Cümə axşamı günü, 08 oktyabr 2026
     

Yazıçılar Birliyində sədr məsələsi hələ çox “su aparana” oxşayır - Elçin Əfəndiyevin də imkanları dəyərləndirilir

Image


Azərbaycan Yazıçılar Birliyinin (AYB) XIII qurultayının gələn il keçiriləcəyi barədə Birlik tərəfindən rəsmi məlumatlar yayıldıqdan sonra gündəmə Birlik sədrliyinə potensial namizəd kimi bir neçə ünlü yazarın adı gətirilib.

AYB üzvlərinin xeyli bir qismi hesab edir ki, xalq yazıçısı Anar gələn il keçiriləcək qurultayda sədrliyə namizdəliyini verməyəcək. Ədəbi ictimaiyyətdə yayılan söz-söhbətlərə görə, hazırda Birlik sədrliyinə real namizəd görkəmli yazıçı-dramaturq, xalq yazıçısı  Elçin Əfəndiyevdir. E.Əfəndiyevin AYB sədri postuna seçilməsinin Birlik üzvlərinin bir çoxunun, xüsusən də gənc nəslin maraq dairəsində olduğu bildirilir. Yazıçı və şairlər hesab edirlər ki, Yazıçılar Birliyində mövcud olan problemlərini yalnız E.Əfəndiyev həll edə bilər. E.Əfəndiyevdən əlavə də bəzi şəxslərin adları namizəd kimi hallandırılır. Bir müddət əvvəl xalq yazıçısı fəxri adı alan Azərbaycan Tərcümə Mərkəzinin rəhbəri Afaq Məsudun və yazıçı İlqar Fəhminin də Birlik sədri olması ehtimalı olduğunu deyənlər var.

Bununla belə, bir qisim yazıçı və şairlər hesab edir ki, Elçinin sədr olmasını arzu edənlər daha çoxdur. Hazırda Birlik üzvləri arasında AYB sədrliyinə namizədlərlə bağlı qızğın müzakirələr getsə də, bu barədə mətbuata hər hansı fikir bildirmək istəyənlər, demək olar ki, barmaqla sayılacaq qədərdir.

Azərbaycan Yazıçılar Birliyi sədri postuna xalq yazıçısı Elçin gələ bilərmi? Onun bu məsələdə potensial imkanları nə dərəcədədir?

  • İlqar Fəhmi: “Yazıçılar Birliyinin sədrinin kim olacağı ilə bağlı fikir yürütmək, kimlərinsə gələcək sədr kimi adlarını hallandırmaq hələ tezdir”

Yazıçı İlqar Fəhmi bizimlə söhbətində bildirdi ki, kimin sədr olacağını qurultay həll edəcək:”Yazıçıların Birlik sədrliyinə kimlərinsə namizədliyini müzakirə etməsi öz işləridir. Yazıçılar Birliyinin sədrinin kim olacağı ilə bağlı fikir yürütmək, kimlərinsə gələcək sədr kimi adlarını hallandırmaq hələ tezdir. Çünki hələ qurultaya yarım ildən çox vaxt qalıb, bütün bu məsələlər də qurultayda öz həllini tapacaq”.

“Bəzi yazarlar Sizin də Birliyin qurultayında sədr postuna namizədliyinizi  verəcəyinizi deyirlər. Bu nə dərəcədə doğrudur, belə bir fikriniz varmı”-sualına İ.Fəhmi belə cavab verdi:”Mənim belə bir fikrim yoxdur. Bu saat o qədər işim var ki”.

  • Rəşad Məcid: “İndidən kimlərinsə Yazıçılar Birliyi sədrliyinə namizəd kimi adlarının çəkilməsinə ehtiyac yoxdur”

Azərbaycan Yazıçılar Birliyinin katibi Rəşad Məcid də qeyd etdi ki, Elçinin və digərilərinin sədrlik postuna namizədliyini verəcəyi haqqında məlumatı yoxdur. “Yazıçılar Birliyinin sədrinin dediyinə görə, qurultay gələn il olacaq. Ona görə də, indidən kimlərinsə Yazıçılar Birliyi sədrliyinə namizəd kimi adlarının çəkilməsinə ehtiyac yoxdur. İnişallah, yazıçılar qurultayda öz ağıllı, düzgün qərarlarını verərlər. Anar müəllim müsahibəsində deyib ki, yenidən Birlik sədrliyinə namizədliyini verəcək”-deyə R.Məcid qeyd etdi.

  • Əsəd Cahangir: “Əlbəttə, Elçin müəllim kimi nüfuzlu qələm adamının Yazıçılar Birliyinin sədri olması Yazıçılar Birliyinin də, Birlik üzvlərinin də yalnız xeyrinə ola bilər”

