şənbə günü, 12 sentyabr 2026
ANA SƏHİFƏ
SON XƏBƏRLƏR
BAKI-XƏBƏR TV
ƏLAQƏ
MENYU
Dünya
Gündəm
Siyasət
İqtisadiyyat
Sosial
Kriminal
Mədəniyyət
İdman
MDU-da “Dil, Təhsil, Tədqiqat və Dayanıqlılıq Sahəsində Müasir Problemlər” adlı Beynəlxalq Elmi Konfrans...
Tarix: 18.05.2026 / 19:33
Bölmə: Sosial
Mayın 18-də tarixində Mingəçevir Dövlət Universiteti və Dokuz Eylül Universitetinin birgə təşkilatçılığı ilə Azərbaycan Respublikası Prezidentinin 22 oktyabr 2025-ci il tarixli Sərəncamına uyğun olaraq keçirilən tədbirlər silsiləsi çərçivəsində "Dil, Təhsil, Tədqiqat və Dayanıqlılıq Sahəsində Müasir Problemlər" (Contemporary Issues in Language, Education, Research, and Sustainability) mövzusunda Beynəlxalq Elmi Konfrans öz işinə başlayıb. Konfransın açılış mərasimi Mingəçevir şəhərində yerləşən Heydər Əliyev Mərkəzində baş tutub. Tədbirdə Milli Məclisin deputatları, Mingəçevir şəhər İcra Hakimiyyətinin rəhbərliyi, hüquq-mühafizə orqanlarının nümayəndələri, Yeni Azərbaycan Partiyasının Mingəçevir şəhər təşkilatı, Mingəçevir Bələdiyyəsi, Elm və Təhsil Nazirliyi yanında İctimai Şura, eləcə də nüfuzlu elm və təhsil qurumlarının təmsilçiləri iştirak ediblər. Qonaqlar sırasında Afət Abbasova, Birol Akgün, Ufuk Turqaner, Recep Öztop, Hayrettin Özçelik, Mahirə Hüseynova, eləcə də müxtəlif ölkələrdən alim və tədqiqatçılar yer alıblar. Ümumilikdə, 23 ölkəni təmsil edən ali təhsil və tədqiqat institutlarının nümayəndələri, dilçi alimlər, müəllimlər, media təmsilçiləri və tələbələr tədbirə qatılıb. Tədbir öncəsi Ümummilli lider Heydər Əliyevin abidəsi ziyarət olunub, önünə gül dəstələri düzülərək dərin ehtiram nümayiş etdirilib. Daha sonra "Dil sərhəd tanımır" adlı kitab sərgisinə baxış keçirilib. Sərgidə Mingəçevir Dövlət Universitetinin alimlərinin, ölkənin müxtəlif elmi mərkəzlərinin və nəşriyyatların dilçilik sahəsində çap olunmuş elmi əsərləri, monoqrafiyalar və tədris vəsaitləri nümayiş etdirilib. Sərgi iştirakçılara müasir dilçilik tədqiqatlarının istiqamətləri, metodoloji yanaşmaları və elmi yenilikləri ilə yaxından tanış olmaq imkanı yaradıb. Konfrans Ümummilli lider Heydər Əliyevin və Vətən uğrunda canlarından keçmiş şəhidlərin xatirəsinin bir dəqiqəlik sükutla yad edilməsi, ardından Azərbaycan Respublikasının Dövlət Himninin səsləndirilməsi ilə rəsmi şəkildə açıq elan olunub. Açılış nitqi ilə çıxış edən Mingəçevir Dövlət Universitetinin rektoru Anar Eminov konfransın əhəmiyyətini vurğulayaraq qeyd edib ki, dil, təhsil və tədqiqat sahələrinin qarşılıqlı əlaqəsi müasir dövrdə bilik cəmiyyətinin formalaşmasında əsas dayaqlardan biridir. O, konfransın beynəlxalq miqyasını xüsusi qeyd edərək bildirib ki, 23 ölkədən 77 ali təhsil və tədqiqat institutunu təmsil edən alimlər tərəfindən ümumilikdə 545-dən çox məqalə və tezis təqdim olunub. Bu göstərici elmi əməkdaşlığın genişlənməsi, bilik mübadiləsinin gücləndirilməsi və yeni akademik platformaların formalaşması baxımından mühüm nəticə kimi dəyərləndirilib. Rektor çıxışında konfransın Birinci Türkoloji Qurultayın 100 illik yubileyinə həsr olunmasının simvolik və