Cümə axşamı günü, 08 oktyabr 2026
     

İsrail “Avroviziya”sının nəticələri Azərbaycanla bağlı hansı yanaşmaları ortaya qoydu...

Image


“Hesab edirəm ki, Çingiz Mustafayevin tutduğu 7-ci yerlə onun göstərdiyi performans, yaratdığı obraz, təqdim etdiyi ifa qətiyyən uzlaşmır”

 

İsrailin evsahibliyi ilə keçirlən “Avrovizya-2019” mahnı müsabiqəsi başa çatsa da, müsabiqə iştirakçıları ilə bağlı rəylər, fikirlər səngimək bilmir. Xüsusən də “Dare to Dream" (“Arzulamağa cürət et”) şüarı altında təşkil olunan builki yarışmada Azərbaycanı “Truth” mahnısı ilə təmsil edən və yarışmanın gerçək favoritinə çevrilən Çingiz Mustafayevin 7-ci pillədə qərarlaşması sosial şəbəkələrdə peşəkarlar tərəfindən narazılıqla qarşılanıb. Azərbaycanla yanaşı, hətta Rusiyanın, Belarusun və digər ölkələrin də peşəkar musiqiçiləri hesab edirlər ki, Ç.Mustafayevin həm ifası, həm də təqdim etdiyi performans 7-ci yerə deyil, ilk 3-lüyə layiq olub.

Qeyd edək ki, finalda tamaşaçılar qarşısında Malta, Albaniya, Çexiya, Almaniya, Rusiya, Danimarka, San-Marino, Şimali Makedoniya, İsveç, Sloveniya, Kipr, Niderland, Yunanıstan, İsrail, Norveç, Böyük Britaniya, İslandiya, Estoniya, Belarus, Azərbaycan, Fransa, İtaliya, Serbiya, İsveçrə, Avstraliya və İspaniyadan olan ifaçılar çıxış ediblər.

Yarışmada, ümumilikdə, 42 ölkə iştirak edib. Azərbaycana Albaniya 8, Malta 8, Makedoniya 4, San-Marino 4, Estoniya 5, Polşa 2, Norveç 5, İspaniya 7, Avstriya 4, Böyük Britaniya 7, İtaliya 7, Albaniya 8, Macarıstan 5, Moldova 6, İrlandiya 7, Rumıniya 10, Kipr 6, Avstraliya 2, Rusiya 12, İsveç 5, Litva 10, Serbiya 3, İslandiya 4, Gürcüstan 10, Yunanıstan 8, Latviya 6, Çexiya 5, Danimarka 4, Fransa 6, Finlandiya 2, Sloveniya 10, İsrail isə 7 xal verib.

Ötən müsabiqələrlə müqayisədə nə dəyişib? Azərbaycan təmsilçisinə münasibətdə hansısa siyasi çalarlar özünü göstəribmi? Peşəkar münsiflər heyəti və tamaşaçıların səsverməsində fərqliliklər olubmu?

  • “Bukmeykerlər Niderland təmsilçisinin qalib olacağını proqnozlaşdırırdı və belə də oldu”

