ABŞ və İranın müharibəyə son qoymaq üçün nə vaxt müqavilə imzalayacağı hələ də məlum deyil.
ABŞ prezidenti Donald Tramp İranla müqavilənin bazar bu gün, 80 illik yubileyində imzalanmasının planlaşdırıldığını açıqlamışdı. Digər tərəfdən, Pakistanın Baş naziri Şahbaz Şərif İslamabadın elektron imza prosesinə hazırlaşdığını və müqavilədən sonra gələn həftə texniki səviyyəli danışıqların başlayacağını bildirmişdi. Lakin xarici mediada yayılan məlumatlara görə, İran sazişin bu gün - 80 illik yubileyində imzalanmasına qarşı çıxır.
Sazişin nə vaxt imzalanacağı ilə bağlı qeyri-müəyyənlik davam edir.
Tahir TAĞIYEV