Cümə axşamı günü, 08 oktyabr 2026
     

Dövrünün qüdrətli söz və fikir ustadı - Nəsimi zirvəsi

Image


Bildiyimiz kimi, Azərbaycan Respublikasının Prezidenti cənab İlham Əliyev 2018-ci ildə Türk dünyasının böyük, mütəfəkkir şairi İmadəddin Nəsiminin anadan olmasının 650 illik yubileyi münasibətilə müvafiq sərəncam imzalamışdır. Həmin fərmana uyğun olaraq 2019-cu il Azərbaycanda Nəsimi ili olaraq qeyd edilir. Azərbaycan Respublikası “Ziyalı Ocağı” İctimai Birliyi öz fəaliyyətini bu fərmandan irəli gələn məsələlərin həyata keçirilməsi istiqamətində qurur. Təbii ki, bu işdə birliyə dəstəyi Azərbaycan Respublikasının Prezidenti yanında Qeyri-Hökumət Təşkilatlarına Dövlət Dəstəyi  Şurası verir. 

İmadəddin Nəsimi kimi söz xiridarının, fikir sahibinin, filosofun bu gün yüksək səviyyədə anılması onun əsl həqiqətdə də əbədiyaşar bir şair olduğunun əyani göstəricisidir. Nəsimi bütün dövrlərin şairidir, zamanının söz sahibi, fikir sahibidir.

Nəsimi yaradıcılığında insan idrakı, özünüdərk anlamı xüsusi məqamda dayanır. Nəsimiyə görə mənəvi yüksəkliyin dörd mərhələsini -şəriəti layiqincə mənimsəyən, seçdiyi təriqət  yolunda inamla addımlayan, onu insanlar arasında yayan, ədəb-ərkanı ilə cəmiyyətə örnək olan və ən sonda, bütün həyatını, amalını ilahi eşq ilə yaşayan, çarpışan insan haqqa mütləq şəkildə qovuşacaqdır. İlahi eşqi öz həyatının kredosu seçən bəşər övladı kamilllik mərtəbəsinə çatan insandır. Nəsimi hesab edirdi ki, insan yalnız və yalnız idrakın ali tərbiyəsi ilə küllü kainatın sirlərindən vaqif ola bilər. Bu yolda isə ona ən yaxın köməkçi öz müəllimi, ustadı, müridi, bələdçisi olacaqdır. Fəhminə, idrakına həsəd apardığı Fəzlullah Nəimi də məhz bu yolda İmadəddin Nəsiminin müəllimi-müridi olmuşdu.

Nəsimi ilahi eşq yoluna varanda bu yolun təhlükəli olduğunu bilirdi. O bilirdi ki, XI əsrdə sufizmin banisi Mənsur Həllacı bu təriqəti yaydığına görə edam etmişdilər. O müəlliminin -Fəzlullah Nəiminin edam edilməsinin dəhşətini də yaşamışdı. Lakin çıxdığı yoldan dönməmişdi, qorxmamışdı. Gözlərini qırpmadan, dizlərini bükmədən dar ağacınadək məğrurcasına addımlamışdı. O ölümü ilə ölümsüzlük qazanacağını da bilirdi. Şəhadətə varacağı məkanda ucalacağından da, haqqa varacağından da xəbərdar idi. Ona görə var səsi ilə bütün dünyaya:

- Məndə sığar iki cahan, mən bu cahana sığmazam,

Gövhəri-laməkan mənəm, kövnü məkana sığmazam.-deyərək hayqırırdı.

Arzusu, məramı, məqsədi insanların eyni, bərabərhüquqlu cəmiyyətdə yaşaması olan Nəsiminin buna sözün əsl mənasında, haqqı var idi. Bu böyük düha yer üzünün çiçəklənməsi yolununun kamillikdən, bütünlükdən keçdiyini  vurğulayırdı. Onun istəkləri insanlığa, cəmiyyətin çiçəklənməsinə xidmət edirdi. O hər tərəfi tutan saxtakarlığa, yalana, hiyləyə qarşı çıxırdı. İnsanları nadanlığa, cahilliyə qarşı mübarizəyə səsləyirdi. Nəsimi özü də bu cahilliyin, savadsızlığın,    böhtanın qurbanı oldu:

-Zahidin əfsanəsindən soydular nahaq məni,
Həq bilir səndən, şəha, sahib nəzərlər ağrımaz.

Zahidin bir barmağın kəssən dönər həqdən qaçar,
Gör bu gerçək aşiqi sər-pa soyarlar ağrımaz.

Bildiyimiz kimi, Nəsiminin yaşadığı dövrdə Azərbaycan Teymurilərin işğalı altında idi və geniş xalq kütləsi tərəfindən silsiləli şəkildə xalq üsyanları baş verirdi. Xalq boyunduruq altında yaşamağı qəbul etmirdi. Ağıllı sözün, fikrin mövcudluğu xalqı öz iradəsini göstərməyə təşviq edirdi. İmadəddin Nəsiminin bir-birindən dəyərli fikirləri və bu fikirlərin toplandığı şeirlər, qəzəllər dildən-dilə düşərək, bütün Şərqi bürümüşdü. Qoca Şərqin elə bir guşəsi tapılmazdı ki, orada Nəsimidən danışılmasın və ondan qəzəllər, ilahilər oxunmasın.

