Cümə axşamı günü, 08 oktyabr 2026
     

Yaradıcılıq ittifaqlarının yaşlaşmış rəhbərlərinin yola salınması məsələsi gündəm mövzusu kimi...

Image


Məlum olduğu kimi, keçən həftədən başlayaraq dövlətdə yüksək vəzifə tutan, yaşı 70-i adlayan bir neçə məmur ölkə Prezidentinin çağırışlarına cavab olaraq istefa ərizəsi yazdılar.

Qeyd edək ki, Prezident İlham Əliyev də həmin məmurları qəbul edib, nikbin şəkildə bu addımlarını yüksək qiymətləndirib. Prezident, həmçinin, onları digər yaşlı məmurlara örnək göstərib, üstüörtülü mesajlar verdi. O bununla illərlə vəzifədə çalışan və yaşı keçmiş məmurları istefaya çağırdı.

Onu da vurğulayaq ki, bu gün yalnız dövlət vəzifələrində müxtəlif yüksək postlar tutan məmurlar arasında yaşı 70-i keçən insanlar yoxdur, demək olar ki, ölkəmizdə fəaliyyət göstərən yaradıcılıq ittifaqları sədrlərinin hamısının yaşı 70-i çoxdan keçib. Yalnız Azərbaycan Aşıqlar Birliyi sədrinin 61 yaşı var, o biri qurum rəhbərləri isə 70-dən çox yaşı olanlardır.

Qeyd edək ki, yaşı 70-i adlayan bəzi dövlət məmurlarının istefa ərzizəsi yazmasına Yazıçılar Birliyinin sədri Anar Rzayev müsbət reaksiya verib. O, müsahibəsində bildirib ki, yaşı 70-i keçən məmurların yerini gənc nəslin təmsilçiləri tutmalıdırlar.

Bu gün Anar müəllim ittifaq sədrləri arasında ən yaşlı insandır və hazırda onun da istefası gündəmdədir. Gələn il AYB-nin növbəti qurultayı keçiriləcək və Anar müəllim qurultayda Birlik sədrliyinə yenidən namizədliyini verəcək. Bunu özü demişdi. 81 yaşlı Anar Rzayevin yenidən sədr olmaq fikri, əslində, normal hal sayılmır.

A.Rzayevin istefa verməli olduğunu deyən yazarlar hesab edirlər ki, o, istefa verməyəcək.

Məlumat üçün bildirək ki, Azərbaycan Yazıçılar Birliyinin sədri Anar Rzayevin 81, Azərbaycan Bəstəkarlar İttifaqının sədri Firəngiz Əlizadənin 72, Azərbaycan Rəssamlar İttifaqının sədri Fərhad Xəlilovun 72, Azərbaycan Memarlar İttifaqının sədri Elbay Qasımzadənin 70, Azərbaycan Teatr Xadimləri İttifaqının yenidən seçilmiş sədri Azərpaşa Nemətovun 72, Azərbaycan Respublikası Kinematoqraflar İttifaqının sədri Şəfiqə Məmmədovanın 74, digər Kinematoqraflar İttifaqının sədri Rüstəm İbrahimbəyovun isə 80 yaşı var.

Teatr Xadimləri İttifaqının sədri Azərpaşa Nemətovun yaşının 70-i adlamasına baxmayaraq, ittifaqın bir neçə gün əvvəl keçirilən qurultayında yenidən sədrlik postuna öz namizədliyini verməsi teatr ictimaiyyəti tərəfindən ciddi tənqidlərlə qarşılandı. Seçki öncəsi də onun əleyhdarları A.Nemətovun yenidən sədr olmaması üçün təbliğat aparırdılar, amma onların təbliğatı nəticəsiz qaldı. 

  • Aydın Xan Əbilov: “Yaşı 70-i keçən yaradıcılıq ittifaqları sədrlərinin gənclərlə əvəz edilməsi gündəmdədir”

Yeni Yazarlar və Sənətçilər İctimai Birliyinin sədri, yazıçı-kulturoloq Aydın Xan Əbilov hesab edir ki, yaradıcılıq ittifaqlarının sədrləri də yaşı 70-i keçən və istefa verən, bununla da nümunə göstərən məmurların addımlarını təkrar etməlidirlər. Onların çoxunun yaşının 70-dən yuxarı olduğunu deyən A.X.Əbilovun sözlərinə görə, istefa mədəniyyəti geniş təbliğ edilməlidir. “MDB ölkələrində, demək olar ki, istefa mədəniyyəti hələ tam formalaşmayıb. Baxmayaraq ki, biz bir neçə ölkədə, o cümlədən, Ukraynada, Gürcüstanda vətəndaşların tələbi ilə vəzifədən yapışan məmurların vəzifədən istefa verməyə məcbur edilməsinin şahidi olmuşuq. Azərbaycan xalqının milli mentalitetində həmişə yaşlı insanlara, ağsaqqallara hörmətlə yanaşılır. Ona görə də cənab Prezidentin sivil yolla təklif etdiyi format, əslində, bütün yaşlı nəslin nümayəndələrinə, bir növ, mədəni bir təklif idi. Görürsünüz ki, artıq ölkəmizin görkəmli dövlət xadimi Ramiz Mehdiyevdən tutmuş, Baş nazirin müavinlərinə, AMEA prezidentinə qədər istefa ərizəsi yazaraq gənclərə yol verməsinin şahidi olduq. Qanunla insanlar 65 yaşa qədər vəzifə tuta bilərlər və ehtiyac olan mütəxəssisin işləməsini 5 il də artırmaq olur.

