çərşənbə günü, 23 sentyabr 2026
     

Şəhid kəşfiyyatçımız -Elnur içi düşmənlə dolu UAZ-ı partlatdı...

Image


Maisə Məmmədova:"Cənab Prezidentdən xahiş edirəm ki, oğluma "Azərbaycan Bayrağı" Ordeni versin"

Türk ac-sussuz qalar, amma torpağını düşmən tapdağında qoymaz, şirin canını verib torpağını geri alar. Budur babaların vəsiyyəti, budur mənəvi sahiblik. Vətən oğulları canlarından keçdilər, amma torpaqdan keçmədilər. "Yar şirindir keçilməz" deyilir el nəğmələrindən birində, amma o oğullar torpaq üçün yardan da, övladdan da keçdilər, ata-ananın bağrına dağ çəkdilər.

Azərbaycan Ordusunda Müddətdən artıq həqiqi hərbi xidmət hərbi qulluqçusu, (MAHHXHQ) əsgər Məmmədov Elnur İsrəfil oğlu belə igidlərimizdən biridir.

Elnur Məmmədov 16 sentyabr 1989-cu ildə, Daşkəsən rayonunun Xoşbulaq kəndində anadan olub. 2008-ci ildə Gəncə şəhər Şah İsmayıl Xətai adına 13 saylı tam orta məktəbi bitirib. Gəncə şəhərində Azərbaycan Kənd Təsərrüfatı Akademiyasına daxil olub, 2012-ci ildə Azərbaycan Dövlət Aqrar Universitetinin məzunu olub. 2012-ci ilin iyul ayında SHXÇDX-nin Daşkəsən rayon bölməsi tərəfindən həqiqi hərbi xidmətə çağırılıb, Sərhəd Qoşunlarının N saylı hərbi hissəsində xidmət edib. 2013-cü ildə xidmətini başa vurub Gəncəyə qayıdıb. Elnur oxuduğu ixtisası yox, hərbçi olmağı seçib və 2014-cü ildə Daşkəsən rayon N saylı hərbi hissədə MAHHXHQ kimi kəşfiyyatçı vəzifəsində xidmətə başlayıb. Hər zaman işində fəal olub.

Vətən müharibəsi başlayan gündən Murovdağ -Kəlbəcər istiqamətində gedən döyüşlərdə iştirak edib. Elə döyüşün ilk günündən yüksək qəhrəmanlıq nümunəsi göstərib.

Uşaqlıqdan vətənə, torpağa, elə-obaya bağlılıq hissi onda çox güclü idi, buna görə də böyüdüyündə hərbiçi olmaq qərarına gəlib. Torpağımızın düşman tapdağı altında qalması onu narahat edirdi və bir gün qisas gününün gələcəyinə ümid edirdi. Elnur Məmmədovlar ailəsinin üç oğlunun böyüyü olub.

Vətəninin bu dar günlərində iki əkiz qız balasını, yarını, ata-anasını, qardaşlarını Tanrıya əmanət edib müharibəyə yollanıb.

2 oktyabr 2020-ci ildə Daşkəsən, Kəlbəcər rayon sərhədində, qəhramanlıq göstərərək şəhidlik zirvəsinə ucalıb.