“Avrovizya-2019”un nəticələrini təhlil edən Azərbaycan Bəstəkarlar İttifaqının üzvü, musiqişünas, musiqi tənqidçisi, pedaqoq, əməkdar incəsənət xadimi, professor Zümrüd Dadaşzadə “Bakı-Xəbər”ə bildirdi ki, bu müsabiqəni mütəmadi olaraq izləyib. “Azərbaycan bu müsabiqədə təmsil olunandan fəalam. Həm dəfələrlə münsiflər heyətinin üzvü olmuşam, həm də münsiflər heyətinə sədrlik etmişəm. Uzun müddətdir davamlı olaraq bu yarışmanı izləyirəm. Mən Çingiz Mustafayevin ifasını eşidən kimi onun ifası məni riqqətə gətirdi. Başa düşdüm ki, bu mahnı və onun ifaçısı müsabiqənin favoriti qismində olacaq. Onun favorit olacağı hələ müsabiqədən əvvəl aydın idi. Çingizin çıxışı olduqca yüksək səviyyədə idi. Əgər bir peşəkar kimi onun çıxışını dəyərləndirsək, qeyd etməliyik ki, Çingizin yaratdığı obraz çox fərqli idi. Bu çox məğrur, vüqarlı, sanballı, şərəfli bir obraz idi ki, biz onu səhnədə gördük və əlbəttə, ona qibtə etməmək mümkünsüz idi. Mənim “Facebook” dostluğumda Moskva musiqişünasları var, özü də onlar akademik musiqi ilə məşğul olan insanlardır. Onların bir qismi yazıb ki, şübhəsiz, Çingiz Mustafayev bu müsabiqənin lideri idi və ən yüksək yerə layiq idi. Biz bunu gördük və eşitdik. Düzdür, onlar Çingizin adını yazmırlar, Azərbaycan təmsilçisi deyirlər. Bilirsiniz, Avropa tamaşaçısının münasibəti bir qədər fərqlidir. Burada diqqətçəkən bir məqam vardı. Fikir verdinizsə, müsabiqənin münsiflər heyətinin səsverməsində Çingiz ilk beşlikdə idi. Ancaq dinləyicilərin səsverməsindən sonra o, iki pillə aşağı endi. Yəni biz bunun əksini gözləyirdik ki, dinləyicilərin səsverməsi onu yüksəyə qaldıracaq və Çingiz birinci yeri qazanacaq. Amma, nədənsə, belə olmadı. Bu da məni hədsiz dərəcədə təəccübləndirdi. Bu olduqca qəribə bir hadisədir. “Avroviziya” müsabiqəsi belədir ki, onun nəticələrini əvvəlcədən proqnozlaşdırmaq çox çətin olur. Ancaq bir məsələni səmimiyyətlə demək istəyirəm ki, Çingizin timsalında Azərbaycanın “Avroviziya”dakı budəfəki iştirakı daha yüksək səviyyədə oldu. Mən həmişə “Avroviziya”dakı ilk təmsilçimiz olan Samirlə Elnurun da çıxışlarını yüksək qiymətləndirirəm. Bu çıxışa xüsusi əhəmiyyət verməyimin səbəbi odur ki, Samirlə Elnurun çıxışı ilk idi və həm də onların ifa etdiyi mahnını Azərbaycan bəstəkarı yazmışdı. Çox arzu edərdim ki, gələcəkdə Azərbaycan bəstəkarları bu müsabiqə iştirakçıları üçün mahnılar yazsınlar. Çünki Azərbaycanın mahnı ənənələri çox zəngindir. İstəyim odur ki, gələcəkdə Azərbaycan bəstəkarları da bu prosesə qoşulsunlar, onlar bu sahədə öz sözlərini deyə bilərlər. Amma yenə də Çingizin ifası, səsi, yaratdığı obraz olduqca yüksək sənətkarlıq, peşəkarlıq nümunəsi idi. Bunu sənətkarlıq baxımından da çox yüksək dəyərləndirirəm. Bu gün ola bilsin ki, yarışmanın qalibi olan Niderland nümayəndəsi və digəriləri gündəmdədirlər. Şübhəsiz ki, Çingiz Mustafayev pop musiqisində təsadüfi adam deyil, o artıq öz sözünü deyib, onu sevənlər də, tanıyanlar da var. Baltikyanı respublikalarda Çingiz Mustafayevi çox yaxşı tanıyırlar, çünki “Yeni dalğa”da iştirak edib. O bu sənətdə qalacaq, karyerasını davam etdirəcək. O tamamilə püxtələşmiş, özəl keyfiyyətləri, səs tembri ilə seçilən, səhnədə obraz yaratmağa qadir olan xarizmatik, cazibədar bir ifaçıdır. Mənə elə gəlir ki, onun səs-sorağı bundan sonra da nüfuzlu yarışmalardan gələcək. O ki, qaldı münsiflərin səsverməsinə, ola bilsin, Çingizə yüksək bal verənlər az oldu. Ancaq mən burada ilk dəfə belə bir hal müşahidə etdim. Ona verilən səsin miqdarı az olsa da, demək olar ki, bütün ölkələrin münsiflər heyətinin üzvləri ona xal verdilər, yəni xal verməyən münsif üzvü qalmadı. Əvvəllər belə bir hadisənin şahidi olmamışam. Səsverənlər sırasında Fransa da, İtaliya da, İspaniya da, Norçeç də var idi. “Avroviziya”da təmsil olunan və Avropada pop musiqi sahəsində dəbi diktə edən bütün peşəkar musiqiçilər Çingizi diqqətdən kənarda qoymadılar”.  

