çərşənbə günü, 23 sentyabr 2026
     

Vəli Baxşəliyev: “Bu yazını məndən qabaq tapıb oxuyublar, biz sadəcə onun itirilmiş yerini tapmışıq” - MÜSAHİBƏ

Image


Naxçıvanda, İlandağda 30 illik axtarışdan sonra mühüm elmi əhəmiyyətə malik olan mixi yazısı tapılıb. AMEA-nın müxbir üzvü, professor Vəli Baxşəliyevlə elm aləmində maraqla qarşılanan mixi yazısı ətrafında danışdıq.

- Məlumatlarda qeyd olundu ki, bu Urartu dövrünə aid yazı örnəyidir. Maraqlıdır, bu yazının başqa bir örnəkləri nə zamansa başqa bir ərazidə aşkarlanıb, yoxsa bu hələ ki, yeganə tapıntıdır?

- Bu yazınının başqa bir örnəyi yoxdu. Bu tip mixi yazılar daha çox Yaxın Şərq ölkələrində, indiki İraq, Türkiyə və İranda aşkar olunub. Mixi yazılar Cənubi Qafqazda indiki Ermənistan ərazisində də aşkar olunub. Azərbaycanda ilk tapıntıdır. Naxçıvanda İlandağ yazısından başqa Batabat yaylağında qaya məzar üzərində vaxtilə yazı olub, lakin indiyədək qalmayıb, dağıdılıb. Arxeoloji tədqiqatlar zamanı, Naxçıvanda Oğlanqalada üzərində mixi yazılar olan qablar da aşkar olunub. Araşdırmalar Naxçıvanda bu yazıdan istifadə olunduğunu göstərir.

- Bu tapıntı həm elmə bir töhfədir, həm də Azərbaycan tarixinin zənginliyini və qədimliyini bir daha sübut edir. Bu yolda çətinlikləriniz oldumu? Sizə kimlər kömək etdi?

- Əlbəttə bu tapıntı tariximiz üçün əhəmiyyətlidir. Lakin bu yazı 1988-ci ildə geoloq V.A.İqumnov tərəfindən qeydə alınmış, 1996-cı ildə S. Hmayakyan, V.A.İqumnov və H. H.Karagyozyan tərəfindən İtaliyada "Studi-Micenei ed Egeo-Anatoloci" jurnalında nəşr edilmişdi. Lakin koordinatları düzgün göstərilmədiyindən yeri məlum deyildi. İlandağ ətrafında dəfələrlə axtarış olmuşdu, lakin tapılmamışdı. Bu il, iyunun 1-də mən Hüseyn Cəfərov, Bəhlul İbrahimli və digər yaxın dostlarımızla birlikdə bu yazının yerini müəyyən etdik. Yazı dəniz səviyyəsindən 1630 m hündürlükdə və çətin keçilən dağlar arasında olduğundan onu tapmaq o qədər də asan olmadı. Onu ilk görüb bizə xəbər edən Hüseyn Cəfərova təşəkkür edirik.

- Mixi yazıları necə oxunur?

- Mixi yazılar mütəxəssislər tərəfindən oxunur. İranda, Türkiyədə, ABŞ-da tanıdığımız mütəxəssislər var. İlk mixi yazıları Şumerlər istifadə edib. Tədqiqatçılar Şumer və Urartu dilinin iltisaqi dillər qrupuna aid olduğunu yazmışlar. Türk dilləri də bu qrupa aiddir. Lakin Urartu dilinin hurrit və Qafqaz dillərinə aid olması ilə də bağlı fikirlər var. Urartu dilinin hind-avropalılar, o cümlədən erməni dili ilə heç bir əlaqəsi yoxdur.

Tapdığınız mətndə nə yazılıb?

- Tapdığımız mətndə belə yazılıb: "İlahi Haldinin əzəməti ilə İşpuini, Sardurinin oğlu (və) Meniua, İşpuinin oğlu Arsine şəhərinin ölkəsini zəbt etdilər. İş ölkəsini, Arsikua şəhərinin ölkəsini, Ayanianu şəhərinin ölkəsini zəbt etdilər, dağıtdılar. Pluadi ölkəsində onlar ilahi Haldiyə lövhə ucaltdılar (və) əmr verdilər: Puluadi ölkəsində ilahi Haldiyə öküz və qoyun, Haldinin arvadına inək (qurban) kəsilsin".

- Onun Urartu yazısı olduğu nədən bilinir?

- Bunun Urartu yazısı olması, Urartu hökmdarlarının xatırlanması ilə bağlıdır. Bu hökmdarlar urartuların digər yazılarında da xatırlanıb.

- Tapılan yazı təxminən hansı dövrü əhatə edib?

- Tapılan yazı e. ə. IX əsrə aiddir.

- Bildiyimiz qədər orada Etiuni konfederasiyasından danışılır ki, o Urartu dövlətinə xərac verməklə öz siyasi müstəqilliyini qoruyub saxlaya bilib...

