çərşənbə günü, 07 oktyabr 2026
     

Qərbi Azərbaycan qadınlarının geyim mədəniyyəti - tarixi baxış...

Image


“Folklor yaradıcılığında Qərbi Azərbaycan izləri” rubrikasında Qərbi azərbaycanlıların geyim mədəniyyətindən danışacağıq. Burada əsasən qadınların geyim tərzinə diqqət yetirəcəyik. Etnoqrafik dünyamızın mühüm hissələrindən olan geyim mədəniyyəti birbaşa milli kökə söykənir.

Geyim millətin, toplumun milli xarakterik xüsusiyyətlərini əks etdirən mühüm bir vasitədir. İnsan geyimi yalnız bədənini örtmək, yaxud gözəl, fərqli, təmiz görünmək üçün geyinmir, həm də öz milli xarakterini, daxili aləmini ifadə etmək üçün geyinir. Bu baxımdan, milli geyimlərimiz özündə böyük bir tarixi missiya daşıyır.

Azərbaycanın tarixən hər bölgəsinin özünəməxsus geyim tərzi olub, əlbəttə, geyim seçilərkən mütləq mənada təbii şərait, ailələrin sosial fərqləri nəzərə alınıb, dövlətli ilə kasıbın geyimi fərqlənib, amma təkcə fərqlənməyən milli elementlər olub. Qərbi Azərbaycanda yaşayan soydaşlarımızın da özünün geyim tərzi olub və bu barədə tarixi mənbələrdə kifayət qədər bilgilər var. Biz folklor örnəklərimizə, aşıq şeirlərimizə baxsaq, geyim mədəniyyətinin təsvirini aydın şəkildə görərik.

Tarixi mənbələrdə biz əsasən İrəvan geyimləri ilə tanış olmuşuq. İrəvan geyimlərinin təsvirini verən mənbələrdə qeyd edilir ki, İrəvan geyimləri köynək, tuman və uzunqol arxalıqdan ibarətdir. Tuman və arxalıq Naxçıvanda olduğu kimidir, köynək isə fərqlidir. Yaxası oyma formalı kəsimə malik, yaxasının kənarlarına haşiyə tikilirdi. İrəvan qadınlarının alt köynəyi dizdən bir qədər yuxarı olub, qolu uzun, düz xişdəkli tikilərmiş. Davamlı olmaq üçün alt köynəyin yaxasına bir qarış enində ikinci qatın qoyulması dəb halını almışdır. Bəzən xişdək uzun biçildiyindən qol altından başlayıb ətəyədək uzanır və bununla köynəyin gövdəsini genişləndirməyə imkan verirdi. İrəvan qadınlarının alt köynəyi çox vaxt ağdan, bəzən də güllü çit və ya kətandan tikilərdi. İrəvanda geyinilən uzun ətəkli üst köynəyin ön tərəfi 3 hissə parçadan ibarət biçilib tikilərmiş. Göbəyin altına qədər olan birinci hissə ensiz, ikinci və üçüncü hissələrin hər biri əvvəlkindən bir qədər gen götürülərək büzmələnirmiş. Köynəyin ikinci və üçüncü hissələrini birləşdirən tikişin üzərinə, adətən "ətəklik" tikilərdi. İrəvan mahalında varlı qadınların üst tumanı topuğa qədər uzun olurmuş. 3–4 taxta parçadan tikilən bu tumanlar büzməli və qırçınlı olmaqla iki cür tikilərmiş. Tumanın belinə nifə tikilib, "belbağı" (qonçar) salınarmış. Belbağı xüsusi bağ toxuma dəzgahında toxunarmış. İrəvanda da geyinilən alt tumanı "şəltə" adlanardı. Lakin burada geyinilən "şəltə"' Naxçıvan şəltəsinə nisbətən xeyli uzun olardı. Burada şəltə, bir qayda olaraq, üst tumanından dörd barmaq enində qısa tikilərmiş. Arxalığın yaxsı düzbucaqlı və ya oval formada biçilmiş, açıq və ya meydan yaxalı arxalıqlar daha geniş yayılmışdır. İrəvan geyim dəsti Naxçıvan geyim dəstinə tamamilə bənzədiyindən biçim xüsusiyyətlərinin eyni olduğu da aydın nəzərə çarpır. Bu barədə etnoqraflar məlumat verir.

