Cümə axşamı günü, 08 oktyabr 2026
     

Həmkarlarının toyuna, ad gününə və şənliyinə qonorarsız qatılmayan şou-biznesçilərimiz də varmış...

Image


Şou-biznes aləmində olanların səmimiyyəti də, insanpərvərliyi də, özlərini canıyanan kimi göstərmələri də saxtadır. Bunlar əsasən kamera üçün edilən cəhdlərdir. Kamera qarşısnda oynamağa, imitasiya etməyə meylli olan şou-biznes kəsimi yaxşı insan kimi görünmək üçün özlərini yüz şəkilə salırlar. Dünən qol-boyun olub öpüşüb, görüşürlər, dostluqdan, isti münasibətdən dəm vururlar, sabah isə “səmimi münasibət”də olduqları kəslər haqqında hədyanlar danışırlar. Hamısı özünü “süddən çıxmış ağ qaşıq” kimi göstərməyə çalışır. Əslində isə səmimiyyət və şou-biznesçi bir-birindən uzaq olan məsafələrdə yerləşir.

Əvvəllər çox eşidərdik ki, populyar şou-biznesçilər elə də tanınmış olmayan həmkarlarının toylarına, ad günü şənliklərinə, hətta konsert və klip təqdimatlarına qonorar almamış getmir. Düzü, bu adama inndırıcı gəlmirdi ki, necə ola bilər eyni sahədə təmsil olunan insanlar bir-birilərinə qarşı belə hərəkət edə bilərlər. Ancaq deyilənlər yalan deyilmiş. Şou-biznesçilər bu halı nə qədər ört-basdır etmək istəsələr də alınmayıb. El dili ilə desək “cidanı çuvalda gizlətmək mümkün deyil”. Şou əhlinin bu neqativ xarakteri də günlərin birində üzə çıxıb.

Bir vaxtlar müğənni Nüşabə Ələsgərli övladının kiçik toyunda iştirak etməsi və ifalar səsləndirməsi üçün Türkiyə musiqisinin kralı İbrahim Tatlısəsi məclisə dəvət etmişdi. İnsafən İ.Tatlısəs də xanım müğənnimizin övladının toyunda iştirak etmişdi. O vaxt xəbər yayıldı ki, onun toya gəlişi N.Ələsgərlinin çox yüksək məbləğdə qonorar ödəməsi sayəsində mümkün olub. Hətta mediada bəzi şou-biznesçilər öz həmkarının övladının toyuna pulla gələn İ.Tatlısəsi qınamışdı. Ancaq sonra aydın oldu ki, bizim bəzi populyar müğənnilər də öz həmkarlarının şad gününə qonorarsız qatılmır. Bu da onu göstərir ki, şou-biznesin özündə bir təbəqələşmə mövcuddur və qruplaşmalar var. Onların hərəsinin öz “kruqu” var və bu “kruq”dan kənarda kim onları harasa dəvət edirsə mütləq qonorar tələb edirlər. “Vaxtımız qızıldır” deyən şou-bizensçilərin hər şeyə, hətta dostluq münasibətlərinə də maddi çalar verməsi anormal haldır. Bu sadəcə, gülüncdür. Hətta deyirlər ki, bəzi şou-biznesçilər onlarla şəkil çəkdirmək istəyənlərdən də “şirinlik” umurlar. Bu yadıma Yeni il şənliklərində “Şaxta baba”ların onlarla şəkil çəkdirmək istəyən uşaqların valideynlərindən pul tələb etməsini saldı. Özü də uşaqların gözləri qarşısında. Bir müğənni öz övladının toyuna böyük məbləğdə qonorar ödəyib başqa bir həmkarını dəvət edirsə təbii ki, bu hal uşaqlarda həmin müğənni haqqında yanlış təsəvvür yaradır. Daha doğrusu, uşaqlar o müğənnilərin necəliyi haqqında səhih məlumat alırlar.

Bu günlərdə xəbər yayılıb ki, xalq artisti Aygün Kazımova populyar olmayan müğənnilərin şad gününə qonorarsız getmir. Mərhum xalq artisti, müğənni İlhamə Quliyevanın da məclislərə qonorar müqabilində qatıldığı ilə bağlı söz-söhbətlər dolaşır. Bunun nə dərəcədə doğru olduğunu deyə bilmərəm. Yəni imanımı yandıra bilmərəm.

Bu günlərdə prodüsser-aparıcı Tarix Əliyev (Tolik) qonorar müqabilində həmkarlarının şənliyinə qatılan müğənnilərdən birinin xalq artisti Aygün Kazımova olduğunu açıqlayıb. Deyib ki, A.Kazımova müğənni Rəqsanə İsmayılovanın məclisinə qonorarla qatılıb. Tolik deyib ki, Rəqsanənin qızının arzusu olub ki, Namiq Qaraçuxurlu ilə Aygün Kazımova onun ad gününə gəlsin. “Rəqsanə həmin vaxtlar çox da tanınmırdı. Onda pul ödədi ki, Aygün Kazımova gəlsin. O da gəlib məclisdə oxudu. Onların heç bir əlaqəsi yoxdur. İndikilər əlaqəsi olmayan müğənnini toyuna qonaq dəvət edir” - deyə bildirib. Bunu mən yox, Tolik deyir. O Tolik ki, şou-biznesçilərin bütün qara əməllərinə şahidlik edib.

Görünür, qonorar müqabilində öz həmkarlarının toylarına, ad günlərinə qatılmaq şou-biznesçilər üçün adi haldır. Belə olmasaydı, onlar bu hərəkətə yol verməzdilər. Bəzən eşidirik ki, bizim şou-biznesçilər hanısa rusiyalı müğənninin toyuna qatılıb. Görəsən, xalq artisti Brilliant Dadaşova rusiyalı müğənni Alsunun toyunda oxumaq üçün nə qədər qonorar alıb? Hərçənd, B.Dadaşova “Alsunun toyunda tamamilə təmənnasız oxumuşam” deyir. Bəs onda nə baş verir ki, öz həmkarlarının toyuna pulsuz getmirlər. Yəqin bizim şou-biznesçilər Alsudan daha varlıdır, ona görə...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

07.10.2026 / 16:29
Prezident maaşlarla bağlı fərman imzaladı...

07.10.2026 / 16:25
“Süni intellekt texnologiyaları sahəsində Azərbaycan və Belarus arasında əməkdaşlıq üçün geniş imkanlar var” - MÜSAHİBƏ

07.10.2026 / 16:24
Mirzoyanın Tehrana budəfəki səfəri əvvəlkilərə bənzəmir – pərdəarxası...

07.10.2026 / 16:18
"Gürcüstanda azərbaycandilli məktəblərdə təhsil alan şagirdlərin ana dilini mənimsəməsinə təsir edən amillər" kitabının təqdimat oldu

07.10.2026 / 16:05
Kanada separatçıları Trampın siyasi ömrünün bitməsini gözləyir...

07.10.2026 / 15:54
6 azərbaycanlı İsveç parlamentinə, regional və bələdiyyə şurasına üzv seçildi

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