çərşənbə günü, 07 oktyabr 2026
     

Qərbi Azərbaycanın qəhrəman qaçaq-sərkərdələri...

Image


Bədnam “Türkmənçay” müqaviləsindən sonra torpaqlarımızın parçalanması prosesi baş verdi, ərazilərimiz işğala məruz qaldı. Tarixi ərazilərimizin işğalından, bölüşdürülməsindən sonra çar rejiminin zülmü daha da artmağa başladı, insanlarımızın hüquqları pozuldu, haqları tapdandı.

Azərbaycan tarixində xalqımızın müdafiəçisi olan  saysız adsız qəhrəmanlar olub ki, onlar öz fədakarlıqları, mübarizələri ilə böyük irs yaradıblar. Azərbaycan qaçaqları da xalqımızın qəhrəman övladları olub. Azərbaycanda qaçaq hərəkatının tarixi qürurvericidir. XIX əsrdə meydana çıxan qaçaq hərəkatı böyük bir salnamə yaradıb.

Bir məqamı xüsusi qeyd edək ki, Azərbaycan qaçaqları yalnız Çarizmin zülmünə qarşı mübarizə aparmırdılar, həm də Qərbi Azərbaycanda, Cənubi Azərbaycanda və Azərbaycanın başqa bölgələrində xalqımıza zülüm edən erməni daşnaklarına ciddi müqavimət göstərirdilər. Qaçaqlarımızın daşnaklarla mübarizəsi ayrıca bir mövzudur.

XIX əsrdə Azərbaycanda qaçaq hərəkatı geniş vüsət alıb, xalqın qeyrətini çəkən el igidləri bu səfdə yer alıb. Onların məqsədi torpaqlarımızı və xalqımızın haqlarını, irz-namusunu qorumaq olub. Qərbi Azərbaycanın, Zəngəzur mahalının çox adlı-sanlı qaçaqları olub ki, onların hər biri haqda ayrıca yazılmalıdır.

Qaçaq hərəkatının tarixini araşdıran tədqiqatçılar  yazır ki, Qazaxda Qaçaq Kərəm, Balasöyün, İsfəndiyar, Qarabağda Süleyman, Murtuza, Şuşada Məmməd bəy Kavaler, Zəngəzurda Qaçaq Nəbi, Sultan bəy, Gəncədə Dəli Alı, Qəmbər, Zaqatalada Yusif, Nuxada (Şəkidə - red.) Qutqaşınlı Kərim Əfəndi, Qərbi Azərbaycanda Abbasqulu ağa Şadlinski və digər milli qəhrəmanlarımızın adları tariximizdə daim yaşayacaq. “Adları sadalanan milli qəhrəmanlarımız həm də partizan hərəkatının rəhbərləri idilər. Onlar rəhbərlik etdikləri dəstələrin silahlanmasını, ərzaqla, geyimlə təmin olunmasını məharətlə həyata keçirir, düşmənə qarşı hücum planlarının işlənib hazırlanmasında əsl sərkərdəlik məharəti nümayiş etdirirdilər. Maraqlı faktlardan biri də odur ki, qaçaq hərəkatında azərbaycanlı qadınlarımız da ərləri və qardaşları ilə çiyin-çiyinə düşmənə qarşı amansız mübarizə aparmışlar. Nigar xanım, Həcər xanım, Mehri xanım kimi igid qəhrəman qadınlarımızın adları indi də xalqımız tərəfindən böyük iftixarla yad edilir”-deyə məqalələrdən birində qeyd edilir.

Qərbi Azərbaycanda mövcud olan qaçaq hərəkatından yazan tədqiqatçılar sonradan bolşevik olan və dövrünün orden və medalları ilə təltif edilən xalq qəhrəmanı Abbasqulu bəy Şadlinskinin da adını qeyd edirlər. “Qərbi Azərbaycanda Abbasqulu ağa Şadlinskinin rəhbərlik etdiyi azərbaycanlılar ermənilərə qarşı mətanətlə vuruşmuş, bir çox hallarda ermənilərə ağır zərbələr vurmuşlar. Qərbi Azərbaycanın Vedibasar bölgəsində fəaliyyət göstərən qaçaq hərəkatı erməni qırğınlarının, həmçinin azərbaycanlıların kütləvi deportasiyasının qarşısını alıb.

