Sovet tamaşaçıları üçün Komissar Kattaninin İtaliya mafiyasına qarşı mübarizəsindən bəhs edən "Sprut" televiziya serialı "küçələr boşalanda..." filmlərindən biri idi. İtalyan-Fransız-Alman birgə istehsalı olan "Sprut" televiziya serialı ilk dəfə 1984-cü ildə İtaliya televiziyasında yayımlandı. İlk bölümlərdən etibarən Avropada böyük populyarlıq qazanan “Sprut” iki il sonra Sovet tamaşaçılarının qəlbini fəth etsə də, “İtaliyanın mənfi imicini əks etdirdiyinə görə” İtaliya Baş naziri Silvio Berluskoni tərəfindən də tənqid edilib. Lakin serial adi izləyicilər arasında çox populyar olub. Serialın uğurlu olmasında onun baş qəhrəmanı Komissar Kattaninin xüsusi rolu olub. Öldürülmüş cinayət polisi rəisini əvəz etmək üçün Siciliyaya gələn Polis Komissarı Korrado Kattani sərt və korrupsiyaya uğramayan komissar olaraq əməliyyata başlayır, lakin Siciliya mafiyasının şiddətli müqaviməti ilə qarşılaşır… Serialda Komissar Kattani rolunu "Məşhur Romantika" filminə görə İtaliya Qızıl Qlobusu mükafatı laureatı, təcrübəli aktyor Mişel Plasido canlandırıb.