AMEA Naxçıvan Bölməsinin əməkdaşı, tarix üzrə fəlsəfə doktoru Aytəkin Qəhrəmanova “Şərq qapısı”nda çap etdirdiyi “XIX-XX əsrin əvvəllərində Qərbi Azərbaycan qadın geyim mədəniyyəti Aşıq Ələsgər yaradıcılığında” məqaləsində maraqlı mənzərə təqdim edir. “Xalqın tarixi ilə möhkəm bağlı olan geyimlər, onun mədəniyyətini öyrənmək üçün qiymətli mənbələrdən biridir. Geyimlər, maddi mədəniyyətin bütün başqa ünsürlərindən daha çox xalqın milli xüsusiyyətlərini əks etdirməklə yanaşı, sabit etnik əlamətlər sırasına daxildir.Məhz bu nöqteyi-nəzərdən Azərbaycanın mədəni sərvətlər xəzinəsinə misilsiz töhfələr bəxş edən, xalqımıza öz sazı və sözü ilə 80 ildən artıq ləyaqətlə xidmət edən Dədə Ələsgərin yaradıcılığınıQərbi Azərbaycanın qadın geyim mədəniyyəti nöqteyi-nəzərindən zəngin etnoqrafik mənbə hesab etmək olar.

Öncə qeyd edək ki, ölkəmizin digər bölgələrində olduğu kimi, Azərbaycanın Qərb zonasında da XIX yüzil və XX yüzilin əvvəllərində əhalinin geyim materialı kimi, əsasən yerli ustalar tərəfindən kustar üsulla üfiqi toxuculuq dəzgahlarında- kərəkdə toxunmuş qılıcı şaldan, müxtəlif növlü və müxtəlif rəngli ipəkdən, nazik yun və pambıq parçalardan, həmçinin aşılanmış gön və dəridən istifadə edirdilər. Lakin, əhalinin varlı təbəqəsinin geyimi əsas etibarı ilə ipək tafta, darayı, qanovuz, atlas, alaca, xara və s. parçalardan ibarət idi ki, bunlarında çoxu satınalma yolu ilə əldə edilirdi. Aşığın yaradıcılığının böyük bir qismi doğulub boya-başa çatdığı Göyçə mahalının gözəllərinin tərifindən ibarətdir. Onun qəhrəmanları xəyalında yaratdığı obraz deyil, real həyatda-aşıq məclislərində və xalqın toy-düyünlərində, bulaq başında gördüyü sadə kəndli qızlarıdır. Aşıq Ələsgər təriflədiyi qız-gəlinin zahiri gözəlliklərini, milli geyim və bəzəklərini elə məharətlə təsvir edir ki, gözlərimiz önündə XIX-XX əsrin əvvəlləri Qərbi Azərbaycan qadınlarınınmilli geyimləri, həmçinin geyimlərin rəngləri vəgeyimlərə vurulan dekorativ bəzəklər, onların timsalında bütün Azərbaycan qadınlarının geyimləri haqqında mükəmməl, aydın təsəvvür yaranır”.