Kəşfiyyatcı Məmmədov Elnur döyüşün hələ ilk başlarından İkinci Qarabağ müharibəsində, yüksək qəhrəmanlıq nümunəsi göstərərək, iştrak edib. Müxtəlif mövqeylərdə döyüşən Elnur, oktyabrn 1-i Daşkəsən rayon sərhədindən, Kəlbəcər rayonuna keçid edib. Komandiri və döyüş yoldaşları ilə birlikdə, düşmənin iki postunu dağıdıb. Döyüş gedən zamanı, içi dolu erməni zabiti olan UAZ markalı maşınının yaxınlaşdığını görən komandiri, Elnura başını qaldırmamasını deyib, lakin Elnur sinəsini düşmənə sipər edərək, içi zabit dolu UAZ maşınını partladıb, özü isə düşmənin snayper gülləsinə tuş gəlib və qarın nahiyəsindən yaralanıb. Qısa müddət yerdə qaldıqdan sonra, özünü toparlayıb və döyüş yoldaşlarına "Siz geri çəkilin, mən gedərəm" deyərək, düşmənə hücüm edib, o, burada qəhrəmancasına şəhid olub. Komandiri onun nəşrini çıxara bilmədi üçün, düşmənin əlinə keçməsin deyə, iki qayanın arasıında gizlədir. Elnurun nəşi 49 gün neytralda qalır. 50-ci günə keçən gecə də komandiri və döyüş yoldaşları, onun nəşini gizlətdikləri yerdən götürərək, ailəsinə təhvil verirlər. Elnur Məmmədov böyük izdihamla Gəncə şəhər şəhidlər xiyabanında dəfn edilib.

Döyüşlərdə göstərdiyi igidliklərə Azərbaycan Respublikası Prezidentinin Sərəncamları ilə "Kəlbəcərin azad olunmasına görə", "Vətən uğrunda" və "İgidliyə görə" medalları ilə təltif olunub.

Elnur Məmmədovun anası Maisə Məmmədova ilə Gəncədə yaradıcılıq ezamiyyətində olarkən tanış olduq, danışdıq, dərdləşdik. Ana sağalmayan yarasının ağrısı ilə yaşayır.

"Onun bir məktubu da var. Müharibəyə gedəndə yazıb qoyub. O məktubu saxlayırıq. ubu da var ibdə də. Oğlum haqqında danışmaq çox çətindir...O, uşaqlığından hərbini çox sevirdi. Mənim oğlum çox vətənpərvər, vətənini sevən bir uşaq idi. Körpəlikdən vətənpərvər idi. Məktəb illərində Vətən haqqında şeirlər yazırdı, gerbimizi, bayrağımızı çəkirdi. Çox qabiliyyətli uşaq idi. Birinci sinfə 17 nömrəli məktəbdə getdi. Sonra biz Gəncəyə köçdük, 13 nömrəli məktəbdə təhsilini davanm etdirdi. Yəni mənim oğlum yaxşı oxuyan, ağıllı, çalışqan uşaq idi. Oxudu öz bilini ilə universitetə qəbul oldu. Ali məktəbi bitirdikdən sonra hərbi xidmətə yollandı. Hərbi xidmətini Sərhəd Qoşunlarında çəkdi. Yəni sərhədi qorudu. Bir ildən sonra gəldi. Biz istədik ki, onu oxuduğu sahə üzrə işə qoyaq. O bizimlə razılaşmadı. Dedi mən hərbiyə gedəcəm. O hərbiyə MAXE, kiçik çavuş kimi getdi. 8 il idi hərbidə işləyirdi. Tez-tez onları kəşfiyyata aparırdılar. Onun kəşfiyyata ən çox getdiyi yer Kəlbəcər idi. O həmişə kəşfiyyatdan qayıdıb gələndə deyirdi ki, mən Kəlbəcəri sevirəm. Kəlbəcərin bütün o lazım olan yerlərinə, postlarına girirdilər.

