Cümə axşamı günü, 08 oktyabr 2026
     

Dövlətin kinematoqrafiyaya ayırdığı pullar hara və necə xərclənir...

Image


Azərbaycan kinosunun inkişafında dövlət maraqlıdır. İndiyə qədər milli kino sənayesinin formalaşdırılması, kadr potensialının gücləndirilməsi, yeni filmlərin istehsal edilməsi və sair üçün dövlət büdcəsindən kifayət qədər vəsait ayrılıb. Dövlət mütəmadi olaraq kinematoqrafiya sahəsinə maliyyə ayırır. 

Gələn il Azərbaycan kinosunun inkişafına 7,5 milyon manat vəsait ayrılması planlaşdırılır.

Bu məsələ Azərbaycan Respublikasının 2020-ci ilin dövlət və icmal büdcələri üzrə sənəd layihəsində öz əksini tapıb. Azərbaycan kinosunun inkişafı ilə bağlı xərclərə 7,5 milyon manat, 2019-cu illə müqayisədə milyon manat va ya 5,0 dəfə çox vəsait ayrılacaq.

Qeyd edək ki, bu ilin mart ayında Azərbaycan Respublikasının Prezidenti İlham Əliyev “Azərbaycan kinematoqrafiyasının inkişafı ilə bağlı bəzi tədbirlər haqqında” Sərəncam imzalayıb.

Məlumat üçün bildirək ki, davamlı olaraq dövlət büdcəsindən kinematoqrafiya sahəsinə ayrılan vəsaitlərin səmərəli xərclənməsi ilə bağlı şübhələr gündəmdə olub. Bir qisim kino xadimi hesab edir ki, dövlət büdcəsindən ayrılan vəsait səmərəli şəkildə xərclənmir, bəziləri isə əksini söyləyir.

Gizlin deyil ki, dövlət büdcəsindən ayrılan vəsait hesabına filmlər çəkilib. Amma ekspertlərin bir qisminin fikrincə, bu vəsaitin xərclənməsində qeyri-şəffaflığa yol verilib.

  • Hüseyn Mehdiyev: “...səmərəli xərclənmir”

Professional Kinorejissorlar Gildiyasının rəhbəri, tanınmış kinorejissor-ssenarist Hüseyn Mehdiyev “Bakı-Xəbər”ə açıqlamasında kinoya ayrılan vəsaitin səmərəli şəkildə xərclənmədiyini qeyd etdi: “Xeyr, səmərəli xərclənmir. Ümumən götürdükdə münasibət bir az konseptual deyil. Vəsaitin necə xərcləndiyini artıq o zaman demək olar ki, bu sahədə hər şey qaydasında olsun, struktur formalaşdırılsın, qaydalar yaradılsın, xüsusi təşkilat olsun. Yəni bütün sistem işlək olduqdan sonra bu məsələni gündəmə gətirmək olar. İndi bu sistemin heç biri işləmir və hər şey başlı-başınadır. Prezident kino konsepsiyasının hazırlanması ilə bağlı fərman verdi. O fərmanda nəzərdə tutulan məsələlərin icra edilməsinin vaxtı çoxdan keçib, lakin heç bir tərpəniş yoxdur, heç kəs bu istiqamətdə addım atmaq istəmir. Mənə elə gəlir ki, Prezidentin fərmanında nəzərdə tutulan məsələləri icra etmək istəmirlər. Yəni o mənada kı, fərmanın tələbləri reallaşmır. Əgər reallaşmırsa, kinoya ayrılan vəsaitin nə xeyri olacaq? O konsepsiya niyə yazılmışdı? Çünki vəsaiti büdcədən ayırana qədər kinonun inkişaf konsepsiyası yaradılmalı və təsdiq olunmalı idi ki, o pulların xərclənməsi istiqaməti də müəyyən edilsin. O cümlədən, bu məsələ həmin konsepsiyada öz əksini tapacaqdı. Kinoya ayrılacaq vəsaitin həcmi açıqlanıb. Bir məmur deyəcək ki, bu vəsaiti kommersiya filmlərinə ayıraq, başqa birisi sənətə ayıraq deyəcək. Belə olmaz. Hər şeyin əsasında konseptual münasibət durur. Kinoya hələ də münasibət mənfidir. Biz kinoya məmurların münasibətini konsepsiya təsdiq edildikdən, bu sahədə idarəetmə sistemi yaradıldıqdan sonra görəcəyik. Çünki hazırda kinonun rəhbəri yoxdur, bu sahəni başsız qoyublar”.

  • Şamil Əliyev: “Kinoya ayrılan vəsaitdən səmərəli istifadə etmək artıq biz kinematoqrafların üzərinə düşən vəzifələrdən biridir”

Tanınmış kinorejissor Şamil Əliyev isə hesab edir ki, kinoya ayrılan vəsaitin səmərəli xərclənməsi kinematoqraflardan asılıdır. “Azərbaycanda dövlət tərəfindən həmişə kinematoqrafiya sahəsinə dəstək göstərilib. Müstəqillikdən sonra ulu öndər kino haqqında ilk qanunu imzaladı və bununla da kinoya diqqətin, qayğının əsası qoyuldu, bu indiyə qədər də davam edir. Bu sahəyə davamlı olaraq dövlət büdcəsindən vəsait ayrılır. Kinoya ayrılan vəsaitdən səmərəli istifadə etmək artıq biz kinematoqrafların üzərinə düşən vəzifələrdən biridir. Artıq bu sahədə yeni qaydalarla işləmək lazımdır. Biz bu yaxınlarda “Azərbaycan kino günləri” tədbirləri çərçivəsində Özbəkistanda olduq. Orada da kinoya dövlət qayğısı var. 30 tammetrajlı, 30-a yaxın sənədli, 20 animasiya filmi istehsal etməyi dövlət öz üzərinə götürüb. Ümumiyyətlə, dünyanın bütün ölkələrində kinoya dəstəyi dövlət verir. Yalan söhbətdir ki, ABŞ-da, Fransada, yaxud başqa ölkələrdə kino müstəqildir. Dövlət müxtəlif fondlar vasitəsilə kinoya öz dəstəyini verir. Bizdə də elə fond yaradılsaydı, yaxşı olardı. Bu fondda münsiflər heyəti olmalıdır, bu münsiflərin dünyanın hər yerində olan qaydalarla işləməsi lazımdır. Filmin çəkilməsi üçün, ilk növbədə, ssenarinin seçilməsi vacib məsələdir. Dövlətin prioritet saydığı ideyalar, mövzular var ki, onları hər zaman nəzərdə saxlamalıdır, onlara üstünlük verməlidir. Bir də ki, dövlətimiz müstəqildir və bizim özümüzün milli ideologiyamız var. Bu ideologiyanı müstəqillik, azərbaycançılıq, dövlətçilik naminə həmişə qorumaq lazımdır. Əsas səmərənin də biri odur ki, müştərək layihələrə dəstək vermək lazımdır. Müştərək layihələr o deməkdir ki, biz kino qanunvericiliyinə uyğun olaraq işlər görməliyik. Bizim qəbul etdiyimiz kino haqqında qanunda, eləcə də digər sənədlərdə bütün məsələlər əks olunub. Sadəcə olaraq, o sənədlərə uyğun fəaliyyət göstərmək lazımdır” - deyə Ş.Əliyev qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