Tarixi araşdırarkən məlum olur ki, XIX əsrdə qaçaq hərəkatının əsasını qoyan Qafqazda yaşayan müsəlmanlar olub. Şeyx Şamilin başçılığı altında fəaliyyət göstərən milli azadlıq hərəkatı Rus İmperiyasını sarsıtmış, onları çıxılmaz vəziyyətdə qoymuşdu. 30 ildən artıq bir müddətdə Şeyx Şamillə mübarizədə yüz minlərlə işğalçı rus məhv edilmişdir .

Azərbaycanda qaçaq hərəkatı XIX əsrdə və XX əsrin birinci yarısında çox mühüm əhəmiyyətə malik olmuş, qaçaq hərəkatının fəal olduğu bölgələrimizdə ermənilərin və onların havadarlarının bir çox planları puç olmuş, erməni qırğınları zamanı azərbaycanlıların kütləvi qırılmasının qarşısı alınmışdır”. Bu barədə də məqalələrdən birində vurğulanır.

Zəngəzur qaçaqlarından yazan millət vəkili Musa Urud məqalərindən birində çox maraqlı faktlar üzə çıxarıb. “Zəngəzurda qaçaq hərəkatı XIX əsrin ikinci yarısında genişlənən Azərbaycan kəndli üsyanlarının tərkib hissəsi olub çar Rusiyasının ədalətsiz işğalçılıq siyasətinə qarşı yönəlmiş silahlı etiraz mübarizəsi idi. Qaçaq hərəkatı XIX əsrin ikinci yarısında Azərbaycanın əksər bölgələrində geniş yayılmışdı. Bu hərəkat Quba, Gəncə, Qarabağ və Zəngəzurda xüsusi ilə kəskin şəkil almış, çar məmurlarını, eləcə də, yerli feodalları əməlli-başlı qorxuya salmışdı. İlk kəndli etirazlarına səbəb olan faktor 1828-ci il Türkmənçay sülh müqaviləsindən sonra, İrandan və Türkiyədən yüz minlərlə erməninin köçürülüb azərbaycanlı kəndlilərə məxsus torpaqlarda yerləşdirilməsi oldu. Torpaqlarının bir hissəsi gəlmə ermənilərə verilən, onsuz da yoxsul olan azərbaycanlı kəndlilər məhsuldar əkin yerlərindən və yaxın örüş sahələrindən məhrum olduqlarından daha da müflisləşdilər və bu bəlaların kökündə işğalçı rus hökumətini görən insanların yeni rejimə nifrətləri getdikcə artmaqda idi.

Kəndlilərin yoxsullaşmasına digər səbəb isə çar məmurlarının yeni dövlət vergi rejimi idi...”

M.Urudun yazdığına görə, qaçaq hərəkatının ilk tətqiqatçılarından olan, ötən əsrin əvvəllərində Zəngəzur qazısı kimi böyük nüfuz qazanmış məşhur din alimi Bəhlul Behcət bu məsələ ilə əlaqədar yazırdı: “Məşhur Kürd Hacı Samlu bəylərindən biri (İskəndər bəy Soltanov) öz qonşu rəiyyət kəndlərindən yenicə evlənmiş bir oğlanın evinə “qonaq” gəlir (təzə gəlinin gözəlliyi kənd arasında danışılırmış). Ev sahibi olan oğlanı bir sifariş bəhanəsi ilə uzaq bir kəndə göndərir və özü gəlinlə tək qalır. Oğlan öz evinin xəlvət bir yerindən baxaraq evdə nə olduğunu bilmək istəyir, bəy bundan xəbər tutur və “mənim göndərdiyim yerdən qayıdıb məni pusursan” – deyərək tüfəngi götürüb oğlanı öldürür.”

“Azərbaycanda kəndli hərəkatı” əsərində Məmmədəmin Rəsulzadə yazırdı: “Çar idarəsinin qaçaqların ailəsinə etdiyi zülm heç bir insanlığa, heç bir ədalət qanunlarına sığmırdı. Şair Zakiri təhqir etmək üçün Şuşanın komendantı Tarxanovun onun arvadını bir rus kəndlisinə ərə verməsi Azərbaycan tarixində yaddan çıxmayan hadisələrdəndir. Bəzi qaçaq arvadlarının rus əsgərlərinin təcavüzünə məruz qalması hələ də yaddan çıxmamışdır.”

