Cümə axşamı günü, 08 oktyabr 2026
     

Şəbnəm Tapdığın “brend mənəm” mahiyyətli iddiasına şou aləmdən reaksiyalar…

Image


Məlum olduğu kimi, son günlər Şəbnəm adı daşıyan iki müğənninin ad davası medianın gündəminə gəlib. Tərəflər arasında qalmaqal o həddə çatıb ki, hətta problemin hüquq müstəvisində həllinə də əl atılıb. Müğənni Şəbnəm Qəhrəmanova mətbuata bildirib ki, müğənni Şəbnəm Tapdıq onunla bağlı polisə müraciət edib.

O qeyd edib ki, həmkarı Ş.Tapdıq tərəfindən məhkəməyə verilib və daha sonra isə həmkarı 102-yə zəng vuraraq ondan şikayətçi olduğunu deyib. “Mənim evimi yıxdı. Mənə deyir ki, adını dəyiş. Mən bunu necə edə bilərəm? Zarafat etmirəm, məndən polisə şikayətçi olub ki, adını dəyişsin”.

Müğənni Ş.Tapdıq təkcə Ş.Qəhrəmanovaya deyil, bu adı daşıyan digər həmkarlarına, eləcə də aparıcı Şəbnəm Həsənovaya da dəfələrlə xəbərdarlıq edərək adlarını dəyişdirməyi tələb edib. Bildiyimiz kimi, Ş.Tapdığın bu tələbi bir neçə dəfə qalmaqal yaradıb.

Müğənni Şəbnəm Tapdıq Şəbnəm adı daşıyanları məhkəməyə verməklə kifayətlənməyib, onlara qarşı efir qadağası qoyulması üçün Milli Televiziya və Radio Şurasına ərizə ilə müraciət edib. Müğənni yenidən məsələ qaldıraraq Şəbnəm adı ilə efirə çıxanlara qadağa qoyulmasını, onların efir zamanı özlərinə təxəllüs seçmələrini xahiş edib.

Müraciətdən bir müddət sonra “Lider” TV-nin aparıcısı Şəbnəm Həsənova öz “Facebook” hesabında məsələ ilə bağlı paylaşım edib. “Hazırda çalışdığım “Lider” televiziyasına MTRŞ və Müəllif Hüquqları Agentliyindən belə bir məktub gəlib. Bir sözlə, xanım tələb edir ki, bütün tanınmış Şəbnəmlər özlərinə efir “psevdonimi”, təxəllüs seçsin. Əks halda, biz BÖYÜYÜMÜZ Şəbnəm xanıma patent ödəməliyik”, – deyə o bildirib.

Şəbnəmlər arasında yaranan ad qalmaqalına və Ş.Tapdığın müraciətinə münasibət bildirəm Milli Televiziya və Radio Şurasının aparat rəhbəri Asəf Hacıyev mətbuata açıqlamasında həqiqətən də müğənni Şəbnəm Tapdığın onlara müraciət etdiyini bildirdi: “Biz məsələni araşdırdıq. Aydın oldu ki, Şəbnəm xanımın adı ilə bağlı qaldırdığı iddia əsassızdır. Belə ki, atası mərhum İlyas Tapdıq yazdığı əsəri patentləşdirib. Əsərdə qeyd olunan adların patentləşdirilməsi isə qeyri-realdır. Bununla bağlı müğənninin özünə də məlumat verdik. Eyni zamanda, televiziyalara məsələ ilə bağlı özlərinin qərar verməsi üçün məktub göndərdik” - deyə MTRŞ təmsilçisi qeyd edib.

“Lider” TV-nin əməkdaşı Şəbnəm Həsənova isə qeyd edib ki, hazırda onun işi ilə bağlı heç bir problem yoxdur: “Arada anlaşılmazlıq yaranıb. Ümid edirəm ki, məsələ ilə bağlı doğru qərar veriləcək. Mən indiyə qədər Şəbnəm adı ilə efirə çıxmışam, bundan sonra da öz adımla fəaliyyətimi davam etdirəcəm”.

Ş.Tapdığın bütün məşhur Şəbnəmlərdən adlarını dəyişdirmələri ilə bağlı tələbi sosial şəbəkələrdə də geniş müzakirə mövzusuna çevrilib.

Hüquqşünaslar qeyd edirlər ki, Azərbaycanda adların patentləşdirilməsi kimi hal yoxdur. Onların bildirdiyinə görə, bu tələbin hüquqi əsası yoxdur. Hüquqşünaslara görə, Şəbnəm antroponimi ada çevrilməzdən öncə dilimizdə ümumi söz kimi yüz illərlə mövcud olub. Dilçilər isə bildirirlər ki, Şəbnəm sözü də fars sözüdür və mənası şeh deməkdir və kim araşdıra bilər ki, məhz Azərbaycanın ilk Şəbnəmi Ş.Tapdıqdır.

