi böhranda...

02.11.2026 / 18:01
Gürcüstanda müxalifəti məhv edib qurtardılar... Qərb-Tiflis münasibətləri yeni mərhələyə keçir...

02.11.2026 / 17:50
Media və Yayım Şurasının təşəbbüsü ilə “Rəqəmsal Media Ayı” başlayıb - FOTO

02.11.2026 / 17:00
Paşinyan "Tramp marşrutu"nu işə salır – bəs bizim qazancımız nə olacaq?

02.11.2026 / 16:53
İrandan Azərbaycana 136 kq-dan çox narkotik keçirilməsinin qarşısı alındı

02.11.2026 / 16:38
Baxçalını Azərbaycana kim və niyə dəvət edib?

02.11.2026 / 16:19
Görün mətbuatımızın milyardları haralara gedir - Susmaq olmaz...

02.11.2026 / 16:10
Əsgərliyə getməmək üçün özlərinə xəsarət yetirənlərlə bağlı 5 cinayət işi açıldı

02.11.2026 / 15:56
Tramp Ukrayna sülhü barədə bir söz, Rubio başqa söz deyir..

02.11.2026 / 15:39
Bu ay müəllimlər üçün metro və avtobus qiyməti 1 qəpik olacaq...

02.11.2026 / 15:20
Ankara sammitindəki təklif TDT-ni dağıda bilər...

02.11.2026 / 15:08
Dövlət qurumunda rüşvət əməliyyatı - mərkəz direktoru və meşəbəyi həbs edildi

02.11.2026 / 14:38
İdman Arbitraj Məhkəməsi Trampın təzyiqi ilə Rusiyanın xeyrinə qərar çıxartdı...

02.11.2026 / 13:58
Trampın Alyaska barədə misilsiz iddiasını məhkəmə rədd etdi....

02.11.2026 / 13:41
Ukrayna Rusiyanın Samaradakı ən böyük neft mərkəzinə bir ayda beşinci dəfə zərbə endirdi...

02.11.2026 / 13:27
Ermənistan yeni Konstitusiya layihəsini bu ay açıqlayacaq – “əsas vəzifələrimizdən biri sülh sazişinin imzalanmasıdır”

02.11.2026 / 13:11
Məhəmmədhüseyn Şəhriyar poeziyasında Vətənin memarlıq irsi və tarixi-məkansal yaddaşın rekonstruksiyası - Rizvan Qarabağlı yazır...

02.11.2026 / 12:55
Sərhəddə PUA zərərsizləşdirildi - 23 kq-a yaxın narkotik ələ keçirildi...

02.11.2026 / 12:47
Ərdoğan Prezident İlham Əliyevi və xalqımızı Azərbaycan səmasından təbrik etdi

02.11.2026 / 12:32
KEÇMİŞ İRSİN GƏLƏCƏYƏ DAŞINMASI: SƏRDAR SANDIQ MÜCRÜ OCAĞINDA BEYNƏLXALQ ELMİ-MƏDƏNİ ƏLAQƏLƏR

02.11.2026 / 12:12
“Ermənistan hökuməti artıq TRIPP layihəsinin həyata keçirilməsinə başlayıb” - Paşinyan

02.11.2026 / 11:48
İrandan Azərbaycana narkotik keçirmək istəyənlər sərhəddə yaxalandı

02.11.2026 / 11:33
"Türkiyə sosial şəbəkələrində Azərbaycan Prezidenti adından saxta fikirlər yayılır" - Media və Yayım Şurasından xəbərdarlıq...

02.11.2026 / 11:16
Noyabrda 11 gün iş olmayacaq

02.11.2026 / 11:05
Vergi yoxlamasının keçirilməməsi müqabilində 200 min rüşvət alan vəzifəli şəxslər məhkəmə qarşısında...

02.11.2026 / 10:17
Sərhədçilərimizə atəş açan sərhəd pozucusu zərərsizləşdirildi

02.11.2026 / 09:50
Hörmüz boğazında daha iki tanker minaya düşdü...

02.11.2026 / 09:33
"Rusiya və Çinin bizi izləməsindən narahat olmayın, biz də onlara qarşı eyni şeyi edirik" - Tramp amerikalılara səsləndi

02.11.2026 / 09:08
Mümkün ABŞ-İran danışıqları bu ölkələrdə keçirilə bilər - İranlı deputat açıqladı…

02.11.2026 / 08:51
Bolqarıstanda ilk dəfə bir qadın prezident seçildi - Rusiya üçün yaxşı, Ukrayna üçün pis xəbər…

01.11.2026 / 22:41
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında həftəlik fəaliyyəti ilə bağlı icmal yayımlanıb - VİDEO

01.11.2026 / 22:39
Səlcuk Bayraktar Yaxın Şərqin ən varlıları içərisində 25-ci oldu…

01.11.2026 / 22:30
Birinci vitse-prezident Mehriban Əliyeva “Zikra: xatirələr gecəsi” tamaşasını izləyib - FOTO

01.11.2026 / 21:27
Netanyahunun əsas rəqibi “qapıları” ərəb partiyalarının üzünə açır…

01.11.2026 / 21:01
G20-lərin XİN başçıları bu dəfə də Lavrovla foto çəkdirmədilər...

