Pakistanın Baş naziri Şahbaz Şərif ABŞ və İran arasından sülh sazişinin əvvəlkindən daha yaxın olduqlarını və razılaşmanın 24 saat ərzində yekunlaşdırılmasını gözlədiklərini açıqlayıb.
Şərif Pakistanın sülh müqaviləsinin elektron imzalanması üçün hazırlıqlarını davam etdirdiyini və texniki səviyyəli danışıqların gələn həftə keçiriləcəyini bildirib.
Şərif danışıqlar zamanı göstərdikləri qətiyətə görə ABŞ və İrana təşəkkür edərək deyib: "Biz həmçinin regiondakı qardaşlarımıza dəstəklərinə görə dərin minnətdarlığımızı bildiririk. İnanırıq ki, bu tarixi müqavilə davamlı sülh üçün möhkəm təməl qoyacaq".
Tahir TAĞIYEV