Zəngəzurda və Qarabağda qaçaqçılığa təkan verən amillərdən biri də İrandan qaçaqmalçılıq yolu ilə ticarət mallarının gətirilməsi idi. Azərbaycanın şimalı Rusiyaya ilhaq ediləndən sonra Araz çayı boyunca sərhəd getdikcə möhkəmlənməyə, gömrük rejimi tətbiq olunmağa başlamışdı. Rusiyada istehsal olunan, (keyfiyyətcə İrandan gətirilən mallardan geri qalan) malların imperiyanın ucqarlarında baha qiymətə satılması imperiya dövlətin müstəmləkə hesabına varlanması siyasətinin tərkib hissəsi idi. İrandan tacirlərin rus istilasına qədər Azərbaycanın Arazboyu yaşayış məntəqələrinə gətirib satdığı mallar isə Avropa, əsasən Fransa istehsallı, keyfiyyətcə yüksək olduğundan, gömrük rejiminin tətbiqindən sonra da həmin mallara təlabat yüksək olaraq qalırdı.

Rus sərhəd-gömrük rejiminin qadağasına baxmayaraq tacirlər müxtəlif vasitələrdən istifadə edərək İrandan qaçaqçılıq yolu ilə lazımi malları gətirib satırdılar. Bu işdə əsas rolu özünə güvənən qaçaq gənc adamlar oynayırdı. Onlar 8-10 nəfərlik dəstə düzəldib İrandan gələn yükü sərhədin o tayında təhvil götürüb, xəlvət yollarla sərhədi keçərək bu tayda mal sahibinə təhvil verərək öz haqlarını alırdılar. Belə işlərdə tez-tez sərhədçilərlə atışmalar olurdu və bu atışmada sərhədçini öldürən qaçaqmalçı ya tutularaq Sibirə katorqaya sürgün edilir, ya da dağlara qaçaraq qaçaqçılıq həyatı keçirirdi.

XIX əsrdə Qarabağda və Zəngəzurda məşhur olan Şuşa əsilzadəsi Məhəmməd bəy Kavaler məhz İrandan qaçaq malı gətirərkən rus zabitini öldürdükdən sonra qaçaq düşmüşdü.

Müstəmləkəçilik istibdadına və yerli bəylərin zülmünə qarşı çıxan və əzilən kəndlilərin hüquqlarını qorumaqla ədaləti bərpa etmək istəyən qaçaqlar arasında Gəncəbasarda Dəli Alı, Qaçaq Kərəm, Qaçaq Qəmbər, Qandal Nağı, Qarabağda Məhəmməd bəy Kavaler, Qaçaq Süleyman, Qaçaq Murtuza, Zaqatalada Qaçaq Yusif, Qubada Qaçaq Mayıl, Şəkidə Qutqaşenli Kərim Əfəndi, Zəngəzurda Qaşaq Nəbi xüsusi şöhrət qazanmışdılar”.

O, qeyd edir ki, XX əsrin əvvəllərində Zəngəzurda tanınmış qaçaqlardan olan Kişi Tavat (Alxaslı kəndi), Qaçaq Fərzalı (Qaradərə kəndi), Kürdoğlu Məhəmməd (Qaraçanlı kəndi), Qaçaq Ələkbər (Qarakeçdi kəndi), Baba Məmmədov erməni quldurlarına qarşı mətanətlə vuruşublar. “Zəngəzurda qaçaqların sonuncu nəsli XX əsrin 30-cu illərinə təsadüf edir. Bu insanlar kolxoz quruculuğu zamanı bolşeviklərin ədalətsizliyinə üsyan edərək dağlara çəkilmiş, çar rus rejiminin yeni forması olan bolşevik müstəmləkəçiliyinə qarşı mübarizə aparmışdılar. Belə qaçaqlardan ən parlağı Sisyanın Şəki kəndindən olan qaçaq Qardaşxan idi”-deyə millət vəkili qeyd edib.

Qərbi Azərbaycan qaçaqları, bütövlükdə Azərbaycan qaçaqları xalqımızın qeyrətini çəkən insanlar olub və tariximizdə onların qəhrəmanlığı  yaşayacaq. Əlbəttə, xalqımızın tarixində qaçaq hərəkatının xüsusi yeri var və dövr keçdikcə bu barədə daha  geniş yazılacaq...

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

05.10.2026 / 22:11
“Bakıdakı Türk Şəhidliyi elə Nuru Paşanın əsgərlərinin əziz xatirəsinə qoyulmuş abidə deyilmi?" - Aydın Quliyev

05.10.2026 / 21:34
Afina ilə Londonun “incəsənət davası” Azərbaycanın da sərvətlərini yada saldı...

05.10.2026 / 21:25
Prezident İlham Əliyevin dünya çempionu Əhməd Yusifovla səmimi söhbəti... - FOTO

05.10.2026 / 21:18
Prezidentin sosial media hesablarında cüdo üzrə dünya çempionatının açılış mərasimi ilə bağlı videoçarx paylaşılıb VİDEO

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