Cümə axşamı günü, 08 oktyabr 2026
     

Keçmiş ərləri şou müğənnilərinə xəyanət etdiyi üçün onlar boşanıb, yoxsa onları xəyanətlərinə görə boşayıblar?

Image


Boşanma bir sosial-psixoloji bəladır. Bu epidemiya bütün cəmiyyətlərə yayılıb və günü- gündən miqyası daha da genişlənir. Bizim cəmiyyətə elə də xas olmayan, ümumiyyətlə, milli mentalitetimizə yad olan boşanma aktlarının bu qədər genişlənməsində payı olanlar var. Onların kimlər olduğunu soruşmaq istəyirsinizsə deyim. Boşanma, xəyanət virusunu bizim cəmiyyətə, ailələrə yeridənlərdən biri şou-biznesçilərdir. Birdən deyərsiniz ki, boşanma fərdi məsələdir, insanların şəxsi işidir, bura şou-biznesçilərin nə dəxli var? Dəxli var, özü də çox. Onların yaşadıqları həyat tərzi ilə bağlı apardıqları təbliğat gənclərin əxlaqına, mənəviyyatına mənfi təsir göstərir.

Bu insanlar ya bilərəkdən, ya da bilməyərəkdən öz davranışları ilə boşanmanı təbliğ edirlər. Məsələn, bir şou-biznesçi çıxıb efirdə deyir ki, ərim pul qazana bilmədiyi üçün, ona təpik vurub qapıdan bayıra atdım. Başqa biri deyir ki, mənim istədiyim həyatı mənə yaşatmadığı üçün, ərimdən boşandım, niyə zülm çəkməliydim ki? Yaxud bir başqası “ölərəm, ər corabı yumaram, qaynana-qaynata qulluğunda durmaram” deyir. Onlar daha nələr demirlər ki? Şou müğənnilərinin boşanması məsələsini həmişə bəzi saytlar xüsusilə işıqlandırırlar. Hansı müğənnidən “niyə boşanmısınız” deyə soruşduqda “ərim rəfiqəmlə mənə xəyanət etdi” deyir. Özü də elə iddia edir ki, onları tanımayanlar dərhal inanırlar. Daha demir ki, ərim mənə rəfiqəmlə xəyanət etmədi, mən rəfiqəmin əri ilə ərimə və rəfiqəmə xəyanət etdim. Onların belə bir etirafını gözləmirəm də...   

Bəzən deyirlər ki, gəlin gəlin olmaz, düşdüyü yer gəlin olar. Bu sözdə həqiqət olsa da, çox vaxt gəlinlərin özləri yaxşı ailələrdə də gəlin olmaq istəmirlər. Düşdükləri ocağı şölələndirmək əvəzinə, boşanırlar. Elə götürək bizim bir çox şou müğənnilərini və aktrisaları. Hamısı boşanmalarına səbəb kimi eyni motivi göstərir - xəyanəti. Öz şəxsi həyatları ilə gündəmdə olan şou müğənnilərinin çox böyük əksəriyyəti iddia edir ki, ərlərinin xəyanətinə uğradıqları üçün, boşanma barədə qərar veriblər. Əslində isə çox zaman onlar tərəfindən boşanmanın həqiqi motivi ciddi şəkildə təhrif edilir.

Araşdırıb görürsən ki, bu gün müğənnilik edənlərin çoxu özü boşanmayıb, onları əxlaqsızlıqlarına, xəyanət etdiklərinə görə boşayıblar. Bu adamların çoxunun səhnəyə gələn yolu elə ərlərinə xəyanətdən başlayıb desəm, heç də yanılmaram. Çünki müxtəlif qalmaqallar, dedi-qodular törətməkdə pərgar olan şou əhli keçmiş ərlərinə də asanlıqla şər atırlar. Guya bunlar o qədər qürurlu olublar ki, ərlərinin xəyanətini bağışlaya bilməyiblər. Ocağına, ailəsinə sədaqətli olan qadın heç zaman milyonların qarşısına çıxıb başqasını təhqir etməz, nədəsə suçlamaz. Etiraf etmirlər ki, bizim xarakterimizlə, yaşamaq istədiyimiz həyat tərzi ilə ailə həyatı tutmur. Demirlər ki, biz gecə həyatı yaşamaq, günümüzü barlarda, əyləncə yerlərində keçirmək, qızıl-brilliant içində üzmək istəyirdik, amma ərimiz kasıb olduğundan, ona xəyanət edib pul qazanmışıq, bilib boşayıblar. Özü xəyanətkar olan birilərinin başqalarını xəyanətdə suçlaması həqiqətən də gülüncdür.

Ay şou əhli, sizin əsaslandırmalarınıza, buna əsaslandırma demək mümkündürsə, nəinki insanların, hətta “bişmiş toyuğun da gülməyi gəlir”. Bu günlərdə gənc şou-biznesçilərdən biri ağızıdolusu ərinin “xəyanətindən” danışdı. Sonra məlum olur ki, onun həmin zaman sevgilisi olub və əri də onu boşayıb. Bu şou müğənnisi demir ki, hansısa bir iş adamı ilə eşq yaşadığına görə iş adamının həyat yoldaşı onu yüzlərlə insanın qarşısında döyüb rüsvay edib, əri isə əlini qana bulamamaq üçün sakitcə boşayıb. Bu gün şou müğənniləri öz populyarlıqlarından istifadə edərək heç kəsin tanımadığı keçmiş həyat yoldaşlarına qarşı ağlasığmaz ittihamlar irəli sürürlər. Onlar da balalarının xatirinə susurlar... Amma danışsalar, ortaya elə dəhşətli faktlar çıxar ki, bu da sözügedən iddiada bulunan şou müğənnilərinin xeyrinə işləməz. Şou müğənnilərin ailə həyatını da, öz talelərini də şouya, şit bir tamaşaya çevirdiyi məlumdur. İstərdim ki, sadə insanlar onların yaşadıqları süni, ruhsuz, saxta həyat tərzindən nümunə götürməsinlər. Çünki gerçəkdən də onların çoxunun həyatı yaxşı deyil, pis nümunədir...

Leyla QARAXANLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