Builki müsabiqədə nə kimi dəyişikliklərin baş verdiyinə gəlincə, Z.Dadaşzadə qeyd etdi ki, bu dəfə elə də böyük dəyişikliklər müşahidə edilməyib. Z.Dadaşzadənin sözlərinə görə, müsabiqənin nəticələri ilə bağlı bukmeykerlərin budəfəki proqnozları özünü doğruldub. “Bukmeykerlərin proqnozları mənə qəribə gəldi. Onlar sanki gəldikləri rəyi tamaşaçılara, dinləyicilərə sirayət etmək istəyirlər. Belə olub ki, dəfələrlə bukmeykerlərin dedikləri ilə nəticələr üst-üstə düşməyib. Ancaq bu dəfə belə olmadı. Finalın sonunda İsveç və Niderlandın nümayəndələri mübarizə aparırdılar. Bukmeykerlər Niderland təmsilçisinin qalib olacağını proqnozlaşdırırdılar və belə də oldu, birinci yeri Niderland ifaçısı tutdu. Hərçənd, onlar eyni səviyyədə idilər və bəlkə də İsveçin nümayəndəsi daha maraqlı ifa və performans sərgilədi. Bu mənim üçün bir sirr olaraq qalır. Əvvəlcədən belə bir proqnozun verilməsi və rəyin formalaşdırılması adamda müxtəlif suallar yaradır. Əvvəlki dövrlərdən fərqli olaraq builki yarışmada siyasi çalarlar özünü elə də göstərmədi. Biz bunu görmüşük ki, hər hansı bir ölkəyə dəstək olmaq üçün bəzən onların təmsilçilərini birinci pilləyə çıxarıblar. Ancaq burada belə şey yox idi. Birinci yarımfinaldan sonra düşündüm ki, Çingiz qalibdir. İkinci yarımfinalda 18-ci çıxış edirdi. Hətta biz bu məsələni həmkarlarımla da müzakirə etdik. Düşündüm ki, o, birinciliyə layiqdir. 7-ci yer Çingizə yaraşmır. Onun ifası, performansı, yaratdığı obraz həqiqətən də o qədər fərqli, özəl, sənətkarlıq baxımından kamil idi ki, Çingizin 7-ci yeri tutması məni təəccübləndirir. Ancaq sevindirici hal odur ki, Çingizin ifası ilə bağlı bir dənə də olsun mənfi rəy yoxdur, hamı ona böyük diqqət yetirmişdi, onun favoritlər sırasında olduğunu qeyd edirdi. Sadəcə olaraq, bu dinləyici səsverməsinin nəticəsi məni qane etmədi. Ancaq münsiflərin səsverməsi normal idi. Çingizin nəticələri ilə bağlı məndə bəzi suallar yarandı. Çox əmin idim ki, Çingiz, ən azından, 3-də olmalı idi. Belarusdan xal alınmadı, bu haqda fikir söyləməkdə çətinlik çəkirəm. Ancaq görürəm ki, sosial şəbəkələrdə Belarus tamaşaçıları, dinləyiciləri hamısı “Çingiz bizim favoritimizdir” deyirlər. Belarus və Azərbaycan arasında çox sıx əlaqələr var. Amma onların bizim təmsilçimizə səs verməməsi məni təəccübləndirdi. Hesab edirəm ki, Çingiz Mustafayevin tutduğu 7-ci yerlə onun göstərdiyi performans, yaratdığı obraz, təqdim etdiyi ifa qətiyyən uzlaşmır. Çünki o, əsl sənət nümayiş etdirdi. Çingizə münasibətdə münsiflər normal mövqe tutdular, ancaq tamaşaçı, dinləyici səsvermələrinin nəticələri də məni təəccübləndirir” - deyə Z.Dadaşzadə qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

08.10.2026 / 16:57
Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

08.10.2026 / 16:45
ABŞ və Almaniya kəşfiyyatları özlərini dünya superləri sayırdılar - görün şefləri nə biabırçılıqlar ediblər...

