Cümə günü, 14 avqust 2026
     

Mədəniyyət Nazirliyinin jurnalistlər üçün təşkil etdiyi pressturdan kiçik qeydlər… - FOTO

Image


Qobustan açıq səma altında füsunkar bir qoruqdur. Bu qoruqda bircə dəfə olanlar buradan özləri ilə bir ömrə bəs edəcək qədər gözəl xatirələr aparırlar. Hər daşı, qayası, çınqılı belə özündə böyük tarix yaşadır, qədim Azərbaycan insanının tarixini. Minilliklər boyu mövcud olan Qobustan abidəsi Azərbaycanın qədim insan yaşayış məskənlərinin biri olduğunu göstərir.

Mədəniyyət Nazirliyinin təşkilatçılığı ilə 18 may - Beynəlxalq Muzeylər Günü münasibətilə bir sıra media qurumlarının əməkdaşları Qobustan Milli Tarix-Bədii Qoruğunda, Qara Qarayevin ev-muzeyində və Milli İncəsənət Muzeyində oldular.  

Səfər zamanı media təmsilçiləri Qobustan Milli Tarix-Bədii Qoruğunda olarkən burada virtual Qobustan muzeyi ilə yaxından tanış oldular. Qədim dövlərlərə aid olan eksponatlar, müqəvvalar, eləcə də digər nümunələr səfər iştirakçılarının marağına səbəb oldu. Biz orada olarkən maraqlı mənzərələrlə qarşılaşdıq, məktəblilərin və xarici turistlərin muzeyə kütləvi axın etdiyinin şahidi olduq. Qoruğun direktoru Vüqar İsayev bildirdi ki, hələ saat 12-ni yeni keçməsinə baxmayaraq, qoruğa 1200 nəfərdən artıq məktəbli gəlib.

Mədəniyyət Nazirliyinin əməkdaşı Türkan Cəfərova bildirdi ki, hər il mayın 18-i dünyanın 150-dən çox ölkəsində, eləcə də Azərbaycanda Muzeylər Günü kimi qeyd olunur. Bu günlə əlaqədar ölkəmizin bütün muzey və qoruqlarında “Açıq qapı” günü elan olunub. Mediaturun təşkilində məqsədin insanların muzeylərə cəlb olunması və bu kimi məkanların tarixi-mədəni önəmini diqqətə çatdırmaqdır.

Qobustan Milli Tarix-Bədii Qoruğunu ziyarət edən ispaniyalı turist Antonio Qarsiya bildirdi ki, muzeylərlə tanış olmaq insanların biliklərinin artmasına kömək edir. Bu, eyni zamanda, çox əyləncəli bir işdir. Turist Qobustan qayaüstü rəsmlərini İspaniyadakı Altamira qaya rəsmləri ilə müqayisə edərək, hər iki regionun qədim olduğunu vurğuladı.

Qobustan qoruğu bizdə böyük təəssüratlar yaratdı. Muzeyin əməkdaşı Arzu Umiyeva bizə Qobustanın kəşfi, burada kəşf edilən ayrı-ayrı mağaraların, daş abidələrin tarixi haqqında danışdı. Presstur iştirakçıları Qobustandan sonra böyük bəstəkarımız Qara Qarayevin ev-muzeyini ziyarət etdilər. Biz orada olarkən məlumat verdilər ki, Qara Qarayevin ev muzeyi 2018-ci il oktyabrın 1-dən fəaliyyət göstərməyə başlayıb. Muzeydə 3 minə yaxın eksponatın nümayiş olunduğunu deyən muzey əməkdaşlarının sözlərinə görə, eksponatlar sırasında Sosialist Əməyi Qəhrəmanı, görkəmli bəstəkarın əlyazmaları, şəkilləri, ona hədiyyə olunan kitablar və digər əşyalar var.

Presstur çərçivəsində Milli İncəsənət Muzeyində də olduq. Bizim ziyarət etdiyimiz bina təmir və bərpadan sonra seyrçilərin ixtiyarına verilib. Ölkəmizin ən zəngin muzeylərindən olan Milli İncəsənət Muzeyinin kolleksiyasının yaranması ötən əsrin 20-ci illərinə təsadüf edir. Bu muzeyə o vaxtlar yerli neft milyonçularının müsadirə olunmuş sənət əsərləri daxil idi. Muzey 1936-cı ildən müstəqil bir muzeyə çevrilib, 2010-cu ildən isə milli status alıb. Bildirildi ki, bina alman memarı tərəfindən tikilib. Muzeyin kolleksiyasına 18 mindən çox eksponat daxil olsa da, onlardan yalnız 3 mini nümayiş olunur, qalanları isə fondda qorunub saxlanır.