elmi baxımdan böyük əhəmiyyət daşıdığını qeyd edib. Eyni zamanda, tədbirin ilk panelinin professor Mahirə Hüseynovanın 65 illik yubileyinə həsr olunması onun Azərbaycan dilçilik elminə verdiyi töhfələrin yüksək qiymətləndirilməsi kimi təqdim olunduğunu diqqətə çatdıran rektor konfransın işinə uğurlar arzulayıb. Azərbaycanlı filoloq alim, filologiya elmləri doktoru, professor, Prezident təqaüdçüsü, Əməkdar müəllim, şairə, Azərbaycan Dövlət Pedaqoji Universitetinin Beynəlxalq əlaqələr üzrə prorektoru Mahirə Hüseynova çıxışında dilin yalnız ünsiyyət vasitəsi deyil, həm də milli yaddaşın, mədəni identikliyin və tarixi varisliyin əsas daşıyıcısı olduğunu vurğulayıb. O qeyd edib ki, müasir qloballaşma şəraitində dillərarası inteqrasiya prosesləri sürətlənsə də, hər bir xalqın ana dili onun milli varlığının əsas sütunlarından biri olaraq qalır və bu istiqamətdə aparılan elmi tədqiqatlar strateji əhəmiyyət daşıyır. Mahirə Hüseynova bildirib ki, dilçilik elmi bu gün yalnız nəzəri çərçivələrlə məhdudlaşmır, eyni zamanda təhsil siyasəti, sosial kommunikasiya, rəqəmsal texnologiyalar və multikultural mühit kontekstində yeni tədqiqat istiqamətləri formalaşdırır. Bu baxımdan, belə beynəlxalq platformalar müxtəlif elmi məktəblər arasında dialoqun qurulmasına, ortaq terminoloji və metodoloji yanaşmaların formalaşdırılmasına və xüsusilə gənc tədqiqatçıların elmi mühitə inteqrasiyasına mühüm töhfə verir. O, çıxışında Birinci Türkoloji Qurultayın 100 illik yubileyinin qeyd olunmasının yalnız tarixi hadisə deyil, həm də müasir türkoloji tədqiqatların inkişafına yeni baxış bucağı gətirdiyini vurğulayıb. Çıxışının sonunda Mahirə Hüseynova belə mötəbər beynəlxalq konfransın yüksək səviyyədə təşkilinə görə təşkilatçılara təşəkkürünü bildirərək, bu cür təşəbbüslərin gələcəkdə daha geniş miqyas alacağına və türk dünyasında elmi əməkdaşlığın daha da möhkəmlənəcəyinə əminliyini ifadə edib. Türkiyə Cümhuriyyətinin Baş konsulu Recep Öztop çıxışında Azərbaycan və Türkiyə arasında elm və təhsil sahəsində əməkdaşlığın ortaq tarixi, dil və mədəni köklərə əsaslandığını bildirib. O qeyd edib ki, bu kimi beynəlxalq konfranslar yalnız akademik mübadilə platforması deyil, eyni zamanda iki qardaş ölkə arasında strateji tərəfdaşlığın humanitar ölçüdə daha da dərinləşməsinə xidmət edir. Baş konsul dil faktorunun türk dünyasının inteqrasiyasında birləşdirici rol oynadığını vurğulayaraq, ortaq elmi layihələrin və akademik mobilliyin artırılmasının vacibliyini diqqətə çatdırıb. Azərbaycan Respublikası Prezidentinin İşlər İdarəsinin Prezident Kitabxanasının direktoru, professor Afət Abbasova çıxışında müasir dövrdə elmi biliklərin qorunması, sistemləşdirilməsi və geniş ictimaiyyətə çatdırılmasında kitabxanaların rolunu xüsusi vurğulayıb. O, bildirib ki, rəqəmsallaşma şəraitində kitabxanalar artıq yalnız informasiya mənbəyi deyil, həm də elmi kommunikasiya mərkəzləri kimi çıxış edir. Afət Abbasova konfransın mövzusunun məhz bu baxımdan aktual olduğunu qeyd edərək, dil, təhsil və tədqiqat sahələrinin inteqrasiyasının bilik iqtisadiyyatının