Cümə axşamı günü, 08 oktyabr 2026
     

Azərbaycanın Qırğızıstandakı səfirliyi Nəsiminin 650 illiyi ilə bağlı Bişkekdə geniş ədəbi-bədii gecə keçirdi - FOTO

Image


Mayın 17-də Qırğızstanın Bişkek şəhərində Alıkul Osmonov adına Qırğızstan Milli kitabxanasının böyük salonunda İmadəddin Nəsiminin 650 illiki yubileyinə həsr olunmuş ədəbi-bədii tədbir keçirilib.

Azərbaycanın Qırğızıstandakı səfirliyindən “Bakı-Xəbər”ə bildirildiyinə görə, Qırğız Respublikasının Mədəniyyət, informasiya və turizm naziri Azamat Jamankulov, digər ali vəzifəli şəxslər, səfirlər, diplomatik korpusun məsul əməkdaşları, görkəmli ədəbiyyatçılar, QHT və KİV təmsilçilərinin iştirak etdiyi yubiley Azərbaycan Respublikasınının (AR) Mədəniyyət, Qırğız Respublikasının Mədəniyyət, informasiya və turizm nazirliklərinin, TÜRKSOY-un, AR-ın Qırğız Respublikasında Səfirliyinin birgə təşkilatçılığı ilə baş tutub.

Öncə Qırğızstan Milli Kitabxanasının foyesində Azərbaycan Milli Kitabxanasının fondunda olan Nəsiminin əsərlərindən ibarət kitab sərgisinin açılışı olub.       

Sərginin açılışından sonra İmadəddin Nəsimi haqqında qısa sənədli film nümayiş etdirilib.

Nazir Azamat Jamankulov çıxış edərək, böyük Azərbaycan şairi İmadəddin Nəsiminin 650 illik yubileyinə həsr olunmuş tədbirin keçirilməsinin əlamətdar hadisə olduğunu bildirib. Nəsiminin yaradıcılığının böyüklüyünü və bizim günlərdə də aktual olduğunu deyən natiq səfirliyin nazirliklə hər zaman sıx əməkdaşlıq etməsindən məmnunluq ifadə edib.

Azərbaycanın Qırğızstandakı səfiri Hidayət Orucov qeyd edib ki, məhz Ümummilli Lider Heydər Əliyevin təşəbbüsü ilə əlli il bundan öncə Nəsiminin 600 illik yubileyi UNESCO-nun tədbirlər siyahısına daxil edilib, ölməz əsərləri dünya dillərinə çevirilib. Həmin yubiley tədbirlərinin davamı olaraq, 1979-cu ildə Bakının mərkəzində İmadəddin Nəsiminin möhtəşəm heykəli ucaldıldı, şair haqqında məşhur bədii film çəkildi. Məlumat verib ki, onun layiqli davamçısı Prezident İlham Əliyev İmadəddin Nəsiminin 650 illik yubileyi münasibətilə 2019-cu ilin ölkəmizdə “Nəsimi ili” elan edilməsi ilə bağlı tarixi Sərəncam imzalayıb.

TÜRKSOY-un nümayəndələri Kocogeldi Quliyev və Elçin Qafarlı çıxış edərək, dahi Nəsiminin əsərlərinin hələ sağlığında Azərbaycan, Yaxın Şərq, İraq, Kiçik Asiya və Suriyada, eləcə də Orta Asiyada geniş şöhrət tapdığını bildirib, onun irsinin geniş araşdırılaraq tədqiq edilməsinin və əsərlərinin türk xalqlarının dillərinə tərcümə edilərək nəşr olunmasının vacib olduğunu qeyd ediblər.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov İmadəddin Nəsiminin yaradıcılığı haqqında söhbət açaraq, şairin çox mürəkkəb və ziddiyyətli həyat yolu keçdiyini, Azərbaycan ədəbiyyatında ana dilində yaranan fəlsəfi şeirin əsasını qoyduğunu, XV əsrdən etibarən bütün türk ədəbiyyatına güclü təsir göstərdiyini, əsərlərinin əlyazma şəklində geniş yayılaraq, dünyanın bir sıra mötəbər kitabxanalarında saxlandığını deyib. O, XIV əsrin sonu, XV əsrin əvvəllərində yaşayıb-yaratmış böyük Azərbaycan şairi və filosofu İmadəddin Nəsiminin ərəb, fars və türk dillərində humanist ruhlu əsərlər qələmə alan ən böyük şairlərdən biri, ana dilimizdə yazan ilk şairlərdən olduğunu diqqətə çatdırıb.