Şou-biznes aləmində də Ş.Tapdığın iddiasını absurd sayanlar çoxdur. Onlar hesab edirlər ki, bu gün Azərbaycan musuqisində, şou-biznesində eyni adı, hətta soyadı paylaşan sənətkarlar, müğənnilər var, onlar da Ş.Tapdığın yolunu tutmalıdırlar?

  • Xəyalə Rais: “… bu adı daşıyan digər məşhur insanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsi barədə xəbərlər şou-biznesdə də ciddi müzakirə edilir”

Mədəniyyətşünas Xəyalə Rais bizimlə söhbətində qeyd etdi ki, Ş.Tapdığın öz adını patentləşdirməsi qeyri-real görünür. O hesab edir ki, bir müğənninin ad qalmaqalı yaratması yaxşı nümunə deyil. Azərbaycanda İlhamə Quliyevadan başqa İlhamə adlı müğənnilər də var, ancaq sağlığında sənətkar bir dəfə də olsun bu barədə hər hansı iddia səsləndirməyib ki, filankəs, get adını dəyişdir, ölkənin ilk İlhaməsi mənəm. “Şəbnəm Tapdıq uzun illərdir müxtəlif absurd iddialar irəli sürür. Onun bu cür fikirləri şou-biznesdə qeyri-normal qarşılanır, hətta lağ, gülüş hədəfinə çevrilir. Onun məşhur Şəbnəmlərdən adlarının dəyişdirilməsini tələb etməsi düzgün deyil. Şəbnəm adı daşıyan məşhurların hamısı çaş-baş qalıblar. Onlar işdən çıxarılacaqlarından, efirlərə buraxılmayacaqlarından əndişələnirlər. Şəbnəm Tapdıq deyir ki, adını müvafiq qurumlarda patentləşdirib, o öz adını necə patentləşdirə bilər? Görmüşük ki, yaradıcı insanlar əsərlərini, alimlər ixtiralarını, hansısa şirkət buraxdığı məhsulları patentləşdirir, amma adın patentləşdirilməsini birinci dəfədir eşidirəm. Xalq yazıçısı Anar ölkəmizin ilk Anarıdır, ondan sonra minlərlə oğlan uşağına Anar adı verilib. İndi durub desin ki, bütün Anarlar öz adlarını dəyişdirsinlər, bu mümkün deyil. Şəbnəm Tapdığın həmkarları ilə, eləcə də bu adı daşıyan digər məşhur insanlarla bağlı hüquq-mühafizə orqanlarına müraciət etməsi barədə xəbərlər şou-biznesdə də ciddi müzakirə edilir. Hər kəs onun bu addımını təəccüblə qarşılayır” - deyə X.Rais qeyd etdi.   

  • Şəmsəddin Əliyev: “Şəbnəm Tapdığın məhkəməyə müraciət etmək hüququ var, ancaq...”

Tanınmış hüquqşünas Şəmsəddin Əliyev də “Bakı-Xəbər”ə bildirdi ki, müğənni Şəbnəm Tapdığın iddiası məhkəmə tərəfindən təmin edilərsə, bu, başqaları üçün də presedent yaradar. “Bəzən eyni adı 1000 nəfər daşıya bilər və bir nəfərin başqalarına “get, adını dəyişdir” deməsi tamamilə yanlış tələbdir. Bu baxımdan da Şəbnəm Tapdığın iddiası əsaslı deyil. İnanmıram ki, məhkəmə Şəbnəm Tapdığın bu iddiasını təmin etsin. Şəbnəm Tapdığın məhkəməyə müraciət etmək hüququ var, ancaq məhkəmənin başqa Şəbnəmlərdən adlarını dəyişdirməsini tələb etməsinin heç bir hüquqi əsası yoxdur. Müğənninin başqa Şəbnəmlərin adlarının dəyişdirilməsinə nail olması mümkünsüzdür və bu, xülyadan başqa bir şey deyil. Şəbnəm adında min adam olar və bu adları daşımağa məhkəmə onlara qadağa qoya bilməz. Atası şair İlyas Tapdığın ruhuna bizim hamımızın ehtiramı var, onun əsərləri bizim üçün çox dəyərlidir. Ancaq Şəbnəm Tapdığın bu şəkildə “favoritlik” etməsi nə vətəndaş cəmiyyəti, nə də hüquqi dövlət anlamına uyğun deyil. Bilirsiniz, onun bu iddiasını hakim təmin edərsə, bu başqaları üçün də presedent yaradar. Başqa populyar adamlar da bundan “ilhamlanıb” məhkəməyə müraciət edə bilər və başqa adaşlarından öz adlarını tələb edərlər. Bu da çox yanlış bir yanaşma olar” - deyə Ş.Əliyev vurğuladı.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