Cümə axşamı günü, 08 oktyabr 2026
     

Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması üçün ianə fondu təklifi...

Image


Azərbaycan Mədəniyyət Nazirliyi, Bakı Şəhər İcra Hakimiyyəti və Heydər Əliyev Fondunun elan etdiyi, Azərbaycan tarixinə “millət atası” kimi daxil olan böyük xeyriyyəçi Hacı Zeynalabdin Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsi başa çatıb. Müsabiqə ilə əlaqədar yaradılan Təşkilat Komitəsinin seçimi Azərbaycan Rəssamlar İttifaqının heykəltəraşlıq bölümünün rəhbəri, Xalq rəssamı Xanlar Əhmədov olub. Hacı Zeynalabdin Tağıyevə Bakıda ucaldılacaq abidənin müəllifi X.Əhmədovdur.

H.Z.Tağıyevin heykəlinin hazırlanması ilə bağlı açıq heykəltəraşlıq müsabiqəsinin elan edilməsi ölkə ictimaiyyəti tərəfindən yüksək qiymətləndirilib, müsbət mənada sosial şəbəkələrdə müzakirə edilib. Bu böyük şəxsiyyətə abidə ucaldılması məsələsində dövlətlə ictimaiyyətin mövqeyi, baxışı üst-üstə düşüb.

Qeyd edək ki, müsabiqənin nəticələri elan edildikdən və abidənin müəllifi məlum olduqdan sonra sosial şəbəkələrdə yeni maraqlı təkliflər irəli sürülüb. Bu təkliflərdən biri Hacı Zeynalabdin Tağıyevin abidəsinin maliyyələşdirilməsinin ümumxalq ianəsi hesabına reallaşdırılması təşəbbüsüdür.

Azərbaycanın sabiq xarici işlər naziri, ölkəmizin Macarıstandakı fövqəladə və səlahiyyətli səfiri, görkəmli ədəbiyyatşünas-alim, professor Vilayət Quliyev öz “Facebook” hesabında olduqca maraqlı fikirlərlə çıxış edib. “Çox dəyərli bir təşəbbüs - Bakıda məşhur xeyriyyəçi, "millət atası" Hacı Zeynalabdin Tağıyevə abidə qoyulması təklifi artıq gerçəkləşmək üzrədir.

Bu məsələ ilə bağlı çoxdan bəri üzərində düşündüyüm bir fikri “Facebook” istifadəçiləri ilə bölüşmək istərdim: dostlar, bəlkə H.Z.Tağıyevin abidəsinin ümumxalq ianəsi hesabına qoyulması ilə əlaqədar bir təşəbbüs qrupu yaradılsın?

Əlbəttə, dövlətimizin iqtisadi gücü, qüdrəti və xeyirxah iradəsi qat-qat böyük layihələri maliyyələşdirməyə imkan verir. Lakin ümumxalq istəyi və ianəsi ilə görülən hər hansı bir iş insanların ürəyindəki minnətdarlıq duyğusunun ifadəsi, milli şüurun yetkinliyi və tarixi yaddaş baxımından son dərəcə önəmlidir” - deyə qeyd edən V.Quliyev yazır ki, tarixdə belə nümunələr az deyil. O bildirir ki, "Hophopnamə"nin 1914-cü ildə çıxan ilk nəşri xalqın qəpik-qəpik, manat-manat topladığı ianələr hesabına çap olunmuşdu.

V.Quliyev, həmçinin, Moskvadakı məşhur Minin və Pojarski abidəsinin ümumxalq ianəsi ilə qoyulduğunu, hazırda isə Macarıstanda ümumxalq ianəsi əsasında hunların əfsanəvi rəhbəri Atillanın şərəfinə abidə kompleksinin tikilməsi ilə bağlı geniş ictimai müzakirələr aparıldığını bildirir. “Azərbaycanda belə ümumxalq sevgisinə layiq ictimai xadimlərin önündə, heç şübhəsiz, Hacı Zeynalabdin gəlir.

Əlbəttə, mənə deyə bilərlər ki, sənin nə vecinə, oturmusan xaricdə, valyuta ilə maaş alırsan. Amma camaatın vəziyyəti ağırdır və s.

Vaxtilə Həsən bəy Zərdabi kəndbəkənd dolaşıb məktəb üçün vəsait toplayanda könüllü şəkildə yanına gələn qoca bir suçu dolağını açıb oradan bir neçə şahı pul çıxarmış və utana-utana Həsən bəyə uzadaraq "Gümanım gələn budur" - demişdi.

Həsən bəy "Sənin verdiyin bu bir neçə şahı zənginlərin verəcəyi (əgər versələr!) yüz manatlardan daha dəyərlidir" - deyə qocanı sakitləşdirmişdi.

Yəni hərə öz imkanına, öz ürəyinə görə!

Məncə 10 milyonluq xalq (hələ xaricdəki millətsevər soydaşlarımızı demirəm) öz xeyirxahının xatirəsini bu şəkildə əbədiləşdirməyə qadir olmalıdır. Bunu bacarsaq, cəmiyyətimizi içəridən qurd kimi yeyən laqeydlik mikrobuna da ölümcül bir zərbə vurmuş olarıq.

P.S. Heykəlin təqdim olunan maketi isə, doğrusu, məni o qədər də açmadı. Məncə, məşhur rus rəssamı Brodskinin çar II Nikolay tərəfindən H.Z.Tağıyevə "həqiqi mülki müşavir" çini verilməsi münasibətilə çəkdiyi "paradnı portreti" mərmərə, yaxud gipsə köçürməyə lüzum yoxdur. Böyük xeyriyyəçinin daha xəlqi, Azərbaycan insanının ürəyinə daha çox yatan bir obrazını yaratmaq üzərində düşünmək lazımdır” - deyə V.Quliyev yazır.

