ABŞ və İran arasında gərginlik davam edərkən CNN diqqət çəkən bir iddia ortaya atıb. Trampla ABŞ ordusu arasında fikir ayrılığı olduğunu bildirilən xəbərdə İrana qarşı yeni bir plandan bəhs edilir. Qeyd edilir ki, ancaq Tramp son anda plandan imtina edərək geri çəkilib.
CNN ABŞ ordusunun İranda uranı ələ keçirmək üçün yerüstü əməliyyat hazırladığını, lakin Prezident Trampın əməliyyatı dayandırdığını bildirib.
Agentliyin məsələ ilə tanış olan iki mənbəyə istinadən verdiyi məlumata görə, ABŞ Silahlı Qüvvələrinin Birgə Qərargah Rəisləri Komitəsinin rəhbəri Den Keyn 19 mayda Brüsseldə keçirilən NATO toplantısından dərhalsonra ölkəyə qayıdaraq Floridadakı ABŞ Mərkəzi Komandanlığının (CENTCOM) qərargahına gedib və zənginləşdirilmiş uranı ələ keçirmək üçün İrana quru qüvvələri göndərmək planları ilə tanış olub.
Keynin daha sonra ABŞ prezidenti Donald Trampı planlaşdırılan quru əməliyyatı barədə məlumatlandırdığını deyən mənbələr, bunun İranın daha güclü qisasına səbəb ola biləcəyi, müharibənin uzanacağı və qlobal iqtisadiyyatda böhranı daha da dərinləşdirə biləcəyi barədə xəbərdarlıqlardan sonra Trampın əməliyyatı dayandırmaq qərarı verdiyini iddia edib. Mənbələrə görə, Tramp həmçinin ABŞ ordusunun itkilərinin çoxluğundan da narahatlığını dilə gətirib.
Tramp hərbi variantdan imtina etdikdən sonra İran ABŞ-ın uranı ələ keçirəcəyindən ehtimalına qarşı, nüvə obyektlərinin təhlükəsizliyini gücləndirib. Iddialara görə, İran uran ehtiyatlarının saxlandığı obyektəri bağlayıb və girişlərini minalayıb. Mənbələr həmçinin bildiriblər ki, İran rəsmiləri beynəlxalq hesablamalara görə, təxminən yarım ton silah dərəcəli uran saxlanılan obyektlərə aparan bütün tunelləri də partladıblar.
Tahir TAĞIYEV