inkişafında mühüm rol oynadığını bildirib. Milli Məclisin deputatı, "Elm və təhsil" və "Mədəniyyət" komitələrinin üzvü Elnarə Akimova çıxışında dilin mədəniyyətin əsas komponentlərindən biri olduğunu vurğulayıb. O qeyd edib ki, ədəbiyyat, dil və milli identiklik bir-biri ilə sıx bağlı anlayışlardır və bu sahələrdə aparılan elmi tədqiqatlar cəmiyyətin mənəvi inkişafına birbaşa təsir göstərir. Elnarə Akimova müasir dövrdə mədəni irsin qorunması və yeni nəsillərə ötürülməsində dilin roluna xüsusi diqqət çəkib. "Ədəbiyyat" qəzetinin baş redaktoru Azər Turan çıxışında ədəbi dilin inkişaf mərhələlərindən bəhs edərək qeyd edib ki, dil yalnız ünsiyyət vasitəsi deyil, həm də bədii düşüncənin ifadə formasıdır. O vurğulayıb ki, müasir ədəbi proseslərdə dilin saflığının qorunması, eyni zamanda onun inkişafına açıq olması vacib balans məsələsidir. Azər Turan konfransın bu baxımdan ədəbi mühit üçün də əhəmiyyətli olduğunu qeyd edib. Elm və Təhsil Nazirliyi yanında İctimai Şuranın katibi Günay Əkbərova çıxışında təhsil ictimaiyyətinin bu kimi təşəbbüslərdə fəal iştirakının vacibliyini vurğulayıb. O bildirib ki, akademik mühitlə ictimai sektor arasında əməkdaşlığın gücləndirilməsi təhsilin keyfiyyətinin artırılmasına və innovativ yanaşmaların tətbiqinə şərait yaradır. Günay Əkbərova bu konfransın müxtəlif tərəflər arasında dialoq platforması kimi çıxış etdiyini qeyd edib. Türkiyə Cumhuriyyətinin İzmir şəhərində yerləşən Dokuz Eylül Universitetindən Dr. Murat Ata öz çıxışında elm və təhsil sahəsində beynəlxalq akademik əməkdaşlığın genişləndirilməsinin vacibliyini vurğulayıb. O qeyd edib ki, müasir elmi mühitdə ortaq tədqiqat layihələri, birgə nəşrlər və akademik mübadilə proqramları xüsusi əhəmiyyət kəsb edir. Murat Ata türk dünyasında elmi inteqrasiyanın gücləndirilməsi üçün bu cür platformaların davamlı xarakter almasının vacibliyini diqqətə çatdırıb və konfransın bu istiqamətdə mühüm addım olduğunu bildirib. Açılış nitqlərindən sonra beynəlxalq konfransın təşkilinə və elmi əməkdaşlığın inkişafına verdikləri töhfələrə görə bir qrup iştirakçı və əməkdaş təltif olunub. Tədbir bədii hissə ilə davam edib. Proqram çərçivəsində vətənpərvərlik və türkçülük ruhunda musiqilər səsləndirilib, milli rəqs kompozisiyaları nümayiş etdirilib. Konfransın növbəti mərhələsində Mingəçevir Dövlət Dram Teatrında universitetin Ömürboyu Təhsil Məktəbinin Beynəlxalq Dil Mərkəzi və Xarici dillər kafedrasının birgə təşkilatçılığı ilə tələbələrin ifasında "Səhnələşən klassika" adlı səhnəcik təqdim olunacaq. Beynəlxalq Elmi Konfrans 19 may tarixində panel müzakirələri, paralel sessiyalar, bölmə iclasları, akademik vorkşoplar və elmi-praktik forumla öz işini davam etdirəcək. Qeyd edək ki, "Dil, təhsil və tədqiqat sahəsində müasir problemlər" mövzusunda keçirilən bu beynəlxalq konfrans yalnız elmi müzakirə platforması olmaqla kifayətlənmir, eyni zamanda bilik mübadiləsinin genişlənməsinə, inklüziv və keyfiyyətli təhsilin təşviqinə, eləcə də davamlı elmi əməkdaşlıq mühitinin formalaşmasına töhfə verən mühüm təşəbbüs kimi çıxış edir.
