çərşənbə günü, 23 sentyabr 2026
     

ABŞ və İran tarixi razılaşmanın bir addımlığında - dörd təyyarə Vaşinqtondan Cenevrəyə yola düşdü... mümkün SAZİŞ MƏTNİ SIZDIRILDI...

Image


Trampın tezliklə imzalanacağını açıqladığı ABŞ-İran razılaşması ilə bağlı yeni detallar ortaya çıxıb. Diplomatik mənbələr və Amerika rəsmilərinin ABŞ mətbuatına verdiyi məlumata görə, razılaşdırıldığı iddia edilən layihə mətnində Hörmüz boğazının heç bir tranzit haqqı olmadan dərhal yenidən açılması, İranın razılaşmanın şərtlərinə əməl edəcəyi təqdirdə sanksiyaların tədricən yumşaldılması və tərəflər arasında yeni danışıqlar prosesinin başlanması yer alır.

“Axios”un məlumatına görə, razılaşma Livan da daxil olmaqla, mövcud atəşkəsi daha 60 gün uzadacaq. Bu müddət ərzində ABŞ və İran arasında nüvə proqramı ilə bağlı hərtərəfli danışıqlar aparılacaq. Mətndə İranın zənginləşdirilmiş uran ehtiyatı ilə bağlı ümumi çərçivə olsa da, nüvə proqramı ilə bağlı konkret addımların daha sonra hazırlanacaq ikinci və daha ətraflı razılaşmaya saxlanacağı bildirilir.

Vasitəçi ölkələrdən birinin diplomatı tərəflərin sazişin mətni ilə bağlı razılığa gəldiyini, lakin yekun təsdiq prosesinin hələ başa çatmadığını bildirib. Mənbələrə görə, saziş İranın yüksək vəzifəli rəsmiləri tərəfindən nəzərdən keçirilib təsdiqlənsə də, Ali Rəhbər Müctəba Xamenei tərəfindən hələlik yekun təsdiq verilməyib. İran Xarici İşlər Nazirliyi də yekun qərarın hələ verilmədiyini bildirib. Buna baxmayaraq, həm ABŞ, həm də vasitəçi ölkələr bu dəfə razılaşmanın uğurla başa çatması ilə bağlı əvvəlki cəhdlərlə müqayisədə daha nikbin mənzərə yaradırlar.

Sazişin ən diqqət çəkən bəndlərindən biri Hörmüz boğazının yenidən açılmasıdır. Layihəyə əsasən, saziş qüvvəyə mindikdən sonra boğaz dərhal və heçbir ödənişolmadan dəniz nəqliyyatı üçün açılacaq. Məqsəd 30 gün ərzində müharibədən əvvəlki daşıma həcmlərinə qayıtmaqdır. Bunun müqabilində ABŞ-ın tətbiq etdiyi blokada tədbirlərinin ləğvi planlaşdırılır.

Layihə mətnində İran neftinin satışına müvəqqəti sanksiya güzəştləri də yer alır. Buna əsasən, Tehran administrasiyasına müəyyən müddətə neft ixrac etməyə icazə veriləcək və razılaşmaya əməl edəcəyi təqdirdə sanksiyalar tədricən yumşaldılacaq.

İranın nüvə proqramına gəldikdə, plan Tehranın nüvə silahı əldə etməmək və zənginləşdirilmiş uran ehtiyatları ilə bağlı həll yolları hazırlamaq öhdəliyini özündə ehtiva edir. ABŞ tərəfi uranın Birləşmiş Millətlər Təşkilatının nəzarəti altında ölkə daxilində azaldılması variantını nəzərdən keçirir.

Digər tərəfdən, xaricdə dondurulmuş İran vəsaitlərinin taleyi ilə bağlı qeyri-müəyyənlik davam edir. İran saziş imzalandıqdan sonra bu vəsaitlərin bir qisminə çıxış əldə etmək istəsə də, ABŞ administrasiyası müəyyən şərtlərə əməl olunmaq şərti ilə vəsaitlərin mərhələli şəkildə verilməsini müdafiə edir. Həmçinin bildirilir ki, tərəflər Qətərdə dondurulmuş İran aktivlərindən humanitar yardım məqsədləri üçün istifadə mexanizmi üzərində işləyirlər.

Qətər və Pakistanın vasitəçiliyi ilə aparılan danışıqlar müsbət nəticələr verərsə, saziş "İslamabad Sazişi" adı altında imzalana bilər. Tərəflər hazırda mətni yekunlaşdırmaq və imzalanma mərasiminin tarixini müəyyən etmək üçün əlaqələrini davam etdirirlər.

Bildirilir ki, çərşənbə axşamı Qətər vasitəçisi Əli Əl-Tavadi ilə İranın xarici işlər naziri Abbas Ərakçi arasında aparılan danışıqlardan sonra müvəqqəti razılaşma əldə edilib. Müzakirələrdə Trampın nümayəndələri Stiv Vitkoff və Trampın kürəkəni Cared Kuşner də iştirak edib.

Bu arada, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus təyyarələrin İranla razılaşmaya hazırlıq çərçivəsində Avropaya göndərildiyi. “Axios” məsələyə yaxın mənbələrə istinadən xəbər verir ki, artan hərbi uçuşlar, razılaşma əldə ediləcəyi təqdirdə, yaxın günlərdə Cenevrədə baştuta biləcək İranla razılaşmanın imzalanması ilə əlaqədardır.

Adını açıqlamayan mənbələr iddia edir ki, ABŞ Hərbi Hava Qüvvələrinə məxsus dörd C-17 nəqliyyat təyyarəsi vitse-prezident Vensin ABŞ və İran arasında potensial sazişin imzalanması üçün Cenevrəyə edə biləcəyi səfərinə hazırlıq çərçivəsində dünən Avropaya yola düşüb .

Bu iddia, Prezident Donald Trampın dünən Vaşinqton və Tehranın "böyük bir razılaşma" əldə etdiyini və razılaşmanın bu həftə sonu imzalana biləcəyini açıqlamasından sonra ortaya atılıb.

Tramp İranın nüvə silahından imtina etdiyini və müharibəyə son qoyulduğunu bildirib. “Eşidib-eşitmədiyinizi bilmirəm, amma bu gün İranla müharibəyə son qoyduq. Onlar heç vaxt nüvə silahına sahib olmamağı qəbul etdilər, biz də bunda israr edirdik. Bütün məqsədimiz bu idi. Məqsədimizin 95 faizi bu idi" – Tramp bildirib.

Bundan əvvəl isə Tramp razılaşmanın son mərhələdə olduğunu bildirmişdi: “Tezliklə razılaşma imzalayacağıq. Razılaşma demək olar ki, tamamlanıb. İmza mərasimi Avropada keçiriləcək. Bu, həftəsonu baş tuta bilər”.

Tahir TAĞIYEV



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

22.09.2026 / 13:15
Qafqaz Albaniyasının möhür və damğaları

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