Milli İncəsənət Muzeyində həm Azərbaycan, həm də dünya rəssamlarının dünyaşöhrətli əsərləri qorunub saxlanır. Biz orada olarkən bildirdilər ki, bu bina muzey olmamışdan əvvəl Azərbaycana rəhbərlik etmiş Nəriman Nərimanovun və Mircəfər Bağırovun yaşadığı məkan olub. Burada onların şəxsi kabinetlərinin olduğunu deyən muzey əməkdaşlarının qeyd etdiyinə görə muzey yenidən bərpa edilərkən burada hər bir xırda detal nəzərə alınıb.

Mədəniyyət Nazirliyinin təşkil etdiyi bir neçə saatlıq pressturdan hər birimiz maraqlı məlumatlarla, xoş hisslərlə ayrıldıq.

İradə SARIYEVA 



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

SON XƏBƏRLƏR

14.08.2026 / 19:06
ABŞ qalmaqala səbəb olan nəhəng təyyarə gəmisini Yaxın Şərqdən geri çəkir…

14.08.2026 / 18:37
Hörmüz boğazında gərginlik yenidən artır - BƏƏ-nin iki tankeri vuruldu…

14.08.2026 / 18:22
İran ABŞ-ın daha bir MQ-9 Reaper pilotsuz təyyarəsini vurdu...

14.08.2026 / 18:10
Ukraynanın taleyi Ermənistan mediasında dərin məyusluq doğurub...

14.08.2026 / 17:55
Rusiyadan Ermənistana Azərbaycandan tranzit keçməklə buğda göndərildi

14.08.2026 / 17:42
Tezliklə Azərbaycana Ermənistan məhsulları idxal olunacaq - müxalifət TRİPP-i radikal hədəfə aldı...

14.08.2026 / 17:10
Hörmüz boğazına kimin nəzarət etdiyi bilinmir - Trampla İranın söz davası qızışır...

14.08.2026 / 16:48
Ermənistan və Rusiya kənd təsərrüfatı nazirlərinin görüşü gərgin keçdi...

14.08.2026 / 16:25
Samuxda qarayaraya görə nəzarət postu quruldu

14.08.2026 / 16:11
Xərclərimizin yarıdan çoxu yemək-içməyə gedir - ya çox yeyirik, ya qazanc azdır...

14.08.2026 / 15:57
Paşinyan Rusiyaya satılmış dəmiryolunun heç olmasa bir hissəsini geri alır... Plan...

14.08.2026 / 15:41
TRİPP İrana qarşı silah və qoşun yığmanın ən qısa yoludur - səfirdən sensasiya...

14.08.2026 / 15:24
İran İsrailə qarşı sürətli hücum əməliyyatlarına başlayır...

14.08.2026 / 15:06
Gürcülər İrəvanla Rusiyanın quru əlaqəsinin yenidən qurulmasına 90 milyon sərmayə qoyur...

14.08.2026 / 14:43
DİN vətəndaşlara xəbərdarlıq etdi - Şübhəli mesajlara inanmayın!

14.08.2026 / 14:28
Türkiyədə "PKK açılımına" şübhələr dərinləşir - 2013-də eyni proses cəmi 2 ilə pozulmuşdu...

14.08.2026 / 14:15
Xorvatiya alovlar içində - dünən başlayan yanğın şəhər mərkəzinə çatdı…

14.08.2026 / 14:03
Əfsanədən gerçəkliyə uzanan 5 minillik tarix - Troya

14.08.2026 / 13:55
Türkiyədən ABŞ-a xəbərdarlıq - İsrailə lazımi təzyiq göstərməsəz, biz hərəkətə keçəcəyik…

14.08.2026 / 13:53
“Dövlət auditi” informasiya sistemi yaradıldı

14.08.2026 / 13:49
Hesablama Palatasına yeni səlahiyyətlər verildi

14.08.2026 / 13:07
NATO qırıcıları Latviyanın hava məkanını pozan dronu vurdu…

14.08.2026 / 12:50
Xəyalları ölümsüzlüyə qovuşan şəhid Xəyal...