08.10.2026 / 16:36
Yaxın Şərqdə “mehriban düşmənlər” - İran və İsrail bəzən burada eyni mövqedən çıxış edirlər...

08.10.2026 / 16:12
Ermənistan indi də Qərblə İran arasında əzilir, Rusiya və ABŞ isə ölkəni fərqli yönlərə dartışdırır...

08.10.2026 / 16:06
4 mindən çox əsir, itkin, girov azərbaycanlının Xatirə kitablarının əlavə nəşrinə ehtiyac yarandı...

08.10.2026 / 16:00
Azərbaycan–Türkmənistan enerji əməkdaşlığına Transxəzər kəməri müstəsna töhfələr verəcək...

08.10.2026 / 15:28
AB Rusiyanın raket texnologiyasına sanksiya zərbələrinə başladı...

08.10.2026 / 15:19
1000-5000 pensiya alanların artımı nə qədər olacaq?..

08.10.2026 / 15:03
Tural İsmayılov: “Azərbaycan-Türkmənistan münasibətləri regional əməkdaşlığın praktiki dayaqlarından birinə çevrilə bilər”

08.10.2026 / 14:45
Milli təhlükəsizlik artıq daha geniş məna daşıyır

08.10.2026 / 14:38
"Azərbaycan Mərkəzi Asiya ölkələri üçün mühüm tərəfdaş statusuna sahibdir"

08.10.2026 / 14:31
Azərbaycan–Türkmənistan münasibətləri yeni yüksəliş mərhələsinə çıxdı...

08.10.2026 / 14:25
Aİ Ermənistan mallarına müvəqqəti ticarət güzəştləri haqqında sənədi imzaladı...

08.10.2026 / 14:12
Prezident İlham Əliyevin Türkmənistan Prezidenti ilə görüşü olub - FOTO

08.10.2026 / 14:05
Tramp ara seçkilərdən əvvəl İrana zərbə endirə bilər – Pentaqona tapşırıq verildi, plan hazırlanır…

08.10.2026 / 13:48
"Sosial şəbəkələrdə ifadə azadlığı başqalarının şərəf və ləyaqətini alçaltmaq hüququ vermir" - Məhkəmə

08.10.2026 / 13:34
Beynəlxalq səyyahlar Şuşaya səfər ediblər

08.10.2026 / 13:24
Paşinyan Azərbaycanla dəmir yolunun bərpasını Rusiya ilə müzakirə edəcək

08.10.2026 / 13:17
"Azərbaycan regional iqtisadi və nəqliyyat məkanını gücləndirmək üçün yeni imkanlar açır" - Şavkat Mirziyoyev

08.10.2026 / 13:10
"Azərbaycanın sədrliyini tam dəstəkləyəcəyik" - Tacikistan Prezidenti

08.10.2026 / 12:53
İstanbulda bina çökdü - dağıntıları altından 1 meyit çıxarıldı, 3 nəfərin axtarışları davam edir

08.10.2026 / 12:37
"Azərbaycanın Məşvərət Görüşündə tamhüquqlu iştirakı əhəmiyyətlidir" - Birgə Bəyanat

08.10.2026 / 12:24
Dünyanın 13 ölkəsindən olan səyyahlar Azıx mağarasını ziyarət etdi - FOTO

08.10.2026 / 12:20
Səhiyyə Nazirliyi qeydiyyatda yaranan ləngimələr və növbələrə aydınlıq gətirdi

08.10.2026 / 12:08
Qaradağda narkotiklərin qanunsuz dövriyyəsində şübhəli bilinən 2 nəfər saxlandı

08.10.2026 / 11:57
Salyanda "pambıq pulu" qalmaqalı - Nazirlik məsuliyyəti şirkətlərin üzərinə qoydu...

