20/10/2019 18:55
728 x 90

Milli Xalça Muzeyində Üzeyir Hacıbəyli rüzgarı əsdi...

img

Azərbaycan Milli Xalça Muzeyində “Üzeyir Hacıbəyli yaradıcılığının xalçalarımızda tərənnümü” adlı tədbir keçirilib.

Milli Xalça Muzeyindən “Bakı Xəbər”ə verilən məlumata görə, Üzeyir Hacıbəyli XI Beynəlxalq Musiqi Festivalı çərçivəsində baş tutan tədbirdə Əməkdar incəsənət xadimi, bəstəkar, professor Elnarə Dadaşova Üzeyir Hacıbəylinin həyat və yaradıcılığı haqqında məruzə edib. Əməkdar rəssam Taryel Bəşirov Xalq rəssamı Tahir Salahovun müəllifi olduğu rəngkarlıq əsəri əsasında onun texniki layihəsi və rəhbərliyi ilə toxunan “Üzeyir Hacıbəyli” xalçası barədə danışıb.

Tədbirin bədii hissəsində Azərbaycan Milli Xalça Muzeyinin “Uşaq muzeyi” şöbəsinin dərnək üzvləri və Xalq artisti Fidan Hacıyevanın vokal məktəbinin tələbələri çıxış edib. “Uşaq muzeyi” şöbəsinin dərnək üzvlərinin hazırladığı kuklalardan ibarət səhnəcikdə vokal məktəbinin tələbələri Üzeyir Hacıbəylinin “O olmasın, bu olsun” operettasından kiçik hissə səsləndiriblər.

Sonda uşaqlara “Libraff” mağazalar şəbəkəsinin hədiyyələri təqdim olunub.

Tədbirdən sonra gənc tamaşaçılar dekorativ-tətbiqi sənət üzrə müxtəlif ustad dərslərə qatılıblar.

Son xəbərlər