16/07/2019 13:01
728 x 90

Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisi keçirilir

img

21 iyun - 10 iyul 2019-cu il tarixlərində Muzey Mərkəzində Azərbaycan Respublikası Mədəniyyət Nazirliyi, Azərbaycan Dövlət Rəsm Qalereyası və Muzey Mərkəzinin təşkilatçılığı ilə Mahmud Rüstəmovun “UN/PUBLİSHED” adlı fərdi sərgisi keçiriləcək. Bu barədə baki-xeber.com-a Mədəniyyət Nazirliyindən məlumat daxil olub.

Qeyd edək ki, heykəltəraş, rəngkar, qrafik, 2000-ci ildə “İlin ən yaxşı heykəltəraşı” seçilən M.Rüstəmov öz yaradıcılığının bütün istiqamətlərində maraqlı əsərlər yaradıb. Reallıq və irreallığın, maddi və zərif intellektuallığın, ilahi və demonik başlanğıcın paradoksal və məchul sintezi onun yaradıcılığının əsas məzmununu təşkil edir. Ekspozisiyada heykəltəraşın “Qızılı xəttin sirri” və “Başlanğıc öncəsi yuxu” adlı işləri özünəməxsus görüntüsü ilə diqqəti cəlb edir. “Dördbucaqlı tısbağanın mahnısı” əsərini heykəltəraş Türkiyədə yerləşən vadinin müasir interpritasiyası adlandırır.

İradə SARIYEVA

Son xəbərlər