Tanınmış ədəbiyyat tənqidçisi Əsəd Cahangir isə hesab edir ki, xalq yazıçısı Elçinin Birlik sədrliyinə namizədliyini verib-verməyəcəyini bilmir, ancaq onun şəxsi fikrinə görə, xalq yazıçısı Anar sədrliyə namizədliyini verməsə AYB-yə görkəmli yazıçı Elçinin sədr olması daha məqsədəuyğun olardı. “Olduqca mürəkkəb bir mövzuya toxunmusunuz. Ona görə də Yazıçılar Birliyinin sədri AYB üzvlərinin səsverməsi ilə müəyyən edilir. Bu barədə dəqiq proqnoz vermək çox çətindir. Çünki Yazıçılar Birliyinin 1700 nəfər üzvü var və onların da çoxu heç bir-birini tanımır. Hamının fikrini bilmək və bəri başdan proqnoz vermək çox çətindir. Bu məsələdə dəqiq fikir söyləmək asan deyil. Mən yalnız öz fərdi fikrimi deyə bilərəm. Elçin Azərbaycan ədəbiyyatının görkəmli simalarından biridir. O, xüsusilə də müstəqillik dövründəki yaradıcılığı ilə bir daha sübut etdi ki, ədəbiyyatımızın bayraqdarıdır. Elçin dram, ədəbi tənqid, romançılıq, hekayəçilik sahəsində nəinki Sovet dövründəki məhsuldarlığını, öndərliyini qoruyub saxladı, hətta əvvəlkindən də məhsuldar, səmərəli şəkildə fəaliyyətini davam etdirdi. Yəni Elçin müəllim olan yerdə yaş kateqoriyası o qədər də önəmli deyil. Çünki o, gənclik, cavanlıq həvəsi ilə yazır, yaradır və hamını tanıyır, nüfuzlu adamdır. Elçinin həm Yazıçlar Birliyi üzvləri arasında, həm də yuxarı dairələrdə hörməti, nüfuzu var, ağsaqqal adamdır. Əlbəttə, Elçin müəllim kimi nüfuzlu qələm adamının Yazıçılar Birliyinin sədri olması Yazıçılar Birliyinin də, Birlik üzvlərinin də yalnız xeyrinə ola bilər. Anar müəllim kimi nüfuzlu bir adamdan sonra, əlbəttə, Birlik sədri digər nüfuzlu bir şəxs olmalıdır. AYB sədrliyinə radikal dərəcədə fərqli bir şəxs gəlsə, bəlkə də bu o qədər də yaxşı qarşılanmaz. Ancaq mənə elə gəlir ki, Elçin müəllimin Birlik sədri olması ictimaiyyət tərəfindən tamamilə normal qarşılanar. Elçin müəllimin bir cəhəti də şəxsən mənim üçün təqdirəlayiqdir ki, o həmişə yenilikləri görür, qiymətləndirir. Yəni istedadlara qiymət verir, ədəbi prosesi çox diqqətlə izləyir, kimin kim olduğunu bilir, hər kəsə də özünə layiq şəkildə davranır.  Ona görə də, hesab edirəm ki, Elçin müəllim barədə burada ikinci bir fikir ola bilməz. Əlbəttə, yenə deyirəm ki, bu yalnız mənim fərdi fikrimdir. Son nəticəni isə səsvermə həll edəcək”-deyə Ə.Cahangir bildirdi.

Qeyd edək ki, gənclərin böyük əksəriyyəti E. Əfəndiyevin sədr olmasını arzulayır və onlar qeyd edirlər ki, E.Əfəndiyev sədrliyə namizədliyini verərsə ona səs verəcəklər. Bu fikrə də münasibət bildirən Ə.Cahangir “əgər Anar müəllim gedərsə və Elçin müəllim öz namizədliyini irəli sürərsə, əlbəttə, mən də Elçin müəllimin namizədliyini dəstəkləyənlər sırasında olacağam. Yenə də deyirəm, o, nüfuzlu və obyektiv şəxsdir. Yarım əsrdən artıq yaradıcılıq təcrübəsi olan bir adamın Yazıçılar Birliyinin sədri postunda əyləşməsi ancaq ədəbiyyatımızın da, cəmiyyətimizin də, Yazıçılar Birliyinin üzvlərinin də xeyrinə olacaq”-deyə o bildirdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

07.10.2026 / 15:47
Qara dənizdə 100 min ton neft daşıyan tanker vuruldu, güclü yanğın başladı – Soçidə bütün çimərliklər bağlandı, sakinlərə xəbərdarlıq edildi...

07.10.2026 / 15:38
Prezident İlham Əliyev Putinə zəng edib

07.10.2026 / 15:26
ABŞ vəba xəstəliyi xəbərlərindən sonra vətəndaşlarına çağırış etdi - dərhal Rusiyanı tərk edin...

07.10.2026 / 15:11
Bakıda kanat yolu layihəsi ilə bağlı rəsmi açıqlama - ilkin araşdırma mərhələsindədir...

07.10.2026 / 14:53
Azərbaycan jurnalistlərinin IX qurultayının vaxtı dəyişdi

07.10.2026 / 14:27
Nazir Vilayət Eyvazov Şəkidə vətəndaş qəbulu və sıra baxışı keçirdi - FOTO

07.10.2026 / 14:09
Qəzənfər Abdullayev Naxçıvan Həmkarlar İttifaqları Şurasının sədrliyindən də kənarlaşdırıldı...

07.10.2026 / 13:44
"İtkin düşmüş şəxslər müəyyən edilmədiyi müddətdə bu məsələyə son qoymaq mümkün deyil" - Britaniya nümayəndəsi

07.10.2026 / 13:30
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 13:06
Ukrayna səfiri Azərbaycana təşəkkür etdi - bunu heç vaxt unutmayacağıq...

07.10.2026 / 12:50
Azərbaycan Ukraynaya növbəti humanitar yardım göndərdi

07.10.2026 / 12:15
Vüqar Rəhimzadə Ordubadda seçiciləri ilə növbəti görüşünü keçirib - FOTO

07.10.2026 / 11:50
Ceyhun Bayramov Türkmənistana getdi

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