Cümə axşamı günü, 08 oktyabr 2026
     

Kinematoqrafiya avadanlıqlarının idxal rüsumları niyə ləğv edilmir?

Image


Azərbaycanda kino sənayesinin yenidən qurulması prosesinə başlanıb. Prezident İlham Əliyevin imzaladığı və kinonun inkişafına təkan verən bir sıra aktlar bu sahədə yeniliyi labüd edir. Bildiyimiz kimi, kinematoqrafiya sahəsində hələ də həllini tapmayan bir sıra problemlər var ki, onların həllinin gerçəkləşməsində yeni hazırlanan və təsdiq üçün Milli Məclisə təqdim edilən  “Kinematoqrafiya haqqında” qanun layihəsi mühüm rol oynaya bilər.

Məlumdur ki, Azərbaycan kinosunda mövcud olan problemlərdən danışarkən, ilk növbədə, bu sahəyə vergi və gömrük güzəştlərinin edilməməsi diqqəti cəlb edir. Uzun illərdir kinematoqraflar kino istehsalı üçün xaricdən alınaraq ölkəmizə gətirilən texniki avadanlıqlarla bağlı vergi və gömrük güzəştlərinin edilməli olduğunu bildirirlər. Qeyd edirlər ki, hansısa bahalı texniki avadanlığın ölkəyə gətirilməsi şirkətlərə həddən artıq baha başa gəlir, bu səbəbdən də şirkətlər texniki avadanlıqlar gətirmək istəmir, kinematoqrafçılar isə mövcud texniki avadanlıqlarla işləməyə məcbur olurlar. 

Milli Məclisin Mədəniyyət komitəsinin iclasında çıxış edən komitə sədri Rafael Hüseynov bildirib ki, başqa sahələrdə nəzərdə tutulan imtiyazların kinematoqrafiya sahəsinə də aid edilməsi bu sahənin inkişafına təkan verə bilər.

“Kinematoqrafiya haqqında” qanun layihəsinin hazır olduğunu deyən R.Hüseynovun qeyd etdiyinə görə, kinematoqrafiya sahəsinə güzəştlərin edilməsi ilə bağlı artıq müvafiq qurumlara müraciət edilib: “Başqa qanunlarda nəzərdə tutulan imtiyazların kinematoqrafiya sahəsinə də aid edilməsini arzu edirik. Bunun üçün biz müvafiq dövlət orqanlarına müraciət etmişik. Çalışırıq ki, imtiyazlarla bağlı müraciətlər müsbət həll olunsun. Həmin müraciətlər müsbət həll edilərsə, qanun layihəsi çox tezliklə Milli Məclisdə müzakirəyə çıxarılacaq”.

Tanınmış kinematoqraflar hesab edirlər ki, kinonun hazırkı əsas problemlərindən biri vergi və gömrük imtiyazlarının olmaması ilə bağlıdır. Bu məsələ həllini taparsa, kino sahəsində inkişafın şahidi ola bilərik.

  • Şamil Əliyev: “Ölkəyə gətirilən texniki avadanlıqlara gömrük və vergi güzəştlərinin, imtiyazlarının edilməsi çox vacibdir”

Tanınmış kinorejissor, ssenarist Şamil Əliyev “Bakı-Xəbər”ə bildirdi ki, Azərbaycanda “Kinematoqrafiya haqqında” ilk qanun Heydər Əliyev tərəfindən imzalanıb və bu qanunun müəllifi H.Əliyevdir. “Kino haqqında ilk qanunu ulu öndərimiz imzalayıb. Bizdə bu haqda qanun imzalananda keçmiş SSRİ məkanında heç bir respublikada bu qanun imzalanmamışdı. Bu qanunun kifayət qədər müsbət tərəfləri vardı və burada başdan ayağa Azərbaycan kinosunun inkişafı nəzərdə tutulmuşdu. Sadəcə olaraq hər dəfə o qanundan irəli gələn məsələləri, tələbləri yerinə yetirmək olmurdu. Bu qanun ulu öndərin adı ilə bağlıdır. Bu qanunda müəyyən müddəaları dəyişmək olardı. O ki, qaldı yeni qanun layihəsində yer almalı olan imtiyazlara, bu vacib məsələdir. Bir sıra məsələlər var ki, onlarla bağlı yeni müddəalar olmalıdır. Bilirsiniz ki, Azərbaycan kino istehsalı üçün avadanlıqlar istehsal etmir və çox vacib avadanlıqların 90 faizdən çoxu xaricdən idxal olunur. Bu avadanlıqların ölkəyə gətirilməsinə çox böyük rüsumlar qoyulur, bununla bağlı imtiyazların edilməsi vacibdir. Ölkəyə gətirilən texniki avadanlıqlara gömrük və vergi güzəştlərinin, imtiyazlarının edilməsi çox vacibdir və bunun da qanunvericilikdə öz əksini tapması çox yaxşı olardı.