Alim yazır ki, Dədə Ələsgərin yaradıcılığında təsvir edilən Qərbi Azərbaycan qadınlarının geyim növlərininəksəriyyəti atlaz, ipək, qanovuz, darayı, xara, alaca, mahud, zərxara parçalardan ibarət  olmuşdur. Rəng çalarlarına gəldikdə isə Qərbi Azərbaycan qadınlarınıngeyimlərində rəngarəng olaraq al, yaşıl, sarı  və s. rəng çalarları üstünlük təşkil edirdi.Aşıq deyir:“Mənim yarım yaşıl geyib incidir”yaxud“xub yaraşır əndamına, geyinibdir sarı gözəl”, yaxud da“geyinib əndamına, əbru ətlaz, alı gözəl”.Qərbi Azərbaycan qadınlarının geyimlərindəal, yaşıl, sarı və s. çalarlar üstünlük təşkilı etdiyi halda, Bakı geyimlərinin rəng seçimində ən çox bənövşəyi rəng çalarlarından, həmçinin açıq qəhvəyi, solğun xardal rəngi, ağ, tünd mavi rənglər, Qarabağ geyimlərində üst tuman və üst çiyin geyimi ya eyni ya da uyğun rənglərdə, köynək isə tuman və arxalığın rənginə nisbətən açıq və parlaq rənglər, Naxçıvan geyimlərində innabı, yaşıl, gümüşü rənglərdən istifadə edirdilər. Ümumiyyətlə, bölgələr üzrə müqayisələr apardıqda belə qənaətə gəlmək olur ki, geyimlər bölgənin təbiəti və iqlim xüsusiyyətlərinə uyğun gəlirdi. Lakin,  XIX-XXəsrin əvvəllərində Azərbaycanın ayrı-ayrı tarixi etnoqrafik bölgələrindəgeyimlərdə lokal-məhəlli xüsusiyyətlər, bölgəyə məxsus detallar müəyyən dərəcədə özünü göstərsə də, tipoloji cəhətdən ümumazərbaycan səciyyəsi daşıyırdı. Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qərbi Azərbaycanda da geyim dəsti alt və üst geyimlərinə bölünürdü. Qadın alt paltarları alt köynəyi (müxtəlif bölgələrdə ona “can köynəyi” və “ət köynəyi” də deyirdilər), cütbalaq (enli şalvar) və darbalaqdan (dizlikdən) ibarət olmuşdur.

“Aid olduğu dövrdə Qərbi Azərbaycan qadınlarının köynəkləri ilə Qarabağ qadınlarının köynəkləri eynilik təşkil edir.    XIX-XX əsrin əvvəl­lərində həmin bölgənin qadınları alt geyim dəsti olan dizlikdən geniş şəkildə istifadə etmişlər. Aşığın “Qırmızı” qoşmasında  darbalaq-dizlik belə təsvir edilir: “Mərnuz dizlik geyib, çəpgəni ətlaz”.Onu da qeyd edək ki, Qərbi Azərbaycan qadınlarının dizlikləri ilə Naxçıvan qadınlarının dizlikləri eynilik təşkil edirdi. Hər iki mahalın qadınlarının geydikləri dizliklər topuğa qədər uzun olub, topuqda büzülürdü. Bakı ərazisinin qadınları da darbalaq geyim növündən istifadə edirdilər. Abşeron qadınlarının darbalaq-dizlik geydiklərini vaxtilə buraya səyahət edən S.Q. Omerlinin  də yazılarında rast gəlinir.

