Cümə axşamı günü, 08 oktyabr 2026
     

Son dövrlər çəkilmiş bədii filmlər kinoteatrlarda təqdimata niyə çıxarılmır?

Image


Paytaxtımızda həm iri ticarət mərkəzlərinin nəzdində, həm də müstəqil olaraq bir neçə kinoteatr fəaliyyət göstərir. Bu gün həmin kinoteatrlarda əsasən xarici filmlər nümayiş olunur. Bununla yanaşı, son dövrlər özəl prodakşınlar tərəfindən çəkilən ucuz komediyalar da kinoteatrlarda nümayiş olunan nümunlər sırasındadır. Demək olar ki, vaxtaşırı olaraq Bakı kinoteatrları tərəfindən həmin filmlərin reklamları həyata keçirilir və tamaşaçılar bu filmlərə baxmaq üçün dəvət edilir. Bildirilənə görə, belə filmlərin kifayət qədər tamaşaçı auditoriyası var. 

Paytaxta fəaliyyət göstərən “Nizami” kinoteatrının, “Park Sinema”nın, “Sinema Plus”un, “Park Bulvar Sinema”nın rəsmi saytlarında gün ərzində bu kino mərkəzlərinin tamaşaçılara təklif etdikləri filmlərin siyahısına baxarkən məlum oldu ki, burada yalnız Azərbaycan dilinə çevrilmiş xarici filmlər nümayiş olunur. Halbuki, xarici filmlərlə paralel olaraq kinoteatrlarda son illər çəkilən Azərbaycan filmlərinin də nümayiş olunması arzuediləndir.

Onu da bildirək ki, 2010-cu ildən bəri “Azərbaycanfilm” kinostudiyası tərəfindən dövlət büdcəsindən ayrılan vəsait hesabına xeyli sayda film çəkilib. “Əlavə təsir”, “İstanbul reysi”, “Kabusun gözüylə”, “Kuklalar”, “Qardaşımdan yaxşısı yox idi”, “Sahə”, “Vəkil hanı?”, “Yarımçıq xatirələr”, “Sübhün səfiri”, “Nar bağı”, “Nabat”, “ Mən evə qayıdıram”, “Qırmızı bağ”, “İçərişəhər”, “İlahi məxluq”,  “Xeyirlə şərin rəqsi”, “Dolu” və sair filmlər son 9-10 ildə ərsəyə gələn ekran əsərləridir. Kiçik istisnaları nəzərə almasaq deyərdik ki, Azərbaycan tamaşaçıları bu filmlərdən xəbərsizdir. Çünki bu filmlərin nümayişinə paytaxt kinoteatrlarında yer ayrılmır. Bir-iki filmi çıxmaq şərtilə, demək olar ki, qalan filmləri tamaşaçılar heç görməyib, sadəcə, onların adlarını eşidiblər.

Bəzi ekspertlər hesab edirlər ki, Bakı kinoteatrlarında son illər çəkilən Azərbaycan filmlərinin nümayiş olunmamasının səbəbi yerli tamaşaçıların filmlərimizə marağının olmaması ilə bağlıdır. Ekspertlər bildirirlər ki, həmin kinoteatrlar kommersiya şirkətləridir və şəxsi mülkiyyət hesab olunur. Onların nümayiş etdirdikləri xarici filmlərin kinoteatrlara daha çox gəlir gətirdiyini deyən ekspertlərin sözlərinə görə, həmin şirkətləri yerli filmlərin nümayişinə sövq etmək üçün ilk növbədə onlara Mədəniyyət Nazirliyi tərəfindən vergi məsələsində güzəştlər edilməlidir.

Onu da bildirək ki, kinoteatrlardan yalnız “Nizami” Kino Mərkəzi dövlət mülkiyyətidir, burada isə arabir Azərbaycan filmləri göstərilir. Onlar qeyd edirlər ki, “Nizami” Kino Mərkəzində həftəlik olaraq filmlər nümayiş olunur, ancaq buna baxmayaraq, tamaşaçılar yerli filmlərimizi izləməyə gəlmirlər. Ekspertlər hesab edirlər ki, “Azərbaycanfilm” kinostudiyası, eləcə də filmlərin prodüsserləri paytaxt kinoteatrları ilə əməkdaşlıq qurmalı və Azərbaycan filmləri reklam edilməlidir ki, tamaşaçıların o filmlərə tələbatı artsın, onlar bilet alıb həmin filmlərə baxmağa gəlsinlər.

Paytaxt kinoteatrlarında Azərbaycan filmləri niyə nümayiş olunmur? Bu, filmlərimizə tamaşaçı marağının az olması, yoxsa başqa amillərlə bağlıdır?