Bunlar kəşfiyyatçı idi. Kəşfiyyatda baş snayper idi. Deyirdi ki, kaş cənab Prezident İlham Əliyev müharibənin başlandığı barədə əmr versin, biz Kəlbəcəri alarıq və üç günə Kəlbəcər bizdə olar. Yəni o onlar ora çox getdiklərinə görə oranı qarış-qarış tanıyırdılar. Sanki oranın hər daşını bunlar düzmüşdülər. Nə isə vaxt gəldi tamam oldu. Tovuzda müharibə başladı. Tovuzda müharibə başlayanda generalımız Polad Həşimov şəhid oldu. Polad mənim oğlumun komandiri olmuşdu. Çox gözəl insan, çox gözəl komandir idi. Əsgərləri onun xatirini çox istəyirdilər. Tovuz döyüşləri zamanı Elnur Kəlbəcərdə təlimdə idi. Onları təlimə aparmışdılar. Polad Həşimov şəhid olandan üç-dörd gün sonra onları dağdan endirdilər, gətirdilər. Oğlum xidmət etdiyi N saylı hərbi hissədən bura gəldi. Əslində bizimlə görüşməyə gəlmişdi. görüşməyə gələndə çox keyfsiz, çox qanıqara idi. Gördüm ki, oturub telefona baxır. Mən də onun arxasında durdum. Deyim ki, Tovuz şəhidlərinə, xüsusən də Polad Həşimova görə ermənilərə qarşı qəzəbi, qanı coşmuşdu. Nə isə bizdə nə yemək yedi, nə çay içdi. Eləcə oturmuşdu. Mən onun yanına gəldim. Gördüm ki, telefonda Polad Həşimovun, digər şəhidlərin şəklinə baxır. Ağladım. Dedim ki, Allah ermənilərə qənim olsun, bu cürə generalı da şəhid etdi. Bu sözümdən sonra Elnur ayağa durdu və bir siqaret yandırdıı. Dedi ki, ay ana, darıxma, bu generalın qanı yerdə qalmayacaq, az qalıb. Gördüm ki, çox yorğundur, günlərlə təlimdə olub. Anayam, ürəyim od tutub yanır. Dedim ki, ay oğul, heç olmasa on gün məzuniyyət götür, bir az istirahət et. Bir incə gülüşü var idi. Gülümsədi. Çox ağır təbiətli, çox zəhmili, uca boylu, yaraşıqlı bir oğul idi, mənim oğlum. Belə gülümsəyib "Ay ana, təlim qurtardı da. Təlim söhbəti yoxdur"-dedi. Dedim niyə? Dedi bitdi də. Oğlumun öz maşını var idi. Bizimlə görüşüb getdi. Amma səhər tezdən bir də qayıtdı gəldi. Nəsə demək istəyirdi, amma demədi. Atası ilə də, mənimlə də, qardaşı ilə də görüşdü. Gördüm qardaşına nə isə deyir. Eşitdim ki, "kişi qorxmaz. Nə var ki, nədən qorxam? Qorxulu bir şey yoxdur" deyir. Sən demə söhbət müharibənin başlanmağından gedirmiş. Yəni bunlara deyiblər ki, müharibə başlayacaq. Oğlum getdi. Gecə saat 12 idi. O biri oğlum da əsgərdən təzə gəlmişdi. O da Daxili Qoşunlarda xidmət edirdi. O birisi otaqdan telefonu gətirdi ki, ay ana, Elnur səninlə danışmaq istəyir. Gecə saat 1-ə işləmişdi. Belə baxdım ki, hərbi formadadır, qızlarla oynayır. Nəysə telefonu aldı, dedi ay ana nə təhərsiniz, niyə ağlayırsınız. Atası ilə də danışdı, mənlə də. Dedim anan ölsün… Sonra eşitdim ki, döyüşə gedib. O biri oğlum da getdi könüllü yazıldı müharibəyə. O da müharibə veteranıdır, Füzulidə, Qubadlıda, Cəbrayılda döyüşüb, üç rayonumuzun alınmasında iştirak edib.

