Cümə günü, 14 avqust 2026
     

Bakı muzeylərini kimlər ziyarət edir...

Image


Bakıda fəaliyyət göstərən mədəniyyət ocaqları, xüsusən də müxtəlif profilli muzeylər paytaxtımıza gələn turistlər üçün də maraq kəsb etməlidir. Muzeylər öz işini o səviyyədə qurmalıdır ki, ziyarətçiləri yalnız məktəblilər, tələbələr deyil, həm də xarici turistlər olsun. Yay mövsümünün başa çatmasına bir neçə həftə qalıb. Yay boyu da, demək olar ki, həm paytaxt, həm də bölgə muzeyləri fəaliyyət göstərib.

Bildirək ki, hazırda paytaxt muzeylərinin bir çoxu dövlət tərəfindən yüksək səviyyədə təmir edilib, lazımı inventarlarla təmin olunub. Bir sözlə, bu məkanlarda ziyarətçilər üçün hər cür şərait yaradılıb. Bəs ziyarətçilər necə, muzeylərə gedirmi? Bu müddət ərzində muzeylərimizin qapısını kimlər açıb, onların ziyarətçiləri olubmu?

  • Alla Bayramova: “UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası zamanı muzeyimizə 300 nəfərdən artıq ziyarətçi gəlib, sonrakı həftələrdə isə 150-yə yaxın turist bilet alaraq muzeyimizi ziyarət edib”

Mövzu ilə əlaqədar bir neçə muzeylə əlaqə saxladıq. Azərbaycan Dövlət Musiqi Mədəniyyəti Muzeyinin direktoru, sənətşünaslıq üzrə fəlsəfə doktoru, Əməkdar Mədəniyyət İşçisi Alla Bayramova bizimlə söhbətində bildirdi ki, muzeyi ziyarət edənlər sırasında həm yerli, həm də xarici qonaqlar çox olur. A.Bayramovanın sözlərinə görə, Bakının ev sahibliyi ilə keçirilən UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində muzeyin ziyarətçilərinin sayında kifayət qədər artım olub. O qeyd etdi ki, 43-cü sessiya ilə bağlı muzeydə silsilə tədbirlər təşkil edilib və bu da muzeyə gələnlərin sayına müsbət mənada təsir göstərib. “Bizim muzeyə gələnlərin sayı kifayət qədər çoxdur. UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası çərçivəsində də bir sıra tədbirlər keçirdik. Həmin zaman muzeyimizə həm turistlər, həm də xarici mütəxəssislər gəldilər, bizim ekspozisiyanı maraqla izlədilər, sərgilərimizlə tanış oldular. Musiqi Mədəniyyəti muzeyi ziyarətçilər üçün hər zaman maraqlıdır. Onu da deyim ki, UNESCO-nun Ümumdünya İrs Komitəsinin 43-cü sessiyası zamanı muzeyimizə 300 nəfərdən artıq ziyarətçi gəlib, sonrakı həftələrdə isə 150-yə yaxın turist bilet alaraq muzeyimizi ziyarət edib. Demək istəyirəm ki, xarici turistlər bizim muzeyə böyük maraq göstərir və tez-tez ziyarətçilər sırasında olurlar”-deyə muzey direktoru bildirdi.

  • Aida İsmayılova: “Hazırda Milli Azərbaycan Tarixi Muzeyində əsaslı təmir-bərpa işləri aparıldığı üçün muzey bağlıdır”

Azərbaycan Milli Elmlər Akademiyasının Milli Azərbaycan Tarixi Muzeyinin Arxeologiya elmi fond şöbəsinin kiçik elmi işçisi Aida İsmayılova isə “Bakı-Xəbər”ə bildirdi ki, hazırda Tarix Muzeyində təmir-bərpa işləri getdiyi üçün muzey bağlıdır. Muzeyin açılışı olduqdan sonra 2020-ci ildə Milli Azərbaycan Tarixi Muzeyinin 100 illik yubileyi ilə əlaqədar silsilə tədbirlər keçiriləcəyini deyən A.İsmayılovanın sözlərinə görə, bu zaman muzey öz qapılarını həm yerli, həm də xarici qonaqların üzünə açacaq: “Hazırda Milli Azərbaycan Tarixi Muzeyində əsaslı təmir-bərpa işləri aparıldığı üçün muzey bağlıdır. Muzeyimiz ziyarətçiləri gələn ildən qəbul edəcək”.