Azərbaycanın bütün bölgələrində olduğu kimi, Qərbi Azərbaycan bölgəsində də qadın üst geyimlərinə üst köynəyi, çəpkən, çərkəzi, ləbbadə, nimtənə, küləcə, çalma, arxalıq, ləçək, örpək, şal, kəlağayı, başmaq, corab, kəmər və müxtəlif bəzək növləri  daxil idi. Bu üst geyim tiplərinin əsas elementlərindən biri üst köynəyi idi. Qadın üst köynəkləri bölgələr üzrə müəyyən fərqli xüsusiyyətlərə malik olsa da, ümumi səciyəvi xarakterə malik idi. Azərbaycan qadınları  geyimin estetik gözəlliyinə xüsusi diqqət verirdilər. Onlar üst köynəkləri ilə yanaşı, digər üst geyimlərinin sinəsini, tikişlərin kənarlarını, yaxa və qolçaqlarını, ətəklərini xüsusi bəzək elementlərindən olan tikmələr, çaxma və asma metal bəzəklər, cürbəcür baftalar, şahpəsəndlər, zəncirələr, muncuqlar, piləklərlə və s. ilə bəzəyirdilər. Bu cür bəzək elementlərini A.Ələsgər belə təsvir edir:“Güləbətin qıyı tər sinə üstə, nə gözəl yaraşır qız köynəyinə”, yaxud “əynində zər güləcə,ətəyində zər baftası”.Aşıqüst köynəyini tərif edərkən köynəyin yaxasının “güləbətin” tikmələrlə bəzədildiyini göz önünə gətirir. Güləbətin tikmə Azərbaycanda ən qədim tikmə növlərindən biri olaraq Şəki, Şamaxı, Şuşa, Naxçıvanla yanaşı, Qərbi Azərbaycanda da      inkişaf etmişdir. Aşıq “zərbafta” deyərkən küləcənin ətəklərinin güləbətinli – zərli saplarla ipək parçadan toxunmuş zər baftası-qaytanı təsvir edilir. Bafta-güləbətin ipək sapla toxunmuş qaytandır.Aşıq Ələsgər Səhnabanunu tərif edərkən deyir: “Zərgər gül doğrasın zərin tiladan,əlindən gəldikcə düz köynəyinə”,-deməkləpilək tikmə növünü təsvir edir. Pilək  tikmə növündən Azərbaycanın əksər bölgələrində, o cümlədən Qərbi Azərbaycan bölgəsində də istifadə olunurdu. Onu da qeyd edək ki, pilək  və pərək zərənduz tikmə növü zərgərlik sənəti ilə üzvi surətdə bağlı olmuşdur. Bəzən  tikmə bilavasitə məmulat üzərinə müəyyən qayda ilə tikilib bəndlənir,  bəzən isə ayrıca ensiz parça zolağının üzərinə bəndləndikdən sonra üst geyimlərin qollarına və ya ətəklərinə bəndlənirdi.

Aşıq öz qəhrəmanlarını tərif edərkən onların geyindikləri qadın üst geyimlərindən olan, “küləcə”, “mintənə”, “çəpkən”, “don”, “alaca”, “alı” və digərlərinin də adlarını sadalayır. Aşıq “Mələk” müxəmməsində deyir:“Geyinib əndamına əbru ətlaz, alı gözəl, xara don, zərin nimtənə, başındakı şalı gözəl.”Aşığın tərif etdiyi gözəlin geyindi paltar atlasdandır və al rənglidir. Bu da təbiidir, çünki, ipək parça toxuculuğu olan şərbaflıq XIX əsrdə Azərbaycanda ən yüksək inkişaf mərhələsinə çatmışdır. Onu da qeyd edək ki, 1861-ci ildə Nuxada fəaliyyətə başlayan fabrikdə 1200-1400 pud ipək məhsulu istehsal olunurdu. Bundan əlavə, Nuxa qəzasında 33, Qarabağda 19, Ordubadda 2 fabrik xarakterli ipəkçilik müəssisəsi var idi. Bu dövrdə  ipək parça növlərindən olan “məni aldatdı”, “alışdım-yandım”, “gecə-gündüz”, “şəmsi-qəmər”, “darayı, “xara” və s. qadınlar tərəfindən daha çox bəyənilirdi...”

Alim bu məqalədə Dədə Ələsgərin şeiriyyatına istinadən Qərbi Azərbaycan qadının geyim mədəniyyəti barədə çox maraqlı məlumatlar verib. Hesab edirik ki, Qərbi Azərbaycan qadınlarının geyimləri geyim tariximizdə xüsusi seçilib və özündə böyük məna daşıyıb. Milli geyim hər bir xalqın milli mədəniyyətinin ayrılmaz tərkib hissəsi olduğu üçün zaman-zaman biz tarixin keçmiş səhifələrini vərəqləyirik… 

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

Azərbaycanın dövlət qulluğunda “ikili vətəndaşlıq” problemi yarana bilər...

Ali Məhkəmə hüquqşünas olmayan gənclərlə bağlı mühüm layihənin sonuna yetişir...

SON XƏBƏRLƏR

07.10.2026 / 13:22
Yeni ildən pensiya artımı hamıya eyni cür tətbiq edilməyəcək...

07.10.2026 / 13:15
Parlament "Kilsə istintaq komissiyası" yaratdı - erməni müxalifətinin Katolikosa münasibəti dəyişdi...