Digər ziyalılar da V.Quliyevin fikrinə dəstək olaraq qeyd edirlər ki, H.Z.Tağıyevin heykəlinin ucaldılmasında imkanlı şəxslər, eləcə də, bütövlükdə, Azərbaycan ictimaiyyəti yaxından iştirak etməlidir.

Tanınmış ədəbiyyatşünas, professor Asif Rüstəmli də qeyd edir ki, bu kimi məsələlər üçün ümumxalq ianə fondunun yaradılması vaxtı yetişib. 

  • Vaqif Abışov: “Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması bir ümumxalq işidir və ümumxalq sevgisini qazanan bu böyük şəxsiyyətin heykəli...”

Azərbaycan Milli Elmlər Akademiyasının (AMEA) A.Bakıxanov adına Tarix İnstitutunun aparıcı elmi işçisi, tarix elmləri doktoru Vaqif Abışov da hesab edir ki, H.Z.Tağıyevin abidəsinin ucaldılmasında ümumxalq ianə kampaniyasının elan edilməsi çox müsbət olardı. Öz dövründə nəinki Azərbaycanda, eləcə də Rusiyada, dünyanın baş ölkələrində, o cümlədən də Müsəlman Şərqində böyük xeyriyyəçilik əməlləri ilə iz qoyan H.Z.Tağıyevin heykəlinin ucaldılmasında vətəndaşlarımız yaxından iştirak etməlidirlər. O vurğuladı ki, bir çox kasıb tələbələr Tağıyevin ianəsi hesabına oxuyub. Onun dövründə həyata keçirilən bütün ianə marafonlarında H.Z.Tağıyev yaxından iştirak edib və hamıdan çox pul verib: “Hacı Zeynalabdin Tağıyev elə bir böyük xeyriyyəçi şəxsiyyətdir ki, onu unutmaq olmaz. Azərbaycan dövlətinin Tağıyevə abidə qoyması təşəbbüsü olduqca təqdirəlayiqdir. Tağıyevin gördüyü xeyriyyə işlərinin miqyası respublikamızın hüdudlarını da aşıb. O gerçək bir millət atası idi. Deyərdim ki, Bakının yarısı onun inşa etdirdiyi binalardır. Sosial şəbəkələrdə Tağıyevin heykəlinin ümumxalq ianəsi hesabına qoyulması ilə bağlı yer alan təklif əsassız deyil. Mən də hesab edirəm ki, Hacı Zeynalabdin Tağıyevin heykəlinin qoyulmasında xalq olaraq iştirak etməliyik.  Bu çox vacib məsələdir. Doğrudur, Azərbaycan dövləti Tağıyevin abidəsinin ucaldılması üçün maliyyə ayıracaq. Dövlətimizin onun və digər şəxsiyyətlərin heykəlini ucaltmaq üçün kifayət qədər imkanı var. Bu öz yerində. Amma yaxşı olardı ki, Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılmasına ictimaiyyət də, imkanlı şəxslər də dəstək göstərsinlər. Bu gün Azərbaycanda imkanı olan hər bir insan bu təşəbbüsə qoşulmalıdır. Hacı Zeynalabdin Tağıyevin abidəsinin ucaldılması bir ümumxalq işidir və ümumxalq sevgisini qazanan bu böyük şəxsiyyətin heykəli ümumxalq ianəsi ilə ucaldılarsa, bu olduqca gözəl nümunə kimi tarixə düşər. Bu xalqın maarifindən tutmuş, sağlamlığına qədər elə bir məsələ yoxdur ki, orada Tağıyevin izi olmasın. Millət atasının abidəsi də millətin pulu ilə qoyulsa, bu gözəl örnək olardı” - deyə bildirən V.Abışov hesab edir ki, Azərbaycanda xeyriyyəçilik məktəbinin əsasını qoyan H.Z.Tağıyevin işıqlı əməlləri əbədi olaraq yaşayacaq.

  • Xanlar Əhmədov: “Mən abidənin dövlət, yoxsa ümumxalq ianəsi hesabına qoyulmalı olduğu haqda heç nə deyə bilmərəm”

H.Z.Tağıyevin abidəsinin müəllifi, Xalq rəssamı Xanlar Əhmədovun sözlərinə görə isə abidənin dövlət, yaxud da ümumxalq ianəsi hesabına qoyulması barədə heç bir fikir söyləyə bilməz. “Hacı Zeynalabdin Tağıyevin abidəsinin müəllifi mənəm. Müsabiqədə üç variantda çıxış etmişdim, üç əsər təqdim etmişdim. 9 nəfərdən ibarət münsiflər heyəti təqdim etdiyim üç variantdan birini seçib. Müsabiqəyə, bütövlükdə, 26 əsər təqdim olunmuşdu. Hər üç variantı da bəyənirdim. Düşünürdüm ki, üçündən biri seçilsə, çox yaxşı olardı. Onlar mənim övladlarımdır, onlar arasında seçim edə bilməzdim. Abidə bürünclə qranitin qarışığından olacaq. Amma mən abidənin dövlət, yoxsa ümumxalq ianəsi hesabına qoyulmalı olduğu haqda heç nə deyə bilmərəm. Bunu müsabiqənin təşkilatçıları bilər. Mən maliyyə məsələsinə qarışmıram, mənim bu işə müdaxiləm ola bilməz” - deyə müsahibimiz bildirdi.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