Yaradıcılıq ittifaqlarında da ştatda olan və yaşı 70-i adlayan həm rəhbərlər, həm də digər işçilər var. Əmək qanunu hər kəsə şamil olunur. Bu gün yaradıcılıq sahələrinin müxtəlif qollarını təşkil edən yaradıcılıq ittifaqarının sədrlərinin istefaya getməsi artıq onların vicdan məsələsidir. Düzdür, Yazıçılar Birliyində bunun baş verməsi çətindir. Nəzərə alaq ki, yaradıcılıq qurumlarının rəhbərləri əmək qanunvericiliyi ilə tənzimlənən fəaliyyətlə məşğuldurlar. Deyim ki, yaşı 70-i keçən yaradıcılıq ittifaqları sədrlərinin gənclərlə əvəz edilməsi gündəmdədir və bu gözlənir. Heç kəs ömürlük kreslodan tutub qala bilməz. Anar müəllim dəfələrlə bildirib ki, mən yaradıcı gənclərə hər zaman yol verirəm. Biz doğrudan da dəfələrlə bunun şahidi olmuşuq. Qurultaylarda gənclər AYB-də müxtəlif vəzifələrə seçildilər. Anar müəllim istefa verməli olsa, bu qurumda onu əvəzləyəcək layiqli insanlar var. Xalq yazıçısı, dövrümüzün tanınmış yazıçısı Çingiz Abdullayev bu vəzifəyə seçilə bilər”.

O, həmçinin, qeyd etdi ki, yalnız məmurların deyil, eləcə də yaradıcı ittifaqların rəhbərlərinin istefa verməsi böyük mədəni-əxlaqi nümunə olardı. A.X.Əbilov hesab edir ki, bu insanların yüksək təqaüdlə isefaya göndərilməsi nəticəsində onların yerini gənc nəsil tutmalıdır. “Hesab edirəm ki, yaradıcı ittifaqların yaşı 70-i keçən sədrləri də Prezidentin çağırışlarına cavab verməli və istefa haqqında düşünməlidirlər. Mən Prezidentin həyata keçirdiyi kadr islahatlarını “yaşıl islahat” adlandırıram və o bütün sahələri əhatə etməlidir. Eyni zamanda, yalnız yaradıcılıq ittifaqlarında deyil, Elmlər Akademiyasının müxtəlif elmi-tədiqat institutlarının bir çox direktoru, bəzi ali məktəblərin rektorları var ki, onların da yaşı 70-i keçib. Onların da yerini gənclər tutmalıdır” - deyə A.X.Əbilov vurğuladı.

  • Qiymət Məhərrəmli: “...Prezidentin çağırışlarına əməl edərək istefa verməli və öz postlarını gənclərə həvalə etməlidirlər”

Filologiya üzrə fəlsəfə doktoru Qiymət Məhərrəmli də hesab edir ki, yaradıcılıq ittifaqlarının yaşı 70-i keçən sədrləri istefa mədəniyyəti nümayiş etdirməlidirlər: “İnsanların bəlli bir yaşdan sonra vəzifələrdə çalışması düzgün deyil. O cümlədən də yaradıcı adamların 20 il bir qurumun sədrliyi postunda əyləşməsi də müsbət hal sayıla bilməz. Bizim yaradıcı qurum sədrləri var ki, 15-20 ildir eyni vəzifəni tutur və hər dəfə qurultayda şəriksiz sədr kimi yenidən öz namizədliyini verir. Onların işləmək üçün enerjiləri yoxdur. Onsuz da dövlət bu şəxsləri hərtərəfli qayğı ilə əhatə edib, onların bu vəzifələrdə qalmasına ehtiyac yoxdur. Hesab edirəm ki, yaradıcılıq ittifaqlarının yaşı 70-i keçən sədrləri Prezidentin çağırışlarına əməl edərək istefa verməli və öz postlarını gənclərə həvalə etməlidirlər. Birlik, ittifaq sədri günlərlə, həftələrlə xəstəlik üzündən işə gələ bilmirsə və sənədlərə qol çəkməsi üçün həmin sənədlər onun evinə göndərilirsə, bu adamın sədr qalmasına heç bir ehtiyac yoxdur. Bəzi sədrlər deyirlər ki, məni seçiblər, ona görə də istefa verə bilmərəm, mənim istefam yalnız qurultayda baş verə bilər. Bəyəm seçkili orqanların rəhbərləri istefa verə bilməz ki? Bəs Milli Elmlər Akademiyasının sabiq prezidenti Akif Əlizadə niyə istefa verdi? Demək, seçkili orqanların rəhbərlərinin də istefası tam mümkündür. Odur ki, yaradıcılıq qurumlarının yaşı 70-i keçən sədrləri istefa ərizəsi yazmalı və bununla da böyük bir istefa mədəniyyəti göstərməlidirlər”.

İradə SARIYEVA  



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