DİGƏR XƏBƏRLƏR
Tarix: 11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır:
valideynin şikayəti yenidən araşdırılacaq
Tarix: 11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq
- 10 faizdən 35 faizədək...
Tarix: 11.09.2026 / 11:10
Tərtər sakini Ağdərədə minaya düşdü...
Tarix: 10.09.2026 / 22:45
Tarixin saxtalaşdırılması davam edir
Tarix: 10.09.2026 / 19:17
I Bakı Türkoloji Qurultay milli mətbuat səhifələrində
Tarix: 10.09.2026 / 15:35
Birinci Qarabağ müharibəsi şəhidləri ilə bağlı 10 cildlik kitab buraxılacaq...
- MÜSAHİBƏ
Tarix: 10.09.2026 / 10:31
Xəzərdə zəlzələ oldu
Tarix: 10.09.2026 / 09:44
“Şəki yaylası”dakı faciənin detalları açıqlandı
- Baş Prokurorluq işi açdı...
Tarix: 10.09.2026 / 09:18
Xocalıda minatəmizləmə zamanı partlayş baş verdi
- ANAMA əməkdaşı yaralandı... - YENİLƏNDİ
Tarix: 10.09.2026 / 08:42
Şükürbəyli kəndinə növbəti köç karvanı yola salındı
Tarix: 09.09.2026 / 15:57
Bakıda Dördüncü İqlim Həftəsinin rəsmi açılış mərasimi keçirildi
- YENİLƏNDİ
Tarix: 09.09.2026 / 15:46
Azərbaycan polisi AMERİPOL-un platformasında müşahidəçi statusu qazandı
VİDEO
Tarix: 27.11.2025 / 11:10
Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO
Tarix: 12.11.2025 / 11:05
Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO
Tarix: 21.06.2025 / 08:15
Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO
Tarix: 11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...
Tarix: 10.09.2026 / 21:32
Rusiyanın Ermənistana qarşı edəcəyi işlərin siyahısı tutulub... hətta kütləvi deportasiya da var...
Tarix: 10.09.2026 / 19:49
Azərbaycan 2030-a kimi yaşıl enerji üzrə Qlobal Hədəfi aşmağı planladı...
SON XƏBƏRLƏR
12.09.2026 / 16:25
Kremldən Zelenskinin Putinlə görüş təklifinə reaksiya
- görüşmək istəyirsə, Moskvaya gələ bilər…
12.09.2026 / 16:02
Diplomatlar Kəlbəcərdə “İstisu” mineral su zavodunun fəaliyyəti ilə tanış olublar
- FOTO
12.09.2026 / 15:37
ABŞ Mərkəzi Kəşfiyyat İdarəsi gizli sənədləri açıqladı
- 11 sentyabr hücumları ilə bağlı ŞOK FAKTLAR ortaya çıxdı...
12.09.2026 / 15:21
Zelenski Putinə Mayamidə keçiriləcək G20 sammitində görüşməyi təklif etdi…
12.09.2026 / 14:48
Diplomatlar Kəlbəcərdə Xudavəng monastır kompleksində...