14.08.2026 / 12:35
"Vətən müharibəsindən sonra mina partlayışları nəticəsində 73 nəfər həlak olub, 363-ü xəsarət alıb" - Baş Prokurorluq

14.08.2026 / 12:22
Naxçıvanda külli miqdarda saxta aksiz markalı alkoqollu içkilər aşkarlandı

14.08.2026 / 11:50
Norveçdən Trampı özündən çıxaracaq açıqlama - İranla müharibə məqsədlərinə çatmadı…

14.08.2026 / 11:33
Trampın Yaxın Şərqə göndərdiyi təyyarə gəmisində baş verənlər ABŞ-ı ayağa qaldırdı – silahlı qarşıdurma, intiharlar… çox sayda ölü, və yaralı var…

14.08.2026 / 10:42
Kəlbəcərdə minaya düşən şəxsin ayağı amputasiya olunub, vəziyyəti orta ağırdır

14.08.2026 / 10:20
Bölgələrdə yanğın törədən 5 nəfər məsuliyyətə cəlb olundu

14.08.2026 / 10:08
Azərbaycan Pakistanı Müstəqillik Günü münasibətilə təbrik etdi

14.08.2026 / 09:10
Xankəndiyə növbəti köç yola salındı

14.08.2026 / 08:21
Yaponiya Putinə “əks-həmlə” hazırlayır - mövzu Kurildir

14.08.2026 / 08:09
ABŞ İranla müharibədə MQ-9 Reaper dronlarının dörddə birini itirib - The Washington Post

14.08.2026 / 07:54
Moskva və Tokio arasında “Kuril mübahisəsi” yenidən qızışır

14.08.2026 / 07:21
Odessa bölgəsində "Şahed" pilotsuz təyyarəsi 340 sərnişin daşıyan qatara çırpılıb - ölənlər var…

13.08.2026 / 23:22
Rum patiarxının saxta fikirlərini partiya funksioneri yenidən səsləndirdi

13.08.2026 / 22:57
Lazarev Klubu Patriarx Kirill və Papanı bütün ermənilərin katolikosunun müdafiəsinə çağırdı - Paşinyanı “hakimiyyətin qəsbi”ndə suçladı

13.08.2026 / 22:49
Ağ ayını oyatdı, 50 min cərimə ödədi - Norveçdə…

13.08.2026 / 22:41
Macarıstanda Yupiterə həsr olunmuş qurbangah aşkarlandı

13.08.2026 / 22:09
Tahirov Vüsal Mehdi oğlunun orden və medalları

13.08.2026 / 21:44
Ərdoğan “Məkkə sazişi”nin arxasındakı sirri açdı - Ekspertlər şübhə ilə baxır...

13.08.2026 / 21:26
Zelenski ABŞ-dan “Patriot” ehtiyatlarının 5 faizini istədi - Onda qışdan sağ çıxarıq...

13.08.2026 / 21:10
Zəngəzur Elektrik Dəhlizi - Metsamor Atom stansiyası mütləq bağlanacaq...

13.08.2026 / 20:31
Tərtər sakini Kəlbəcərdə minaya düşdü...

13.08.2026 / 20:16
Avropa Birliyinin Naxçıvan dəmir yollarında marağının görünən və görünməyən tərəfləri...

13.08.2026 / 19:58
"PKK qanunu" Türkiyə siyasətini parçaladı - beynəlxalq reytinqçilər inamsız yanaşır...

13.08.2026 / 19:41
İrandan Azərbaycana narkotik keçirməyə cəhd göstərən şəxs saxlandı

13.08.2026 / 19:25
İran generalı TRIPP layihəsi ilə bağlı Ermənistanı hədələdi - heç bir razılıq yoxdur...

13.08.2026 / 19:08
Naxçıvanın üzərindən Türkiyəyə və Avropaya elektrik ixrac olunacaq...

13.08.2026 / 18:49
Müharibə aparan ölkələrə "Avroviziya” qadağası - Təşkilatçılar qərar verdi...

13.08.2026 / 18:32
Rusiya Kennedinin qardaşı oğlu barədə qiyabi həbs qərarı çıxardı

13.08.2026 / 18:17
İran Fransanı “utancverici ikiüzlülükdə” ittiham etdi – buna son qoyun...

