Rusiya Günü münasibətilə Ukraynada "xüsusi hərbi əməliyyat"da iştirak edən əsgərlərlə bir araya gələn Rusiya prezidenti Putin Qərb ölkələrinə növbəti dəfə xəbərdarlıq edib.
Putin NATO ölkələrinin Rusiyaya qarşı "düşmən" hərəkətlər etdiyini bildirib: "Rusiya Qərbi təmsil edən NATO-ya qarşı təkbaşına dayanır. Onlar Rusiyanı strateji cəhətdən məğlub edə bilməyiblər və edə bilməyəcəklər".
NATO ölkələrinin texnologiya və elm sahəsində yüksək inkişaf səviyyəsinin yüksək olduğunu deyən Putin bildirib ki, məhz buna görə Rusiya həmişə onlardan bir addım öndə olmalıdır.
Putin Qərblə danışıqlara açıq olduqlarını da bildirib: "Düşmənlərimizə verəcəyimiz yalnız bir məsləhətimiz var: Rusiya ilə müharibə etməyin, heç vaxt belə bir şeyə cəhd etməyin. Gəlin sülh içində yaşayaq və bütün problemləri danışıqlar yolu ilə həll edək. Bu, ultimatum yox, əsl danışıqlar olmalıdır. Biz danışıqlara hazırıq. Lakin bu, milli maraqlarımıza uyğun olaraq edilməlidir".
Tahir TAĞIYEV