İstedadlı yazıçı, publisist, şair Aysel Əlizadənin Qanun nəşriyyatında işıq üzü görən “Xoşbəxtlik haqqında” kitabı həm də Antidepressantdır. Bu sadəcə bir kitab deyil,özünü qaranlıqda hiss edən insanın qaranlıqdan işığa doğru yolunun bələdçisidir. Şair-publisist Kamalə Abiyevanın redaktorluğu ilə çıxan kitab “Adam həmişə xoşbəxt ola bilməz. Xoşbəxtlik ötəridir-deyirlər. İlahi! Niyə “bədbəxtlik ötəridir”demirlər?-sualını cavablandırmağa kömək edir.
Avtobioqrafiq, psixoloji publisistika janrında olan “Xoşbəxtlik haqqında”- Antidepressant kitabının üz qabığının dizaynı rəssam-dizayner Günel Dənizə, mətn dizaynı Günay Seyidovaya məxsusdur. Korrektor Aygül Yelmarlıdır.