Qarabağ boyunca bu müharibə başlamışdı. Evdə tək idim. Gördüm telefonuma zəng gəldi. Telefonu açdım ki, Elnurdu. Dedi ay ana, niyə ağlayırsan? "Ay ana, ağlama sən mənim canım. Sənə söz deyəcəm. Ağlama" . Gördü yox, mən özümü saxlaya bilmirəm. Telefonu söndürdü. İki-üç dəqiqədən sonra bir də zəng gələdi. Telefonu açdım. Dedi ay ana, sən mənim canım, söz deyəcəyəm, axıracan mənə qulaq as. Bu biri oğlum da getmişdi. Aparmışdılar. Bu da getmişdi könüllü. Seyfəli polqonunda təlim keçirdilər. Dedi niyə ağlayırsan? Dedim ay anan ölsün niyə ağlamayım? Sən erməninin gülləsinin qabağındasan. Qardaşın da belə getdi. Dedi ay ana, müharibə dayanacaq. Zəfər bizimdir. Niyə ağlayırsan ki? Bu alçaqlar, bu şərəfsizlər nəyləri var, hamısını bizim qabağımızda qoyub qaçırlar. "Sənin telefonun görüntülü deyil, görüntülü olsa sənə göstərərdim. Mənim bu dəqiqə əlimdə istifadə elədiyim silah onların silahlarıdır ki, özlərinə istifadə edirik. Ağlama. Qələbəni biz qazanacağıq. Müharibə dayanacaq, inşallah. Biz zəfər alacağıq" - dedi Elnur. Həmin girdiyi postlardan da şəkillər var. Müharibənin başladığı günü üç dənə post aldılar. Çox ürəkli, çox cəsarətli, düzgün döyüş aparan oğlanlardan biri də mənim oğlum idi. Mən Prezidentə məktub göndərmişəm və xahiş etmişəm ki, oğluma "Azərbaycan Bayrağı" Ordeni verilsin. Bu həm də ona görə lazımdır ki, yaşadığımız küçəyə oğlumun adı verilsin. Hazırda küçımiz adsızdır. Müharibə vaxtı mənim oğlum çox əziyyət çəkib. Oğlum kimi oğullar çox olub. Elnur iki dəfə qanlı döyüşə girib, oradan sağ-salamat çıxıb. Komandir deyib ki, əvvəl döyüşə girənlər üçüncü dəfə döyüşə girməsinlər. Oğlum deyib ki, yox mən özüm girməliyəm, Kəlbəcərin hər bir yerini özüm bilirəm. Yəni harasında döyüş getməlidir, oraları bilirdi. Axırıncı döyüşə oktyabrın 1-də girdi. 1-i günü hamı ilə danışdı, sağollaşıb, halallıq aldı məndən. Dedi ki, ay ana, sənə bir söz deyəcəm, əgər mən şəhid olsam, haqqını halal edərsən mənə. "Sən mənim canım ağlama, geriyə yol yoxdur. Yəni irəli getməliyik. Torpaqlarımız bu mənfur ermənilərdən azad olunmalıdır. Getdi. Oktyabrın 2-də qara xəbəri çıxdı. Ağ dağın, Ömər dağın arxasında birinci vurulan mənim oğlum olub. Yəni ora bir maşın erməni gəlib, o da həmin maşınını partladıb. Çox düzgün orada döyüş aparıb. Ermənilərlə üzbəüz döyüşdü Orada maşın partladıb, sonra qalxıb ki, bir də atsın, amma ermənilər snayperlə oğlum vurulub. Snayper snayper gülləsindən şəhid olub. Mənim oğlum müharibəyə gedəndə üç məktub yazıb, birini arvadına, birini qızlarına, birini də bizə. Yəni o məktubda da yazıb ki, mən şəhid olsam, ağlamayın, başınızı dik tutun. Şəhidin anası ağlamaz. Şəhidin atası ağlamaz. Amma o bizi ağlar günə qoydu.

Körpəliyindən o vətənpərvər idi, vətəni sevən idi. Uşaqlığından taxtadan tapança düzəldirdi. Sonra atası tapança alırdı. Ən çox o bazara gedirdi. Uşaq idi. Mənlə bazara gedirdi, su atan tapança alırdı. O biri qardaşları maşın və başqa oyuncaqlar alırdı, o isə həmişə o tapança, silah götürürdü. Mən ona çox dedim, amma getdi özü kəşfiyyatı seçdi. Əvvəlcə o manga komandiri seçilmişdi, sonra kəşfiyyata keçdi. Mən ona çox yalvarırdım ki, oğul, qurban oğlum, nə olar kəşfiyyatdan çıx. Yəni nə olsa kəşfiyyatı qabağa göndərirlər, müharibə olanda həmişə öndə olurlar. O dedi ki, mənim öz işim, öz sənətim gözəldir ana, mən onu sevirəm".

