Yazıçı-publisist, tarixi romanlar müəllifi Yunus Oğuzun "Əmir Teymur Zirvəyə doğru” və "Əmir Teymur Dünyanın hakimi” kitabları qırğız dilinə tərcümə edilib.
Bu barədə məlumatı "OLAYLAR”-a Qırğızıstanda fəaliyyət göstərən Türkdilli Dövlətlərin Siyasətinə Dəstək Fondunun prezidenti Nüsrət Məmmədov verib. Bildirib ki, "Temirlan” adı ilə üşıq üzü görəcək kitabın fond tərəfindən Qırğızıstan kitabxanalarına, eləcə də müvafiq qurumlara pulsuz paylanması nəzərdə tutulub. Kitab qırğız dilinə Mukan Asanaliyev və Bekten Dıykanbay tərəfindən tərcümə olunub.