  • Sədi Mirseyibli: “Bu gün ay ərzində muzeyimizə 300-350 turist gəlirsə, gələcəkdə 10 minlərlə, 100 minlərlə ziyarətçiyə nail olmağı hədəfləmişik”

Azərbaycan İstiqlal Muzeyi ilə də əlaqə saxladıq. Muzeyin elmi-kütləvi iş şöbəsinin müdiri Sədi Mirseyiblinin bildirdiyinə görə, İstiqlal Muzeyini hər ay ən azı 300-350 nəfər tamaşaçı ziyarət edir. “Mövsümün xarakterinə uyğun olaraq muzey ziyarətçilərinin sayında dəyişikliklər olur. Məsələn, orta və ali məktəblərdə dərslər başlayandan sonra muzeyimizə gələnlərin sayı daha çox olur, şagirdlər, tələbələr kütləvi olaraq İstiqlal Muzeyini ziyarət edirlər. Ancaq yay tətili zamanı şagirdlər, tələbələr muzeyimizə elə də çox gəlmir. Onların əvəzində muzeyimizə gələn xarici turistlərin sayında kifayət qədər artım var. Ay ərzində muzeyimizi 300-350 nəfər turist ziyarət edir. Qonaqlar arasında xarici mütəxəssislər də olur, turistlər də. Bir müddət əvvəl Avstriyanın Krems Universitetindən muzeyşünas mütəxəssis də muzeyimizi ziyarət edib. Biz onunla təmsil etdiyi müəssisə ilə mütamadi əlaqədə olmaq barədə də danışıqlar aparmışıq”.

S.Mirseyibli bildirdi ki, Azərbaycan İstiqlal Muzeyi ziyarətçi sarıdan heç bir problem yaşamır. Bununla belə, şöbə müdiri bildirdi ki, muzeyə daha çox ziyarətçinin cəlb edilməsi üçün xüsusi işlər görülür. Əsası 1919-cu ildə Azərbaycan Xalq Cumhuriyyəti tərəfindən qoyulan İstiqlal Muzeyinin bu il 100 yaşının tamam olduğunu deyən müsahibimizin sözlərinə görə, bununla bağlı muzeydə bir sıra tədbirlər keçiriləcək və o tədbirlər çərçivəsində də muzey yeni ziyarətçilər cəlb edə biləcək. “Bu gün ay ərzində muzeyimizə 300-350 turist gəlirsə, gələcəkdə 10 minlərlə, 100 minlərlə ziyarətçiyə nail olmağı hədəfləmişik. Vaxt gələcək ki, bizim də muzeyə Avropanın qabaqcıl muzeylərində olduğu kimi 10 minlərlə ziyarətçi gələcək. Bunun üçün işlər görürük. Hər gün muzeyin qapısından içəri həm yerli, həm də xarici ziyarətçilər daxil olur. Sevinirəm ki, artıq tamaşaçıları muzeyə cəlb etməyə başlayırıq. Bu gün muzey işinin təbliği sahəsində böyük işlər görülür, maarifçilik tədbirləri həyata keçirilir. Bu təbliğatın nəticəsində də biz ziyarətçilər qazanırıq. Eyni zamanda da biz öz flayerlərimizi çap etmişik və bu il Bakıda keçirilən Formula-1 Azərbaycan Qran Prisi ərəfəsində həmin flayerləri əməkdaşlarımız xarici qonaqlara, tursitlərə payladılar. Hesab edirəm ki, bu da müsbət nəticələr verir. Bundan başqa, bizim muzey turizm marşurutlarına da salınıb. Biz ölkədə fəaliyyət göstərən 5 turizm şirkəti ilə əməkdaşlıq sənədi imzalamışıq, onlar xarici və yerli turistləri muzeyimizə cəlb edirlər. Turizm qurumlarının xəttilə də muzeyimizi ziyarət edənlər çoxdur. Elə bu yaxınlarda Almaniyadan böyük bir turist qrupu Azərbaycan İstiqlal Muzeyini ziyarət etdilər. Orta məktəblərlə də əməkdaşlıq müqavilələri imzalamışıq, şagirdlər muzeydə keçirilən açıq dərslərdə  iştirak edirlər”-deyə müsahibimiz bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

13.08.2026 / 10:08
Özgür Özəlin toxunulmazlığının götürülməsi prosesi başladı...

13.08.2026 / 10:05
İran ABŞ-ı təkzib etdi - Hörmüz şərtlərimiz qəbul edilənə qədər açılmayacaq…

13.08.2026 / 09:45
DYP piyadalara müraciət etdi...

13.08.2026 / 09:10
ABŞ Latın Amerikası müttəfiqlərini BCM-dən çıxmağa çağırdı

13.08.2026 / 07:27
ABŞ ordusu İraqdan çıxır…

13.08.2026 / 07:18
The Intercept və Mətbuat Azadlığı Fondu (FPF) Trampı məhkəməyə verdi - vəzifədən şəxsi mənfəəti üçün istifadə…

13.08.2026 / 07:05
ABŞ vətəndaşlığı üçün “doğum turizmi” çiçəklənir? - Dövlət Departamenti hərəkətə keçdi

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