07.10.2026 / 11:36
FBI direktoru erməni qızı ilə nişanlandı

07.10.2026 / 11:10
ABŞ müharibəni bitirmək üçün İrandan zəmanət istədi - real addımlar atmalıdırlar …

07.10.2026 / 10:48
"Əsir və girov götürülərək beynəlxalq təşkilatlardan gizli saxlanılmış 834 vətəndaşımızın siyahısını qarşı tərəfə təqdim etmişik" - DTX rəisi

07.10.2026 / 10:40
XİN Ermənistanı itkin düşmüş azərbaycanlılar barədə bütün məlumatları paylaşmağa çağırdı...

07.10.2026 / 10:26
"913 itkin şəxsə aid olduğu ehtimal edilən meyit qalıqları aşkarlanaraq götürülüb" - Əli Nağıyev

07.10.2026 / 10:21
Xıdırlı kənd məktəbinə Ayköl Manasın adı verildi

07.10.2026 / 10:16
Azərbaycanın BND işi ilə əlaqələndirilməsi cəhdi uğursuz oldu - Media və Yayım Şurası açıqlama yaydı...

07.10.2026 / 10:15
"Ermənistan müvafiq arxivlərin açılmasına və şahid ifadələrinin toplanmasına şərait yaratmalıdır" - Prezident

07.10.2026 / 10:10
Prezident İlham Əliyev: "İtkin düşmüş heç bir vətəndaşımız unudulmur"

07.10.2026 / 10:03
"Torpaqlarımızın azad edilməsi itkin düşmüş vətəndaşlarımızın axtarışı üçün yeni imkanlar açıb" - Prezident

07.10.2026 / 10:01
Prezident İlham Əliyev İtkin düşmüş şəxslər üzrə beynəlxalq konfransın iştirakçılarına müraciət etdi

07.10.2026 / 09:50
İtkin düşmüş şəxslər üzrə Bakı Dialoqu çərçivəsində IV Beynəlxalq Konfrans keçirilir

07.10.2026 / 09:17
Tramp İranla münaqişənin tezliklə bitəcəyini deyir, ancaq necəsini özü də bilmir…

07.10.2026 / 08:53
Abbas Əraqçi ABŞ-la icazəsiz danışıqlarda ittiham olunur - impiçmenti məsələsi gündəmə gəldi...

07.10.2026 / 08:15
Deputat İsrailin bayrağını ayaq altına atıb taptaladı…

07.10.2026 / 07:03
Ustad aşıq Hüseyn Saraçlının 110 illik yubileyinə həsr olunan beynəlxalq elmi konfrans keçiriləcək

06.10.2026 / 23:42
Federal Kəşfiyyat Xidmətinin keçmiş rəhbəri həbs edildi - casusluq ittihamı ilə...

06.10.2026 / 23:27
İrkutsk vəbadan ölən xəstə ilə təmasda olanlarda COVID-19 və rinovirus aşkarlandı – ABŞ Rusiyaya çağırış etdi…

06.10.2026 / 23:05
Fransa səfiri etirazçılara sərt müdaxiləyə görə İran XİN-ə çağırıldı – Tehran Parisi onların oz taktikası ilə vurdu…

06.10.2026 / 22:46
Rusiya 20 maşın erməni konyakını ölkəyə buraxmadı - müayinə nəticələrini gətirin…

06.10.2026 / 22:31
Fransada zorakılıqlar artır - ABŞ vətəndaşlarına xəbərdarlıq etdi…

06.10.2026 / 22:16
Kalininqrada təhdidlərdən sonra NATO Moskvaya zəmanət verdi - Rusiyaya hücum planımız yoxdur…

06.10.2026 / 22:01
Nizaminin qəzəli, Xətainin türkcə şeirləri hələ də Ermənistanda əsir saxlanılır...

06.10.2026 / 21:47
Fransada gərginlik artır – hakimiyyət orta məktəb etirazlarını polis gücünə boğmağa çalışır, saxlananların sayı 6 mini keçdi…

06.10.2026 / 21:33
87 yaşlı təqaüdçü Avropanın son sosialist hökumətini devirir... Parlament buraxıldı...

06.10.2026 / 21:15
Antiterror əməliyyatına qədər 2 böyük iş müharibənin taleyini həll etdi...

