ABŞ Milli Kəşfiyyatının (ODNI) direktoru Tulsi Qabbard vəzifəsindən getdiyini elan etdiyi bir vaxtda dövrdə ABŞ-ın qlobal bioloji laboratoriyaları şəbəkəsi ilə bağlı qalmaqallı açıqlama verib.
Qabbard ABŞ hökumətinin uzun müddətdir ki, 30-dan çox ölkədə 120-dən çox bioloji laboratoriyanı maliyyələşdirdiyini bildirib.
Qabbard bu laboratoriyalarla bağlı məlumatları, yeri və maliyyələşdirilməsi ilə bağlı detalların "qəsdən gizlədildiyini" iddia edərək ictimaiyyətə yanlış məlumat verildiyini iddia edib: "ABŞ hökuməti tərəfindən maliyyələşdirilən bu bioloji laboratoriyalarının bir çoxu hazırda və ya əvvəllər təhlükəli və yüksək yoluxucu patogenlərdən istifadə edərək tədqiqatlar aparıb".
Milli Kəşfiyyatının direktor həmçinin bəzi tədqiqatlarda "funksiya qazancı" (gain-of-function) tədqiqatlarını da yer aldığını və bu tədqiqatların kifayət qədər nəzarət olmadan aparıldığını iddia edib. Onun sözlərinə görə, bu laboratoriyalar əvvəllər bəzi ölkələrdəki təhlükəsizlik riskləri səbəbindən kəşfiyyat hesabatlarında qeyd olunub.
Qabbardın açıqlamaları onun ABŞ kəşfiyyat agentliklərini (MKİ və FTB daxil olmaqla 18 agentlik) əlaqələndirməkdən məsul olan ODNI agentliyindən ayrılması və Trampın yeni təyinat qərarı ilə eyni vaxta təsadüf edir.
Tahir TAĞIYEV