  • Müşfiq Hətəmov: “Təəssüflər olsun ki, bu məsələ bizdə qanunla tənzimlənmir”

“Azərbaycanfilm” kinostudiyasının direktoru Müşfiq Hətəmov “Bakı-Xəbər”ə bildirdi ki, artıq bu məsələ ilə bağlı qanun layihəsi olmalıdır. M.Hətəmovun sözlərinə görə, dünyanın hər yerində filmlərin nümayişi qanun çərçivəsində həyata keçirilir: “Qanunvericiliyə əsasən, filmlərin televiziyalarda və kinoteatrlarda yayım saatları olur. Təəssüflər olsun ki, bu məsələ bizdə qanunla tənzimlənmir. Son iki ildir “Azərbaycanfilm”də tammetrajlı bədii filmlər çəkilmir, daha çox qısametrajlı filmlər çəkirik. Əvvəl çəkdiyimiz tammetrajlı filmlər kinoteatrlarda nümayiş olunub. Hər il çəkilən yeni film kinoteatrlarda göstərilir. Biz kinoteatrlara hansı filmi təqdim edirik, onu nümayiş etdirirlər, lakin son iki ildə kinoteatrlara film təqdim etməmişik. 4 yeni tammetrajlı bədii filmin çəkilişlərinə təzə başlamışıq”.

M.Hətəmovun sözlərinə görə, kinoteatrlar özlərini saxlamaq üçün gəlir əldə etməlidirlər, bu səbəbdən onlar xarici filmlərə üstünlük verirlər. M.Hətəmovun bildirdiyinə görə, kinoteatrlar yerli distribüter şirkətlərilə müqavilə bağlayır və buna əsasən də xarici filmlərin nümayişini təşkil edirlər. M.Hətəmov bəzi ekspetlərin Azərbaycan filmlərinin kinoteatrlarda nümayiş edilməməsi ilə bağlı “Azərbaycan filmlərinə tamaşaçı marağı yoxdur” fikrini təkzib edərək bildirdi ki, filmlərimizin tamaşaçı problemi yoxdur: “Bu, birmənalı olaraq, həqiqət deyil. Azərbaycan filmlərinin tamaşaçı auditoriyası var”.

  • Aydın Xan Əbilov: “Kinoteatrlarda Azərbaycan filmlərinin nümayiş faizi 40-dan aşağı olmamalıdır”

Yazıçı-kulturoloq Aydın Xan Əbilovun fikrincə isə vaxtilə bütün dünyada belə bir problem olub. O vurğuladı ki, ABŞ filmləri Qərb və Avropa ölkələrini, Hindistan filmləri isə SSRİ respublikalarını zəbt etmişdi. Azərbaycan cəmiyyətində Hindistan, İran və Türkiyə filmləri daha populyar olub. “Yeni nəsil isə ata-babalarının baxdığı filmlərə yox, məhz xarici filmlərə meyl göstərir. Onların düşüncə tərzi, estetik baxışları tamamilə fərqli olduğu üçün, onlar dünya tamaşaçılarının baxdığı filmlərə maraq göstərirlər. Xüsusən də 100 milyonlarla büdcəsi olana filmləri daha çox sevirlər. Azərbaycan filmlərinə gəlincə, deyim ki, həm klassik, həm də müasir Azərbaycan filmləri internet və televiziyalar vasitəsilə çox yüksək baxışla izlənir. Fikir versəniz görərsiniz ki, milyonlarla baxışı olan filmlərimiz var. Yeni çəkilən və bizim “bozbaş” adlandırdığımız yüngül komediya filmlərinə baxışlar hədsiz dərəcədə çoxdur. Klassik filmlərimizə də həmçinin. Bu filmlər geniş nümayiş olunduğuna görə onlara kinoteatrlar elə də maraq göstərmirlər. Ümumiyyətlə, kinofilmlərin nümayişi bir qədər teatrlaşdırılmalıdır. Biz ancaq o teatrlaşdırmaları təqdimat mərasimlərində görürük. Amma bütün dünyada film kinoteatrlara çıxmamışdan əvvəl onların trillerləri hazırlanır, videorolik vasitəsilə internetdə və telekanallarda onlar reklam edilir, durmadan sosial şəbəkələrdə piar olunur. Ondan sonra insanlar gedib həmin filmlərə kinoteatrlarda baxırlar. Kinoteatrlarda göstərilən filmlərə baxmaq insanlarda həddən artıq gözəl təəssürat yaradır. Təəssüflər olsun ki, bizdə hələ bu mədəniyyət formalaşmayıb. Üstəlik də yerli filmlərin nümayişində müəllif və əlaqəli hüquqlarla bağlı problemlər də var. Məsələn, televiziyalarda və internetdə yayımlanan filmlərin çoxu müəllif və əlaqəli hüquqlara şamil olunur. Hesab edirəm ki, Azərbaycan kinoteatrları filmlərimizin nümayişinə üstünlük verməli və tamaşaçıları bu filmlərə cəlb etməlidirlər. Qeyd edim ki, bəzi ölkələrdə hətta Amerika filmlərinin kinoteatrlarda nümayişinə qadağalar var. Fikrimcə, xarici filmlərin kinoteatrlarda geniş yayımına Azərbaycanda da qadağalar tətbiq edilməli, digər tərəfdən də kinoteatrlarda Azərbaycan filmlərinin nümayiş faizi 40-dan aşağı olmamalıdır” - deyə A.X.Əbilov vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