12.09.2026 / 14:26
ABŞ Nümayəndələr Palatası Rusiyaya qarşı "cəhənnəm" sanksiyalarını səsverməyə çıxarır…
12.09.2026 / 14:03
Lukaşenko ehtiyatları dollarda saxlamağın təhlükəli olduğunu deyir
- Rusiyanın başına gətirilənlər…
12.09.2026 / 13:44
İraq İranla sərhəd bağladı və Səudiyyəyə hücum edənlərin axtarışına başladı...
12.09.2026 / 13:28
Hikmət Hacıyev saxta xəbərlər yayan xarici media qurumlarına çağırış etdi
- gəlin öz gözlərinizlə görün... VİDEO
12.09.2026 / 13:15
Polşa xəbərdarlıq etdi
– Rusiya Ukrayna ilə sərhəd keçid məntəqələrini vuracaq…
12.09.2026 / 12:53
Şirvanda mağazadan külli miqdarda pul oğurlayan şəxs tutuldu...
12.09.2026 / 12:30
Azərbaycan neftinin qiyməti 120 dolları ötdü...
12.09.2026 / 11:27
Diplomatlar Ağdərədə yerləşən Gəncəsər monastırını ziyarət etdi
- FOTO
12.09.2026 / 10:56
Polis bir gündə 34 kiloqrama yaxın narkotik ələ keçirdi
12.09.2026 / 09:37
Putin Avropa ölkələrinə xəbərdarlıq etdi
- Bu, Rusiya ilə müharibə deməkdir…
12.09.2026 / 09:23
Tramp-BCM qarşıdurması böyüyür
– Təşkilat ABŞ-ın İT xidmətlərindən rəsmən imtina etdi…
12.09.2026 / 09:10
Modi ikinci dəfə Putini aqressiv müharibəni dayandırmağa çağırdı…
12.09.2026 / 07:26
Fransada Le Penin partiya liderinə sarımsaq atdılar
12.09.2026 / 07:13
İmamoğlu ailəsinin başına gətirilənlər şok etdi -
oğul İmamoğlu nələr danışır…
11.09.2026 / 23:36
Qırmızı dənizdə gərginlik artır
- Husilər Bab əl-Məndəb boğazına nəzarəti tam ələ keçirdi…
11.09.2026 / 23:10
Husilərin hərbi qələbəsindən sonra ABŞ admiral Kuperi təcili Səudiyyəyə göndərdi…
11.09.2026 / 22:53
Türkiyə BTC ilə neft nıəqlini ikiqat artırmağı təklif etdi
- gündə 1 milyon barel…
11.09.2026 / 22:30
Səudiyyə husilərə qarşı müharibədə ABŞ-dan kömək istədi
- Trampdan rədd cavabı gəldi…
11.09.2026 / 21:42
Rusiya Litvanı nüvə silahı ilə hədələdi
- hədəfdə olacaqsız…
11.09.2026 / 21:27
Rusiyadan gələn “qanunsuz miqrantlar axını” Gürcüstanda çevriliş hazırlayır
- iddia...
11.09.2026 / 21:10
Avropa Birliyi sentyabrın 15-də Ermənistanın taleyini həll edəcək...
11.09.2026 / 20:48
Tramp seçicilərin səsini pulla satın almağa başladı...
hərəyə 5 min...
11.09.2026 / 20:31
Trampdan 11 sentyabr mesajı
- o tarixi unutmayacağıq...
11.09.2026 / 20:26
Paşinyan 1 oktyabradək Elektrikşəbəkənin 100 faiz səhmlərini Karapetyandan müsadirə edəcək...
11.09.2026 / 20:23
Paşinyan Putini çox pis yerdə yaxaladı -
Ermənistan Rusiyaya sanksiya tətbiq etdirə bilər...
11.09.2026 / 20:10
Putin qışda Ukraynanın enerji infrastrukturlarına yeni zərbə planları qurub...