13.08.2026 / 18:05
Medvedev vətənpərvərlik hisslərini bölüşməyən rus gəncləri təhqir etdi - "axmaqlar"…

13.08.2026 / 17:48
Türkiyəda göyərtəsində 115 nəfərin olduğu gəmi yandı... - VİDEO

13.08.2026 / 17:43
Trampın "ən etibarlı köməkçisi” işdən ayrıldı

13.08.2026 / 17:25
Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

13.08.2026 / 17:09
Ermənistan enerji təhlükəsizliyini Azərbaycana həvalə etməyə hazırdır

13.08.2026 / 16:56
TRIPP ətrafında yeni oyunlar başlanır, amma Azərbaycan israrlıdır...

13.08.2026 / 16:41
APA ilə Çinin CCTV+ Agentliyi arasında əməkdaşlıq sazişi imzalanıb

13.08.2026 / 16:30
Rusiya Azərbaycan üzərindən Ermənistana 20 vaqon buğda göndərdi... - YENİLƏNDİ

13.08.2026 / 16:17
“İran Azərbaycana qarşı qərəzli yanaşmadan imtina etsə, əməkdaşlıq üçün böyük imkanlar açılar”

13.08.2026 / 16:05
"Toxumçuluq haqqında" qanun təsdiqləndi

13.08.2026 / 16:00
Məşhur rejissorların teatr premyeraları və əfsanəvi tamaşaları Bakı Beynəlxalq İncəsənət Festivalında nümayiş olunacaq

13.08.2026 / 15:57
Səhiyyə Nazirliyi və TƏBİB "qarayara" xəstəliyi ilə bağlı birgə məlumat yayıb

13.08.2026 / 15:43
Naxçıvanı, Qarabağ və Zəngəzuru vahid konsepsiyada birləşdirən nələrdir?..

13.08.2026 / 15:30
İrəvanda Azərbaycan təbii qazına qarşı ikitərəfli kampaniya başladı...

13.08.2026 / 15:25
ABŞ-dan Kubaya hərbi müdaxilə təhdidi - Bütün variantlar masadadır…

13.08.2026 / 15:05
Rusiya ilə Yaponiya arasında gərginlik… Putinin Kuril adalarına səfəri 80 illik böhranı yenidən alovlandırdı - səfir XİN-ə çağırıldı...

13.08.2026 / 14:50
Trampın mühafizəsi gücləndirildi – qolfu belə HHM sisteminin mühafizəsi altında oynayır...

13.08.2026 / 14:23
Paşinyan azərbaycanlı mütəxəssislərin Ermənistan səfər etdiyini açıqladı…

13.08.2026 / 13:41
Naxçıvanın dəmiryolları beynəlxalq konsorsiuma veriləcək - Tramp burada da aparıcı ola bilər...

13.08.2026 / 13:23
Rusiyada yanacaq böhranının yeni dalğası - benzin satışında növbələr yenidən başladı…

13.08.2026 / 13:21
Samuxda kütləvi zəhərlənmə - xəstəxanaya yerləşdirilənlərin sayı 10-a çatdı...

13.08.2026 / 13:02
Məleykə Abbaszadə abituriyentlərə çağırış etdi

13.08.2026 / 12:48
Ata valideynlik hüququndan könüllü imtina etdi - Ali Məhkəmədən SON QƏRAR...

13.08.2026 / 12:36
Prezident İlham Əliyev Almaniyanın yeni səfirinin etimadnaməsini qəbul etdi - FOTO

13.08.2026 / 12:24
Sədərəklilər TRİPP layihəsinin tezliklə icra olunacağına ümid edirlər

13.08.2026 / 12:10
Paşinyan Alen Simonyana yeni vəzifə verdi…

13.08.2026 / 11:52
Gürcüstan Azərbaycan və Türkiyə ilə əlaqələrini gücləndirmək istəyir

13.08.2026 / 11:34
Hörmüz boğazı sözdə Trampın, praktikada SEPAH-ın nəzarətindıdir... Müəmma...

13.08.2026 / 10:19
Putin ilk dəfə Kuril adalarına səfər edib…

Azərbaycanda vətəndaş cəmiyyətinin inkişafında rəqəmsallaşma və innovasiyalar ön plana çıxır

XƏBƏR ARXİVİ