06.10.2026 / 20:57
İctimai və dövlət idarəçiliyinin "şablonçuluqdan tam azad dövrü" başlayır - Prezident tələbi...

06.10.2026 / 20:42
Almaniya-Rusiya müharibəsi - kəşfiyyatdan qorxunc xəbərdarlıq...

06.10.2026 / 20:28
Azərbaycan neft məhsullarının güclü ixracına başlayacaq - anons verildi...

06.10.2026 / 20:10
Braziliyada prezident seçkiləri BRİKS-ə ağır zərbə ilə yekunlaşa bilər...

06.10.2026 / 20:03
Hörmüz boğazında həm də “yalanların müharibəsi” gedir - əvvəlki qədər neft daşınırsa, qiymət niyə qalxır?..

06.10.2026 / 19:59
Ermənilər Şəkidə girov götürdükləri əsgərimizə ömürlük cəza verməyə hazırlaşırlar - Yol azmış əsgərin “cinayəti”...

06.10.2026 / 19:44
Oktyabr 2022 - Ermənistan rəsmi etiraf etdi ki, Azərbaycanda bizim işğal qoşunumuz var...

06.10.2026 / 19:26
Dünya üçün önəmli “iki Azərbaycan hadisəsi”...

06.10.2026 / 19:11
Trampın mənəvi müəllimi ilə II Qareginin müəmmalı görüşü - Paşinyan pis vəziyyətə düşdü...

06.10.2026 / 18:55
Prezidentin sosial media hesablarında 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciəti ilə bağlı paylaşım edilib

06.10.2026 / 18:49
Ərdoğan administrasiyası Ukraynaya HHM sistemləri göndərilməsi xəbərlərinə münasibət bildirməkdən imtina etdi…

06.10.2026 / 18:35
Müasir dünyada 3-cü super güc kimdir?..

06.10.2026 / 18:24
Azərbaycan, Özbəkistan və Türkiyə xüsusi təyinatlılarının birgə təlimi keçirilib

06.10.2026 / 18:16
Rüşvət almaqda təqsirləndirilən keçmiş rəis müavini 6 min manat cərimələndi

06.10.2026 / 17:55
Xəzərdə 14 hərbçinin ölümünə görə Qazaxıstan Hərbi Dəniz Qüvvələrinin keçmiş komandanı həbs edildi

06.10.2026 / 17:37
Hörmüz boğazında daha bir ticarət gəmisi vuruldu - 11 Hindistan vətəndaşı yaralandı...

06.10.2026 / 17:22
Kılıçdaroğlu layihəsi iflasa uğradı - AKP hökuməti CHP-yə qarşı rüşvət əməliyyatını davam etdirir...

06.10.2026 / 17:05
Səudiyyənin iki hava limanı vuruldu, xəsarət alanlar var...

06.10.2026 / 16:51
Türkiyə maliyyəsini çökdürən 20 milyardlıq fond böhranında yüksək AKP rəsmilərinin adı çıxır...

06.10.2026 / 16:26
Paşinyan Azərbaycan hərbçisi ilə bağlı danışmaq istəmədi – cümə günü…

06.10.2026 / 16:19
Ermənistan girov götürülmüş Azərbaycan əsgərini separatçı canilərlə dəyişmək istəyir...

06.10.2026 / 16:06
Strasburqun Azərbaycan əleyhinə ziddiyyətli qərarı

06.10.2026 / 16:01
Prezident: "İnkişaf etməkdə olan kiçik ada dövlətlərini dəstəkləməyə davam edəcəyik"

06.10.2026 / 15:51
"Biz COP29 Sədrliyimiz çərçivəsində inkişaf etməkdə olan kiçik ada dövlətlərinin prioritetlərini ön plana çəkdik" - Prezident

06.10.2026 / 15:49
Prezident İlham Əliyev 2026-cı il Pre-COP Liderlər Tədbirinin iştirakçılarına müraciət ünvanlayıb

06.10.2026 / 15:48
Məktəb etirazları Makron hakimiyyətini məhv edəcək...