Həmçinin, böyük müştərək kino proyektlərinə meydan açılmalıdır. Biz hələ AVROMAŞ-ın üzvü deyilik. Bu artıq Avropa Parlamentində Azərbaycan üçün ratifikasiya edilib, Azərbaycan parlamenti də onu ratifikasiya etməlidir ki, bundan sonra biz beynəlxalq aləmdə müştərək proyektlərdə iştirak edək. Bu gün Azərbaycanın özünün müstəqil olaraq istehsal etdiyi hansısa bir filmin Avropa məkanına çıxması, demək olar ki, mümkün deyil, çox çətindir. Ancaq AVROMAŞ-ın üzvü olduqdan sonra sən bu sistemdə tam öz tələblərin daxilində iş görə bilərsən. Bunun müsbət tərəfi odur ki, biz həm də beynəlxalq fondlarla çox asan işləyə bilərik. Qanunda bununla bağlı ayrıca bənd olmalıdır”.  

Ş. Əliyevin sözlərinə görə, Azərbaycanda filmlərin yayılması məsələsi də var. O hesab edir ki, Azərbaycan AVROMAŞ-ın üzvü olduqdan sonra filmlərimiz asanlıqla Avropa ölkələrinə yol açacaq. Onsuz da kinoteatrlarda nümayiş edilən filmlərinin çox böyük hissəsinin xarici filmlər olduğunu deyən Ş.Əliyevin bildirdiyinə görə, bizim də filmlərin nümayişi üçün meydan açılmalıdır. “AVROMAŞ-ın üzvü olsaq, distribütorlarla işləmək də çox asan olacaq. Yəni bu, qanuni şəkil alır. Hesab edirəm ki, qanunvericiliyə salınan müddəalar kino sənayesinin inkişafına xidmət etməlidir” -deyə Ş.Əliyev vurğuladı.

  • Əli İsa Cabbarov: “Azərbaycan filmlərinin prokatı ilə bağlı kinoteatrlara vergi güzəştləri edilməlidir”

Kinorejissor Əli İsa Cabbarov isə hesab edir ki, kinematoqrafiyanın inkişafını ləngidən kino avadanlıqlarının idxalına qoyulan gömrük və vergi rüsumlarının çox olması deyil. Ancaq bununla belə, bu sahədə müəyyən imtiyazların vacibliyini deyən Ə.İ.Cabbarovun sözlərinə görə, bunun da bu sahəyə xeyri olar. Mütəxəssis bildirdi ki, “Azərbaycanfilm” kinostudiyası da daxil olmaqla, ölkədə fəaliyyət göstərən bütün kino şirkətləri vergi ödəyir. “Həqiqətdə Azərbaycan kinosunun problemləri bu sahəyə imtiyazların tətbiq edilməməsi ilə bağlı deyil. İmtiyazlar olduğu halda Azərbaycan kinosunda inkişaf olacağını demək düzgün olmaz. Mənə elə gəlir ki, dövlət tərəfindən kinoya ayrılan vəsaiti daha effektiv xərcləmək lazımdır. Cənab Prezidentin göstərişinə əsasən kinonun inkişaf konsepsiyası hazırlanmalıdır. Mən kinonun inkişaf konsepsiyasını daha ümidlə gözləyirəm. Fikrimcə, imtiyazların verilməsi heç nəyi dəyişməyəcək, bu yalnız rəqəmləri dəyişə bilər. Ölkəmizə yaxın illər üçün yeni kino avadanlıqlarının alınmasına ehtiyac yoxdur, çünki Azərbaycanda 3-4 dünya səviyyəsində texnika ilə təchiz olunmuş şirkət var. Sadəcə, dövlətin ayırdığı vəsaitin səmərəli idarə edilməsi tələb olunur. İmtiyazlar edilərsə, əsasən Azərbaycan filmlərinin prokatı ilə bağlı kinoteatrlara vergi güzəştləri edilməlidir. Yəni filmlərimizi nümayiş etdirən kinoteatrlara vergi güzəştləri edilsin. Ola bilsin, Azərbaycan kinolarına baxmağa tamaşaçı az gəlsin və bunun üçün də kinoteatrların itkiləri bu şəkildə ödənilsin” - deyə Ə.İ.Cabbarov bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