11.09.2026 / 19:56
Rusiyada miqrantların işləməyən ailə üzvləri ölkədən qovulur -
DİN başçısı Putinə hesabat verdi...
11.09.2026 / 19:40
"Qlobal terrorizmə qarşı birgə mübarizəsinə verdiyi töhfələrə görə Azərbaycana minnətdarıq"
- ABŞ Səfirliyi
11.09.2026 / 19:20
Paşinyan İran-Gürcüstan yolunun çəkilişini Makronla müzakirə edib...
11.09.2026 / 19:09
Diplomatik korpus nümayəndələri Şuşada...
- YENİLƏNDİ
11.09.2026 / 19:03
İran ballistik raketlərin yeraltı istehsalını bərpa etdi
-Tramp əndişələnib...
11.09.2026 / 18:45
Çindən İrana dəmiryolu daşımaları başladı
- 14 günə 6 min kilometr...
11.09.2026 / 18:22
İran süni intellektlə minlərlə israillinin sirlərini əldə etdi
- İsrail ŞOKDADIR...
11.09.2026 / 18:08
Tramp respublikaçı seçicilərə səsləndi
- Səs verməsəniz cəhənnəmə gedəcəksiz...
11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"
11.09.2026 / 17:25
Rəqabətin inkişafı və inhisarçılığın qarşısının alınması ilə bağlı Milli Fəaliyyət Planı təsdiqləndi
11.09.2026 / 17:23
Xəzər dənizində böyük xarici neft şirkətləri ilə 5 milyard dollarlıq mübahisə başladı...
11.09.2026 / 17:11
Qarabağa diplomatik səfərlərin siyasi-tarixi və hüquqi əhəmiyyəti
11.09.2026 / 17:06
ABŞ Konqresmeni Ermənistan-Azərbaycan sülhünün imzalanacağı vaxtı təxmini söylədi...
11.09.2026 / 16:50
ABŞ Yaxın Şərqdəki hərbi bazalarını çıxartmağı müzakirə edir -
İran şok yaşadır...
11.09.2026 / 16:34
Dövlət qurumunun adından istifadə edib 250 min manatlıq dələduzluq etdi, yaxalandı
11.09.2026 / 16:17
İqtisadi Şurada 2027-ci ilin büdcə layihəsi müzakirə olundu
- FOTO
11.09.2026 / 15:56
"Aİ Qarabağda sülhün təmin olunmasına praktiki dəstək verməyə hazırdır"
- Xüsusi nümayəndə
11.09.2026 / 15:42
Özəl məktəblərin təhsil haqqı ilbəil artır:
valideynin şikayəti yenidən araşdırılacaq
11.09.2026 / 15:30
Tramp İranda rejim dəyişikliyi taktikasına yenidən qayıdır...
11.09.2026 / 15:21
Dipkorpus nümayəndələri Qarabağ Universitetində olublar
11.09.2026 / 15:09
"Azərbaycan və Ermənistan liderlərinin görüşü çox konstruktiv mühitdə keçdi"
- Hikmət Hacıyev
11.09.2026 / 14:55
Xaçmazda narkotiklərlə bağlı 7 nəfər saxlandı
11.09.2026 / 14:48
Dələduzluqla onlayn kreditə görə vətəndaşı məsul tutmaq əvəzinə bank məsuliyyətini artırmaq olmazdı?..
11.09.2026 / 14:31
Ukrayna üzrə Rusiya-ABŞ danışıqlarının hansı ölkədə olmasının hansı(sa) önəmi var?..
11.09.2026 / 14:16
Pakistan husilərlə bağlı İrana mesaj göndərdi
– onları dayandırın…
11.09.2026 / 14:03
92 min müəllimin maaşında artım olacaq
- 10 faizdən 35 faizədək...