O zaman bütün ədəbi-siyasi, fəlsəfi baxışları ilə düşünən beyinlərin rəğbətini qazanan hürufilik təriqətinin fəal təbliğaçısı Fəzlullah Nəimi ilə Bakıda görüş onda hürufilik haqqında böyük təəssüratlar oyadır. Nəsimi hürufilik təlimini qəbul edir.

Nəsimin ictimai-siyasi baxışları onun qələmə aldığı qəzəllərində də özünü göstərir. Qəzəlləri ilə bərabər özü də uzun, məşəqqətli bir yola çıxır. Elə bir yol ki, Nəsimini ölümsüz edəcək, edamına fərman verdirəcək, əbədiyyət üfüqlərində parladacaqdı.

Bir nüansı xüsusilə vurğulamaq lazımdır ki, Nəsimi Azərbaycan poeziyasında ictimai-siyasi fəlsəfənin banisidir. Şirvandan tutmuş Təbrizədək, Anadoludan Karamandan, Diyarbəkirdən, Ankaradan tutmuş Bursayadək, Hələbədək şeirləri sevilərək, dillərdə, ağızlarda gəzən Nəsimi sözünün gücü-qüdrəti bir çox elm-ədəbiyyat biliciləri tərəfindən yüksək qiymətləndirilmişdir. XVI yaşamış alim Lətifi  yazırdı ki, "Türk şeiri ilə ən əvvəl Nəsimi şöhrət tapmışdır”.

- Allahu Əkbər, ey sənəm hüsnündə heyran olmuşam,
Qövsü qüzehdir qaşların, yayinə qurban olmuşam.

Nəsiminin bircə bu sözlərlə, bu inamla başlayan qəzəli onun dinsiz, imansız olmadığının əyani nümunəsidir. Bu misralar Nəsimiyə şər, böhtan atanlara tutarlı bir cavabdır.

Aydın fikir, dərin məna, rəngarəng obrazlar, bənzətmə əv məcazlar -budur Nəsimi sənətini sevdirən, onun şöhrətinə ellərə, dillərə düşürən. Onun şeirlərini oxuyan insan istər-istəməz fəlsəfi düşüncələrin təsirinə düşür, müqəddəs varlıq və yaradılmışla bağlı dərin fikirlərə dalır. Və bu fikirlərin qoynunda axtardığını tapmağa çalışır.

Şair bütün kainata sual dolu nəzərlə yanaşır. Dünya və insan mövzusu. Orta yüzillikləri düşündürən bu suallar şairi də bütün yaradıcılığı boyu düşündürür. Nəsimi öz yaradıcılığında köhnə şərq və qərb elmi düşüncəsini birləşdirən mütəfəkkir kimi ucalır. Bədii söz sənətinin bir-birindən gözəl incilərini yaradır. Azərbaycan ədəbiyyatı tarixini yeni bir üslub, deyim tərzi, yeni surət və lövhələrlə zənginləşdirir.

Onun həyat sevgisi və duyğularını əks etdirən nəğmə və şərqiləri məzmunca da, dil-üslub etibarilə də səmimi və aydındır. Şairin bu qəbildən olan şeirlərində işlətdiyi istixarə, məcaz, bənzətmə və bədii mübaliğələri çox əlvan və rəngarəngdir. Ana dilindən alınan bu bədii ifadələr canlı dilimizin özü kimi aydın, gözəldir. Bulaq suyu kimi saf və şəffafdır, dəniz incisi kimi parlaq və dəyərlidir:

- Üzünü məndən nihan etmək dilərsən, etməgil!

Gözlərim yaşın rəvan etmək dilərsən, etməgil!

Bərgi-nəsrin üzrə mişkin zülfünü sən dağıdıb,

Aşiqi bixaniman etmək dilərsən, etməgil!

Sufi dünyagörüşü ilə türk dünyasında önəmli yer tutan şairlərdən Cəlaləddin Mövlanə də, Yunus Əmrə də, Əlişir Nəvai də Nəsimi ilə eyni dini baxışları paylaşırlar. Amma Nəsimi öz fikirlərini daha açıq və hayqıraraq söylədiyi üçün onlardan daha fərqlənir. Bu məqamları Mövlanənin, Əmrənin, Nəvainin yaradıcılığı ilə yaxından tanış olarkən görmək mümkündür. Nəsiminin yaradıcılığı elmi kəşflərlə zəngin olan fikirlərə söykənir. “Sığmazam” qəzəlinin təhlili dediklərimizin bariz nümunəsidir.

Özünün güclü sözü, dəyərli fəlsəfi fikirləri, aydın dünyagörüşü ilə zəngin poeziya nümunələri yaradan İmadəddin Nəsimi məhz bu ilahi istedadı ilə bu günümüzədək məhəbbət və etiramla yad olunur, sevilir.

İlahə BAYANDUR (ƏLİYEVA)

Tədqiqatçı

Yazı Azərbaycan Respublikasının Prezidenti yanında QHT-lərə Dövlət Dəstəyi Şurasının maliyyə dəstəyilə, “Ziyalı Ocağı” İctimai Birliyi tərəfindən “Nəsimi fəlsəfəsinin beynəlxalq təbliği istiqamətində tədbirlərin təşkili” layihəsi çərçivəsində çap olunur.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