08.10.2026 / 11:54
Türkmənbaşı şəhərində sənədlərin imzalanması mərasimi olub

08.10.2026 / 11:44
Səfərbərlik... Xidmətinin vəzifəli şəxsi məhkəmə qarşısına çıxarılır

08.10.2026 / 11:30
Azərbaycan 2027-ci ildə Mərkəzi Asiya Dövlət Başçılarının Məşvərət görüşünə sədrlik edəcək

08.10.2026 / 11:24
Qırğızıstan Mərkəzi Asiya ölkələri və Azərbaycan arasında vahid tariflərlə bağlı praktiki həllərin hazırlanmasını təklif etdi

08.10.2026 / 11:12
Prezident: "Azərbaycan Qazaxıstan və Özbəkistanla birlikdə yaşıl enerji dəhlizi yaratmaq üzərində işləyir"

08.10.2026 / 11:07
"Nəqliyyat Mərkəzi Asiya dövlətləri ilə Azərbaycan arasında əməkdaşlığın əsas sahələrindən biridir" - Prezident

08.10.2026 / 11:03
Prezident: "Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə ticarət dövriyyəsi ötən il 50 faizdən çox artıb"

08.10.2026 / 10:57
"Son illərdə Azərbaycanın Mərkəzi Asiya ölkələri ilə qarşılıqlı fəaliyyəti xeyli genişlənib" - Prezident

08.10.2026 / 10:55
İrandan Azərbaycana 3 min metadon və 3 kq-a yaxın heroin gətirənlər “Astara” postunda yaxalandı...

08.10.2026 / 10:53
Prezident İlham Əliyev: "Azərbaycan-Türkmənistan münasibətləri son illərdə dinamik inkişaf edir"

08.10.2026 / 10:50
"Orta Dəhlizin TRIPP ilə inteqrasiyası mövcud potensialı genişləndirə bilər" - Tokayev

08.10.2026 / 10:50
Azərbaycanda M4 tüfənglərinin istehsalı üzrə birgə müəssisə açıldı

08.10.2026 / 10:43
Birinci Qarabağ müharibəsində itkin düşmüş şəxslərdən 328 nəfərin şəxsiyyəti müəyyənləşdirilib

08.10.2026 / 10:38
Qarabağda 16 nəfərə aid qalıqlar aşkarlandı

08.10.2026 / 10:22
Xaçmazda iki nəfərdən külli miqdarda narkotik vasitə aşkarlanıb

08.10.2026 / 10:14
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət başçılarının 8-ci Məşvərət görüşündə iştirak edib - FOTO/YENİLƏNDİ

08.10.2026 / 10:12
Prezident İlham Əliyev Azərbaycan və Mərkəzi Asiya Dövlət Başçılarının 8-ci Məşvərət görüşündə iştirak etmək üçün “Avaza” Kompleksinə gəlib - FOTO

08.10.2026 / 09:55
Rusiya təyyarələrinin Prilukiyə endirdiyi zərbə nəticəsində ölənlərin sayı 22-yə çatdı…

08.10.2026 / 09:39
İran və Oman razılığa gəldi – Hörmüz planı yaxın vaxtlarda elan ediləcək…

08.10.2026 / 09:26
Prezident İlham Əliyevin Türkmənistana səfəri başlayıb

08.10.2026 / 09:24
Fransa İranın Parisdəki səfirini nazirliyə çağırıb xəbərdarlıq etdi.

08.10.2026 / 09:16
Qətər sahillərində neft tankerinə qanlı hücum - ölən və yaralananlar var…

08.10.2026 / 09:08
Husilər Səudiyyə hava limanlarına raket və PUA yağdırdı - ölənlər və çox sayda yaralı var...

08.10.2026 / 07:01
Həlak olan qadın döyüşçülərin ailələri Netanyahunu bağışlamır…

07.10.2026 / 22:56
MDB dövlət başçılarının zirvəsinə ilk dəfə İran prezidenti də qatılacaq - xeyirdirmi?

07.10.2026 / 22:25
Türkiyə Səudiyyə Ərəbistanında hərbi baza yaradır…

07.10.2026 / 22:17
Paşinyandan ağıllı mövqe - Azərbaycan əsgəri ilə Bakıdakı məhkum ermənilər fərqli məsələlərdi...