Maisə ana Elnur kimi ləyaqətli bir oğulun anasıdır. Oğlundan doymayan ana, onun izini hər yerdə axtarır, gəzir. Gah ağlayır, gah duruxur.

"Yəni mənim oğlum Milli Qəhrəman adına layiq bir oğlandır. Vallahı billahı, yəni mən oğlumu tərif eləmirəm. Onun yanında döyüş aparanlar hamısı bilir ki, mənim oğlum Milli Qəhrəman adına layiq oğlandır. Mənim oğlum erməninin "minvatına"təkcə düşübdü. Erməninin "minvatına" düşən oğlandır bu. Yəqin Prezidentimizə bu barədə məruzə olunmayıb. Cənab Prezidentdən xahiş edirəm ki, oğluma "Azərbaycan Bayrağı" Ordeni versin. Düzdür, medallar veribdir.

Bəlkə də elə bir oğul gəlməz bir də dünyaya. Qızlarını da sevirdi, ailəsini də sevirdi. Əkizdi qızları vardı. Qızlarını çox istəyirdi. Ailəcanlı, çox mehriban, çox tərbiyəli, ağıllı bir oğul idi. Onun komandirlərinə qədər hər kəs ondan razı idi. İş yoldaşları da həmçinin. Çox dəyərli bir oğul idi. Mənim oğlum ali təhsilli, ali məktəbi qırmızı diplomla qurtarmış savadlı bir oğul idi. Vətənə pər-- vətənini sevən vətənpərvər oğul idi. Deyirdi ki, ana, biz generalın qisasını alacağıq, o generalın qanı yerdə qalmamalıdır. O şəhidlərin qanı yerdə qalmamalıdır. Mən bir ondan təsəlli alıram ki, oğlum şəhid olub. Neçə gün neytralda qaldı. Mən hər gecə dizlərimi yerə qoyurdum, əllərimi göyə açırdım ki, ya Rəbbim, ya Rəsul Allahım, torpaqlarımız alınsın, zəfər bizim olsun. Bilirdim ki, oğlum şəhid olubdur. Mənim oğlum kimi başqa oğullar da şəhid olubsa da, alnımız açıq, üzümüz ağdır, məğlub olmamışıq. Deyirdim ki, zəfər bizim olsun, torpaqlar özümüzə qayıtsın. Ali Baş Komandanımız İlham Əliyevin səyi, siyasəti nəticəsində, əsgərlərimizin, hərbçilərimizin, şəhidlərimizin, qazilərimizin, veteranlarımızın sayəsində torpaqlarımız alındı. Şəhidlər bizim baş tacımızdır. Başımızı ucaltdı Elnur. Mən oğlumla fəxr edirəm. Mən oğullarımın ikisi ilə də qürur duyuram. Çünki mənim oğlumun biri də veterandır, biri şəhid. Elnur yaralı olmağına baxmayaraq qayıdıb bir də döyüşə girib. Onu o döyüşdən çıxarda bilməyib döyüş yoldaşları. Deyib yox axıracan, son nəfəsimə qədər döyüşməliyəm bunlarla. Axırda da şəhid oldu. Oktyabrın 2-də şəhid oldu, noyabrın 26-da nəşi gəldi. İki körpə qızı, yoldaşı qaldı. Onlar atasız, gəlinim ərsiz, mən də oğulsuz qaldım.

Oğlum hərbidə işləyə-işləyə onu atışa gətirirdilər, iki dəfə medal alıb. Müharibədən əvvəl idi bu".

Elnur iki əkiz qız balasını gözü yaşlı qoyub canını Vətənə fəda etdi. Onun kimi qəhrəman oğullar daim yaşayacaq. Cüt balası onunla hər zaman qürur duyacaq...

İradə SARIYEVA

Gəncə-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