01.11.2026 / 20:53
Papa yəqin ki, Trampın əleyhinə səs verdi...

01.11.2026 / 20:06
“Qədim daş, müasir yaddaş” və “Məsuliyyət radiusu” layihələri təqdim olunub - FOTO

01.11.2026 / 18:50
"Heç kim jurnalistin peşə fəaliyyətinə zorakı müdaxilə edə bilməz" – Mətbuat Şurasının sədri

01.11.2026 / 17:31
Bakıda "Qızıl qaya" restoranında zəhərlənmə - AQTA araşdırmalara başladı...

01.11.2026 / 17:06
İspaniyada Ukrayna üçün silah istehsal edən zavodda iki müəmmalı hadisə - öncə qəza, ardınca partlayış…

01.11.2026 / 16:50
Rusiya aviasiyası Kramatorskda şəhər şurasının binasını bombaladı…

01.11.2026 / 16:34
Ukrayna Rusiyanın dördüncü ən böyük neft emalı zavodunu vurdu…

01.11.2026 / 16:19
NƏ???? Ankara zirvəsi Türk Dövlətləri Təşkilatının "daha da gücləndiyini göstərdi"??? Daha bu qədər də yox axı...Ağ eləməyin...

01.11.2026 / 15:50
Tramp G20 sammitinə qədər Ukraynada razılaşma əldə edilə biləcəyini deyir…

01.11.2026 / 14:33
Media və Yayım Şurası jurnalistlərə qarşı təzyiq və zorakılıq hallarını qınadı

01.11.2026 / 12:19
"Azərbaycan ilə Əlcəzair arasında ənənəvi dostluq və qardaşlıq münasibətlərinin hazırkı səviyyəsi məmnunluq doğurur" - Prezident

01.11.2026 / 12:17
"Azərbaycançılıq ideologiyası milli birliyimizin və dövlətçiliyimizin təməl prinsiplərindəndir" - Vüqar Rəhimzadə

01.11.2026 / 12:10
Prezident İlham Əliyev Əlcəzair Prezidentini təbrik edib

01.11.2026 / 12:07
İsrailə silah daşınmasına qarşı tətillər başladı - dünya üzrə 100-dən çox limanda işçilər ayağa qalxdı

01.11.2026 / 11:53
Putindən sonra Zelenski də G20 zirvəsinə dəvət edilə bilər - Tramp açıqladı…

01.11.2026 / 11:30
Tramp ABŞ-ın İranda iki hədəfi vura biləcəyini açıqladı - bu, cəmi on dəqiqə çəkə bilər…

01.11.2026 / 10:25
Fransada etirazçılar polislərin üzərinə Molotov kokteyli atdı – yaralılar var…

01.11.2026 / 09:37
İran Britaniyanın dəniz və hava qüvvələrini "terror təşkilatı" elan etdi..

01.11.2026 / 09:10
Rəqiblərinə məğlub olub iqtidardan çəkilən Vuçiç və Orbandan birgə mesaj – geri qayıdacağıq…

31.10.2026 / 21:52
Polşa müxalifəti hökuməti devirmək üçün hərəkətə keçdi – müvəqqəti kabinetin yaradılması təklif edildi…

31.10.2026 / 21:22
Xaqani Şirvani yaradıcılığında tarixi memarlıq abidələri və onların poetik rekonstruksiyası

31.10.2026 / 20:44
Fransanın böyük şəhərində gərginlik artır – etirazçılarla polis arasında toqquşmalar baş verib…

31.10.2026 / 20:17
ABŞ-dan Moskvada terror təhlükəsi xəbərdarlığı… Səfirlik çağırış etdi - FSB hərəkətə keçdi…

31.10.2026 / 19:25
Fransada etirazlar yenidən başladı - tələbələr universitet və məktəbləri bağlamaqla hədələdi…

31.10.2026 / 18:51
Ukrayna “Neptun” raketləri və dronlarla Rusiyanın raket yanacağı zavoduna zərbə endirdi…

31.10.2026 / 18:29
Amerikalı milyarderdən 2028-ci il xəbərdarlığı - ABŞ üçün oyunun sonu olacaq…

31.10.2026 / 18:14
Ukrayna Ufa şəhərində neft emalı zavodunu vurdu…

Turizm regionlarımızın inkişaf mənbələrindən birinə çevrilir...

XƏBƏR ARXİVİ