07.10.2026 / 22:06
“Pulluya” düşmüş tələbələrin sonradan pulsuza keçirilməsi suallar yaratdı...

07.10.2026 / 22:02
Yaşıllar Partiyasının üzvü "Əl-Qaidə" terrorçusunun "yaxın dostu"dur?

07.10.2026 / 21:51
Avrokomissiya Moskvadan “taun hesabatı” istədi

07.10.2026 / 21:44
İstanbulda məktəbli üç sinif yoldaşını bıçaqladı

07.10.2026 / 21:43
Medvedev İran mediasına Ermənistanın başına gələcək ən dəhşətli şeyin anonsunu verdi...

07.10.2026 / 21:39
Polşa məktəbində qanlı olay - 7 nəfər xəsarət alıb

07.10.2026 / 21:26
Rusiya Azərbaycanın üzərindən Ermənistana və Türkiyəyə yeni marşrut "salır"...

07.10.2026 / 21:09
“Korrupsiya xəbərçilərinə mükafat” qanunu insanlarda narahatlıq doğurub...

07.10.2026 / 20:53
NATO-ya üzvlük məsələsi Ukrayna konstitusiyasından çıxarılır...

07.10.2026 / 20:37
Azərbaycan Qarabağ Zəfərindən əvvəl mühüm beynəlxalq problemi həll etdi... Təcrid...

07.10.2026 / 20:21
Heydər Əliyevdən sonra Azərbaycan rəhbərlərinin taleyində eyni hadisə baş verdi... Təsadüfmü?

07.10.2026 / 20:07
Erməni separatizmini həvəsləndirən ən böyük səbəb Heydər Əliyevlə bağlı idi...

07.10.2026 / 19:53
Keçmiş MKİ rəsmisinin evindən sərvət çıxdı...

07.10.2026 / 19:38
Ceyhun Bayramov MDB Xarici İşlər Nazirləri Şurasının iclasında çıxış edib

07.10.2026 / 19:23
Pakistan və Türkiyə İranın müttəfiqi Husilərə qarşı ordu göndərdi... "Məkkə paktı” başladı...

07.10.2026 / 19:05
Gürcüstanda Qərbyönlü QHT-lərə və partiyalara qarşı müharibə açıldı...

07.10.2026 / 18:53
Əhliman Əmiraslanov Türkmənistanda beynəlxalq konfransda iştirak edir - FOTO

07.10.2026 / 18:41
Ukraynanın hücumlarından sonra Rusiyanın daha bir neft zavodu fəaliyyətini dayandırdı…

07.10.2026 / 18:32
İran qorxur - Ermənistan TRIPP layihəsini “Troya atı”na çevirəcək....

07.10.2026 / 18:10
BMT sessiyasında Azərbaycanın həmmüəllifi olduğu mina qətnaməsi qəbul edildi

07.10.2026 / 17:41
Qaradağda dəhşətli qəza - ölənlər var...

07.10.2026 / 17:38
Paşinyan “Türkiyə ilə sərhəd ən yaxın zamanda açılacaq” dedi – hətta Zəngəzurdan da əvvəl...

07.10.2026 / 17:24
Qars-Gümrü elektrik xətti də açılır... Paşinyan inamlı danışdı...

07.10.2026 / 17:09
Amerikalı milyarder Fransadakı etirazları “yavaş-yavaş baş verən işğal” adlandırdı...

07.10.2026 / 16:58
HAMAM SANDIĞININ İZİ İLƏ: SƏDİDƏN ŞƏKİYƏ, POEZİYADAN MADDİ MƏDƏNİYYƏTƏ

07.10.2026 / 16:45
Ermənistan Konstitusiya Məhkəməsi TRİPP sazişinin uyğunluğunu tanıdı - sonra nə olacaq?..

07.10.2026 / 16:40
Professor Qasım Hacıyev tədqiqatlarında Qarabağ mövzusu...

07.10.2026 / 16:34
Rubio Avropa ölkələrini qitənin müdafiə yükünün böyük hissəsini öz üzərinə götürməyə çağırdı

Dövlətçilik tarixinə siyasi-ideoloji baxış, milli-mədəni mühitin mühafizəsi...

XƏBƏR ARXİVİ