Sonra Qırğız-Rus Slavyan Universitetinin İranşünaslıq Mərkəzinin direktoru Məlahət Məmmədova, türk yazıçı-araşdırmaçı Kenan Çarboğa, qazax şairi Dauletbek Baytursunlu, başqırd şairi Tamara Yuldaşeva İmadəddin Nəsiminin həyat və yaradıcılığı haqqında söz açaraq, onu türk xalqlarının böyük şairi adlandırıblar.

Daha sonra səfir H.Orucov və nazir A.Jamankulov TÜRKSOY tərəfindən xatirə hədiyyəsi ilə mükafatlandırılıb.

Bədii hissədə Nəsiminin şerləri  müxtəlif dillərdə (başqırd, rus, qazax, qırğız və s. ) oxunub, ecazkar Azərbaycan və qırğız musiqisi səslənib.

Ertəsi gün Qırğızıstanın Bişkek şəhərindəki Manas Universitetində İmadəddin Nəsiminin 650 illiyi ilə bağlı daha bir tədbir keçirildi.

Manas Universitetinin rektoru professor Səbahəttin Balcı tədbiri açaraq vurğulayıb ki,  Nəsiminin ədəbi irsi dövrün dərin poetik fikirlərinin və fəlsəfi baxışlarının vəhdətini təşkil edir. Onun yaradıcılıq irsi qədim köklərə və çoxəsrlik ənənələrə malik türk ədəbiyyat tarixində xüsusi mərhələdir. Orta əsrlər türk poeziyasının humanizm ideyaları ilə zənginləşməsində və yeni məzmun kəsb etməsində unudulmaz şairin xidmətləri ölçüyəgəlməzdir.

Səfir H.Orucov çıxışında  türk dünyasının ortaq mədəniyyətinin və ədəbiyyatının təbliğində belə yubiley tədbirlərinin keçirilməsinin böyük əhəmiyyət kəsb etdiyinə diqqət çəkərək, xüsusilə 71 illik sovet dönəmində qardaş xalqlarımızın ədəbiyyatından xəbərsiz olduqlarından indi bu işi çox sürətlə görməyin vacib olduğunu vurğulayıb.

Tədbirdə Manas Universitetinin birinci prorektoru Asılbek Kulmurzayev çıxış edərək, böyük Azərbaycan şairi İmadəddin Nəsimini bütün dövlərin ustad şairi olduğunu deyib. Bildirib ki, şair o dövrün önəmli mədəniyyət mərkəzləri olan Azərbaycan, İran, Türkiyə, İraq, Suriya şəhərlərini gəzərək öz idayelarını bu bölgələrdə şeirləri vasitəsilə insanlara çatdırıb.

Azərbaycan Milli Kitabxanasının direktoru Kərim Tahirov İmadəddin Nəsiminin Azərbaycan xalqının ümumbəşər mədəniyyətinə bəxş etdiyi qüdrətli söz ustadlarından, Şərqin zəngin mədəni-mənəvi sərvətləri üzərində ucalmış və bədii söz sənətinin son dərəcə qiymətli incilərini meydana gətirmiş mütəfəkkir şair olduğunu qeyd edib.

TÜRKSOY-un nümayəndələri Kocogeldi Quliyev və Elçin Qafarlı çıxış edərək, Nəsimi yaradıcılığının nəinki türk dünyasında, ümumiyyətlə, bəşəriyyət üçün dərin məna kəsb etdiyini qeyd edib. Vurğulayıblar ki, Nəsiminin yaradıcılığı millətlər və xalqlar arasında təmas nöqtəsini təşkil edir.

Manas Universitetinin professoru Layli Ukubayeva, Qırğız ədəbiyyatşünası dosent Karlıqaç Cumakatirova, türk yazıçı-araşdırmaçı Kenan Çarboğa, qazax şairi Sayat Kamşiger, başqırd şairi Tamara Yuldaşeva və başqaları Nəsimi yaradıcılığı haqqında geniş söhbət açıb və onu türk xalqlarının böyük şairi adlandırıblar.

TÜRKSOY  adından səfir H.Orucova və rektor S.Balçıya xatirə medalı təqdim olunub.

Tədbirin sonunda səfir H.Orucov bütün iştirakçılara, xüsusilə TÜRKSOY-un nümayəndələrinə və Manas Universitetinin rəhbərliyinə təşəkkürünü bildirib.



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