Hindistan Hörmüz boğazında hind dənizçilərinə qarşı ABŞ-ın hücumları ilə bağlı yüksək vəzifəli ABŞ diplomatını Xarici İşlər Nazirliyinə çağırıb. Nazirlik bildirib ki, ABŞ-ın müvəqqəti işlər vəkili Ceyson Miks çağırılıb və ona etiraz notası təqdim edilib.
"ABŞ dəniz qüvvələrinin Oman körfəzində hind dənizçilərini daşıyan ticarət gəmilərinə davam edən hücumları və nəticədə üç hind dənizçisinin faciəli və qarşısı alına bilən ölümü pislənir" – deyə Hindistan Xarici İşlər Nazirliyinin açıqlamasında bildirilir.
Nazirliyin bəyanatında həmçinin mülki gəmilərə qarşı təhlükəli güc tətbiqi ilə bağlı dərin narahatlıq ifadə edilib.
Tahir TAĞIYEV