10/12/2019 10:13
728 x 90

"Qodonun intizarında" fərqli səhnədə...

img

“Zirzəmi teatrı” üslubundakı  ŞAH MAT Teatrının səhnəsində Absurd teatrın yaradıcılarından olan irlandiyalı yazıçı-dramaturq, ədəbiyyat üzrə Nobel mükafatı  laureatı Semuel Bekketin  "Qodonun intizarında" pyesi əsasında hazırlanan eyniadlı tamaşa təqdim olunacaq.

Teatrın mətbuat katibi Turan Etibaroğlu bildirib ki, səhnə əsəri  19 sentiyabr saat 19.30-da İslam Səfərli 13 ünvanında yerləşən "ETUD Cafe & Bar"-da nümayiş olunacaq.

İstedadlı gənclər  Mir Qabil Əkbərov (Vladimir), Ümüd Abbas (Estraqon), Səid Abbas (Poçço), Pərvin Dadaşovanın (Lakki) rol aldığı səhnə əsəri tanınmış rejissor, əməkdar incəsənət xadimi Mehriban Ələkbərzadənin quruluşunda təqdim olunacaq.

Tamaşaçılara təqdim olunan nümunə Absurd üslubunda hazırlanıb. Səhnə əsərində iki nəfər heç bir iş görmədən bir ağacın altında oturub Qodonu gözləyir və Qodo gəlmir. Və buna hər gün davam edirlər. Qodonu gözləməklərinin səbəbi isə onları çətin vəziyyətdən qurtaracaq və hər şey yaxşı olacaq. Lakin Vladimir obrazının dili ilə desək, "heç kəs gəlmir, heç kəs getmir, heç nə baş vermir".

Əsasən gənclərdən ibarət səhnə nümunəsinin biletləri 3 AZN təşkil edir. 

Son xəbərlər