Olaylar.az xəbər verir ki, əsərləri dünyanın bir çox ölkəsində çap olunan yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun əsərləri Rusiya nəşriyyatlarının diqqətini cəlb edib. Belə ki, yazıçının "Attila" tarixi romanı rus və ingilis, "Şah arvadı və cadugər", "Əmir Teymur" (Tamerlan) tarixi romanları rus, "Nadir Şah" tarixi romanı isə ingilis dilində Rusiyanın məşhur “Ridero” nəşriyyatında çapdan çıxıb.
Yunus Oğuzun əsərləri "Beta.ridero.ru"da da böyük populyarlıq qazanıb. Belə ki, yazıçının adı saytın ən populyar bölməsində trendə düşüb.