- Urartu hökmdarı II Argistinin Naxçıvan yaxınlığında, Sisianda olan yazısında belə deyilir: "Etiuni Ülkəsinin kralı yanıma gəldi və ölkəsinin vergisini mənə verdi..." Etiuni kralından bəhs edilirsə deməli onlar müstəqilliyini saxlamışdı.

-Konfederasiya 20-21-ci əsrin dövlətçilik praktikasında olan təzahürüdür. Qədim dövrdə konfederasiya var idi? O hansı mənada işlənilir?

- Konfederasiya 20-21-ci əsrlərə aid bir termin deyil. Bu ifadələr daha əvvəlki dövrlərdə, o cümlədən qədim dövlətlərlə də bağlı işlədilib. Etiuni konfederasiyası müxtəlif tayfaların ittifaqı idi.

- Etuni ölkəsi hansı ölkədir?

- Etiuni Ölkəsi Urartu yazılarında ən çox adı çəkilən ölkələrdən biridir. Xorxor, Sarıqamış, Van, İrəvan, Sisian yazılarında Etiuni Ölkesindən bəhs edilmişdir. Urartuların Göyçə gölü hövzəsində olan yazılarında Etiunilərə aid şəhərlərin işğal edilməsindən danışılır. Tədqiqatçıların fikrinə görə Etiuni ölkəsi Arazın şimalında yerləşirdi. Bu ölkə Göyçə hövzəsi, indiki Ermənistanın əksəriyyətini, Gürcüstanın bir qismini, Qarabağ və Naxçıvanı əhatə etmişdir. Son illərin araşdırmaları ilə Xocalı-Gədəbəy mədəniyyətinin bu tayfalara aid olduğu müəyyən olunmuşdur. Bu mədəniyyət adı keçən bölgələrin hamısını əhatə etmişdir.

- Çox maraqlıdır ki, mixi yazıları nə vaxtdan oxunur?

- Mixi yazıların oxunmasına XIX əsrin əvvəllərindən cəhd edilib. Lakin bu yazıların oxunmasının açarı üç dildə Fars, Elam və Babil dilində olan Bisütun kitabəsinin oxunması ilə başlayıb. Bundan sonra mixi yazıların sirri açılıb. Mixi yazılar əlifba ilə deyil, hecaları bildirən çiv şəkilli işarələrlə yazılırdı.

- Sizin tapdığınız yazını konkret kim oxuyub, mütəxəssis varmı?

- Bu yazını məndən qabaq tapıb oxuyublar, biz sadəcə onun itirilmiş yerini tapmışıq. Bu yazını tanınmış italyan şərqşünası Mirjo Salvini oxuyub.

- Siz özünüz mixi yazısını, əlifbasını bilirsiz? - Yuxarıda qeyd etdim ki, mixi yazı əlifba deyil, hecaları bildirən işarələrdir. Bu yazılar hecalarla oxunur. Mən mixi yazı və onun əlifbası ilə yaxından tanışam. Vaxtilə bu yazıları oxumaq üçün dərs almışam. Təəssüf ki, dərslər yarımçıq qalıb və mən yazıları oxuya bilmirəm, lakin oxuyan dostlarım var.

- Bu tapıntıdan sonra Amerikada yaşayan tədqiqatçı Tariyel Azərtürk sosial şəbəkədə iddia edib ki, bu Urartu yazısı deyil. Bəziləri də onun qədim türk yazısı olduğunu və türkcə oxunduğunu da deyirlər. Bu iddia nə qədər nəzərə alına bilər?

- Bu Tariyel Azərtürkün öz işidir. Urartu dilində türk sözləri var. Ölkə adlarının da bəzisi türk tayfalarının adı ilə bağlıdır. Məsələn Kuman ölkəsi. Ancaq Tariyel Azərtürkün mixi yazıları müasir Azərbaycan dilində oxuması birmənalı qarşılanmır.

- Gördüyünüz işlər, aşkarladığınız yazı çox əhəmiyyətlidir. Bu yöndə tədqiqatlar, axtarışlar davam edəcəkmi? Arxeoloji erkspedisiyalarda təbii ki, texnoloji avadanlıqlar da arxeoloqların köməyinə yetir. Ən azindan daşüstü yazıların aşkarlanıb və oxunmasında. Bu yöndə vəziyyət necədir?

- Bu yazının əlavə tədqiqata ehtiyacı yoxdu. Mixi yazını oxuyan mütəxəssislərin hamısı artıq bu tapıntı ilə tanışdı. Əlbəttə ki, yeni abidələrin axtarışını davam etdirəcəyik.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 16:21
Vüqar Rəhimzadə: Dağ-mədən sənayesinin inkişafı Azərbaycanın iqtisadi potensialını daha da gücləndirəcək

23.09.2026 / 15:54
"Ermənistana elə çip-lər verəcəyik ki, dünyanın az ölkəsində var"- ABŞ Ermənistanda nə və kimə qarşı hazırlayır?..

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