06.10.2026 / 15:34
Korrupsiya ilə əlaqədar məlumat verənlərə maddi mükafat veriləcək - qanun müzakirəyə çıxarıldı

06.10.2026 / 15:27
Ceyhun Bayramov ABŞ rəsmisi ilə görüşdü...

06.10.2026 / 14:50
Respublika Təcili... Yardım Mərkəzinə yeni direktor təyin edildi

06.10.2026 / 14:14
Beynəlxalq memarlıq arenasında Azərbaycan memarlığının yeri və rolu: Tarixi irslik və müasir parametrlər...

06.10.2026 / 13:58
Rusiya və İranın ümidi Xəzərədir, dəniz isə sürətlə dayazlaşır...

06.10.2026 / 13:39
Tramp Yaxın Şərqdə qüvvələrini artırır, İranın başı üzərini yenə qara buludlar alır...

06.10.2026 / 13:10
Tramp İranla müharibədə Los-Anceles və San-Dieqonu qurban verməyə hazır olduğunu etiraf etdi…

06.10.2026 / 12:39
Qubada iki nəfər 19 kiloqram narkotiklə saxlandı...

06.10.2026 / 12:30
Prezident İlham Əliyev Britaniyanın ticarət üzrə dövlət nazirini qəbul edib - FOTO/YENİLƏNDİ

06.10.2026 / 12:05
Fransada məktəb etirazlarında saxlananların sayı 5 mini keçdi - 1802 şagirdə cinayət işi açıldı...

06.10.2026 / 11:45
Ermənistan parlamentində deputatlar arasında əlbəyaxa dava düşdü - VİDEO

06.10.2026 / 11:23
"Azərbaycanın APA-ya sədrliyi dövründə mühüm addımlar atılıb" - Milli Məclisin sədri

06.10.2026 / 11:14
Britaniya İsrailə xəbərdarlıq mesajı göndərdi - 27 diplomat ölkədən qovulacaq…

06.10.2026 / 10:58
Ələt Azad İqtisadi Zonasında hava limanı bu tarixdə fəaliyyətə başlayacaq...

06.10.2026 / 10:46
Şahin Mustafayev Overçukla görüşdü - ticarət və iqtisadi əməkdaşlığın genişləndirilməsi müzakirə edildi

06.10.2026 / 10:36
Qara dənizdə yük gəmisi vuruldu - bir azərbaycanlı həlak oldu, daha biri itkin düşdü...

06.10.2026 / 10:23
İsrail İrana qarşı yeni hücuma hazırlaşır…

06.10.2026 / 10:11
Qaxda sürücülük hüququ olmayan gənc ölümlə nəticələnən qəza törətdi - DYP sürücülərə çağırış etdi...

06.10.2026 / 09:51
Tramp "Flydubai” təyyarəsindəki olaya görə məsuliyyəti İranın üzərinə qoydu…

06.10.2026 / 09:43
Azərbaycan neftinin qiyməti artdı - 124 dollar...

06.10.2026 / 09:38
Tramp B-1 bombardmançılarını Britaniyadan niyə geri çəkdiklərini açıqladı - Təhdid var idi…

06.10.2026 / 09:22
Rusiya Qara dənizdə Azərbaycan vətəndaşlarını daşıyan Türkiyə gəmisini vurdu…

06.10.2026 / 09:07
İranda qadınlar da döyüş hazırlığına başladı

06.10.2026 / 07:09
Moskvanın məşhur Volodarsk qəsəbəsində neft anbarı yandı - PUA hücumu üzündən

05.10.2026 / 23:26
Almaniya Rusiya ilə birbaşa müharibə təhlükəsi ilə üzləşir - Kəşfiyyat rəhbəri xəbərdarlıq etdi…

05.10.2026 / 22:52
Məgər İlham Əliyev haqlı deyil?! Rusiya super gücdür?!...

05.10.2026 / 22:38
Türkiyə Ukraynaya "Korkut" qısa mənzilli HHM sistemləri göndərdi…

Dağ-mədən sənayesində yeni mərhələ - “Böyük Qayıdış”ın məşğulluq perspektivləri...

XƏBƏR ARXİVİ