11.09.2026 / 13:49
"Qarabağda təxminən 100 min mülki şəxs yaşayır"
- Hikmət Hacıyev
11.09.2026 / 13:46
Şəfiqə Məmmədova:"Bu vəzifə mənim üçün məsuliyyətdir"
11.09.2026 / 13:28
Şəfiqə Məmmədovanın vahid namizəd olması narazlıq yaradıb
11.09.2026 / 13:24
Hikmət Hacıyev: "Azərbaycanda 32-dən çox terror aktı törədilib"
11.09.2026 / 13:15
Rusiya və Türkiyə Qafqazda və Orta Asiyada “kənar qüvvələrə” qarşı birləşdilər...
11.09.2026 / 13:04
Prezidentin köməkçisi: "Mina insidenti bərpa və yenidenqurma səylərimizə mane olur"
11.09.2026 / 13:00
Şəfiqə Məmmədova AKİ sədri oldu
11.09.2026 / 12:55
"İşğal illəri ərzində Azərbaycanın mədəni irsi dağıntılara məruz qalıb"
- Hikmət Hacıyev
11.09.2026 / 12:51
Bakıda Azərbaycan-Türkiyə 5-ci Enerji Forumu keçirilir
11.09.2026 / 12:41
Ukrayna Saratovda neft emalı zavodunu və “Ozon” mərkəzini vurdu…
- VİDEO
11.09.2026 / 12:28
Formula 1-in hazırlıq müddəti 12 aydan 4 aya endirildi...
11.09.2026 / 12:17
Corc Buş 11 sentyabr hücumlarından sonrakı ilk saatlardan danışdı
- o an mən müharibə dövrünün prezidenti oldum…
11.09.2026 / 12:10
Diplomatik korpus nümayəndələri Xankəndi Mədəniyyət Mərkəzində...
11.09.2026 / 12:02
Eldəniz Quliyev:"Həmidə Ömərovanı dəstəkləyirəm"
11.09.2026 / 11:48
Oman sahillərində daha iki gəmi vuruldu…
11.09.2026 / 11:22
Dipkorpus nümayəndələri Xankəndidə yeni dəmir yolu və avtovağzal kompleksinin tikintisi ilə tanış olublar
11.09.2026 / 11:10
Tərtər sakini Ağdərədə minaya düşdü...
11.09.2026 / 10:56
Aydın Kazımzadə: "Şəfiqə Məmmədovanın sədr olmaq şansı daha böyükdür"
11.09.2026 / 10:22
Tramp İranla müharibənin bitəcəyi tarixi açıqladı və Hörmüzə də öz adını verdi…
11.09.2026 / 09:44
"Qarabağ və Şərqi Zəngəzur əsl intibah dövrünü yaşayır"
- Hikmət Hacıyev
11.09.2026 / 09:30
Azərbaycan neftinin qiyməti 120 dollara yaxınlaşır...
11.09.2026 / 09:13
Ankarada səfirliksiz səfir təyinatı -
İsraildən ilginc addım…
11.09.2026 / 09:03
Diplomatik korpusun Qarabağ və Şərqi Zəngəzura növbəti səfəri başlayıb
11.09.2026 / 08:08
Kanada Ukrayna ilə 100 illik tərəfdaşlıq sizişi imzaladı...
İnzibati məcəllədə son dəyişikliklər hüquqi fəallığın artırılmasında təsirli rol oynayır...
Populyar xəbərlər
Tarix: 02.09.2026 / 21:38
Trampın İrana yeni zərbələrinin 2 hədəfi var -
neftin qiyməti və... Sanksiyalar iflas etdi...
Tarix: 11.09.2026 / 17:41
Həmidə Ömərova: "Namizədliyimi irəli sürməyə şərait yaradılmadı"
Tarix: 14.08.2026 / 20:01
Rusiya 5 il Zəngəzur dəhlizini azı 2 səbəblə gecikdirdi...
Tarix: 07.09.2026 / 22:10
Paşinyan demişdi sentyabrda başlayacağıq, daha 4 ay uzatdı...
Tarix: 23.08.2026 / 14:28
Prezident İlham Əliyevin sosial şəbəkə hesablarında Özbəkistana səfərindən görüntülər paylaşılıb
- VİDEO
XƏBƏR ARXİVİ