ABŞ prezidenti Donald Tramp İranla sazişin sabah imzalanacağını və imzalanmadan dərhal sonra Hörmüz boğazının bütün gəmilər üçün açılacağını bildirib.
Tramp açıqlamasında ABŞ-ın keçmiş prezidenti Barak Obamanı da hədəf alaraq bildirib ki, Obamanın İranla Birgə Hərtərəfli Fəaliyyət Planı (JCPOA) İranın altı il əvvəl əldə edə biləcəyi və istifadə edəcəyi nüvə silahına aparan asan və maneəsiz bir yol idi.
Tramp administrasiyasının İran siyasətinin tamamilə fərqli olduğunu iddia edib: "İranla bağladığım müqavilə tam əksidir; bu, nüvə silahlarına qarşı bir divardır. Əslində, onlar artıq nüvə silahı istəmirlər; onları satın alma, inkişaf etdirmə və ya başqa bir yolla əldə edə bilməyəcəklər".
Tramp Hörmüz boğazının müqavilə imzalandıqdan dərhal sonra bütün ölkələr üçün açıq olacağını bildirib: "Müqavilənin sabah imzalanması planlaşdırılır və imzalanar-imzalanmaz Hörmüz boğazı hamı üçün açıq olacaq".
İranla münasibətlərin əvvəlki ABŞ administrasiyaları ilə müqayisədə daha yaxşı vəziyyətdə olduğunu iddia edən Tramp, Obamanın dövründə İrana yüz milyardlarla dollar, o cümlədən 1,7 milyard dollar nağd ödənişlər edilib: “Bizim razılaşmamıza əsasən, heç bir pul köçürmələri olmayacaq".
Tramp həmçinin İranın nüvə proqramı və zənginləşdirilmiş uranın utilizasiyası ilə bağlı isə deyib: "Hər şey sakitləşəndə, uyğun vaxtda, qranit dağlarının dərinliklərində basdırılmış "nüvə tozunu" götürüb ya İranda, ya da ABŞ-da tamamilə məhv edəcəyik".
Tahir TAĞIYEV