Cümə günü, 10 iyul 2026
     

Paşinyan Zəngəzur dəhlizində neft-qaz kəmərini şübhə altına aldı...

Image


Afsəddin Nəbiyev: “Nikol yanılır, Türkmənistan qazı Zəngəzuru keçməklə Avropaya çatdırılacaq”

Baş naziri Nikol Paşinyan bu gün keçirilən brifinqdə bəyan edib ki, sülhü əldə etməyin bir yolu “Tramp Marşrutu” layihəsini həyata keçirməkdir. Layihəyə mütləq dəmir yolu, avtomobil yolu və elektrik xətti daxil olacaq.

Paşinyan bildirib ki, neft və qaz boru kəmərləri sual altındadır. Onlar tərəfdaşlar üçün daha aktualdır: “Bu üç komponent artıq sülhü təşkil edir. Təsəvvür edin, biz Azərbaycandan, onlar isə Ermənistandan keçirlər. Qatarlar hərəkət edir. Bu, sülhdür”.

Paşinyan onu da qeyd edib ki, sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi üzərində işlər davam edəcək. Delimitasiyaya gəldikdə isə, proses davam edəcək: “İkitərəfli ticarət inkişaf edir. Əminəm ki, bu istiqamət artmaqda davam edəcək”.

Maraqlıdır, Paşinyan haradan əmindir ki, Zəngəzur dəhlizi ilə neft-qaz kəmərləri keçməyəcək?

Sözügedən məsələni baki-xeber.com-a şərh edən AMİP-in sədr müavini Afsəddin Nəbiyevin fikrincə, Paşinyan seçkidən dərhal sonra irəli sürdüyü “Tramp Marşrutu” təşəbbüsü ilə regionda sülh prosesinə yeni yanaşma təklif etməsi sülhün davamlı olacağının göstərici kimi qiymətləndirilməlidir: “Layihə dəmir yollarının, avtomobil magistrallarının və elektrik xətlərinin qurulmasını nəzərdə tutur. Paşinyanın fikrincə, məhz bu infrastruktur layihələri region ölkələri arasında əməkdaşlığı gücləndirərək sülhün praktiki əsaslarını yarada bilər. Baş nazirin “qatarlar hərəkət edir, bu sülhdür” fikri onun seçkiqabağı verdiyi vədlərə sadiq qaldığını göstərir. Bu yanaşma Ermənistan və Azərbaycan arasında etimadın artmasına, sərhəd bölgələrində yaşayan insanların gündəlik həyatında müsbət dəyişikliklərin baş verməsinə şərait yarada bilər. Paşinyan sülh müqaviləsinin imzalanması və təsdiqlənməsi istiqamətində işlərin davam etdirildiyini də bildirib. Bu, seçkidən sonra da dialoq və əməkdaşlıq xəttinin qorunacağını göstərən mühüm siqnaldır. Prosesə mane olmağa çalışan qüvvələrin, xüsusilə də parlamentdə təmsil olunan Rusiyameyilli siyasi dairələrin mövcudluğuna baxmayaraq, Ermənistan rəhbərliyinin bu çətinlikləri aşmaq imkanına malik olduğu görünür. Sərhədlərin delimitasiyası istiqamətində aparılan işlər də regionda sabitliyin möhkəmləndirilməsi baxımından əhəmiyyət daşıyır. Sərhədlərin hüquqi əsaslarla müəyyənləşdirilməsi gələcək mübahisələrin qarşısının alınmasına xidmət edə bilər. İqtisadi əməkdaşlıq da Paşinyanın diqqət yetirdiyi əsas məsələlərdən biridir. İkitərəfli ticarətin inkişafı, nəqliyyat əlaqələrinin bərpası və enerji əməkdaşlığının genişlənməsi regionda sülhün iqtisadi dayaqlarını gücləndirə bilər. İnfrastruktur layihələrinin həyata keçirilməsi yeni ticarət yollarının açılmasına, enerji mübadiləsinin asanlaşmasına və regionun daha geniş iqtisadi şəbəkələrə inteqrasiyasına imkan verəcək”.

A.Nəbiyev hesab edir ki, Paşinyanın neft-qaz kəmərləri ilə bağlı dəyərləndirməsi yanlışdır: “On il əvvəl indiki reallıqların formalaşacağını heç təsəvvür belə etmək mümkün deyildi. Ancaq bu, baş verdi. Azərbaycan ərazi bütövlüyünü təmin etməklə yeni reallıqlar yaratdı. Azərbaycandan İtaliyaya qədər qaz kəməri uzanır. O baxımdan Zəngəzur dəhlizindən nəqliyyat xətləri ilə yanaşı, qaz kəmərləri də keçəcək. Əminəm ki, Türkmənistan qazı Zəngəzuru keçməklə Avropaya çatdırılacaq. Bu, xoş xəyal deyil, reallıqdır. Bununla yanaşı, əsas məsələlərdən biri Ermənistanın Rusiya ilə Qərb arasında balans siyasətini necə qoruyacağıdır. İrəvanın Qərbə inteqrasiya istiqamətində atdığı addımlar Moskva tərəfindən diqqətlə izlənilir. Əgər Paşinyan bu tarazlığı saxlaya bilsə, regionda yeni əməkdaşlıq imkanları yarana bilər. Əks halda, geosiyasi rəqabət sülh prosesinə mənfi təsir göstərə bilər.

Ümumilikdə, Paşinyanın son açıqlamaları onun regionda sülhün möhkəmləndirilməsi istiqamətində siyasi iradə nümayiş etdirdiyini göstərir. İnfrastruktur layihələrinin həyata keçirilməsi, ticarətin genişlənməsi və diplomatik səylərin davam etdirilməsi uzunmüddətli sabitliyin əsas şərtlərindən biri hesab oluna bilər. Bu proses həm Ermənistan, həm də Azərbaycan üçün yeni əməkdaşlıq imkanları yarada və Cənubi Qafqazın geosiyasi mənzərəsində mühüm dəyişikliklərə səbəb ola bilər”.

Vidadi ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

SON XƏBƏRLƏR

10.07.2026 / 07:22
İran ABŞ-ı ikinci mərhələ cavab zərbələri ilə hədələdi

10.07.2026 / 07:12
İranın enerji strukturu yenidən hədəfdə - gecə partlayışlar baş verib

10.07.2026 / 06:32
İran Trampa qarşı sui-qəsd planlaşdırır(?) - WSJ…

10.07.2026 / 06:11
Zaxarova Londonun Zelenskini həbs etməməsindən təəccüblənib…

10.07.2026 / 05:56
Tehrandakı Britaniya səfiri İran XİN-ə çağırıldı

10.07.2026 / 05:48
Tramp Netanyahu ilə bölgədəki vəziyyəti müzakirə etdi

10.07.2026 / 05:38
İİKK generalı raketlə vuruldu

09.07.2026 / 22:51
Separatçı qüvvələrin ortaya atdığı “Bakılılar günü”, “Bakılılar milləti” - “Azərbaycançılıq” ideologiyasına qarşı təxribat

09.07.2026 / 22:18
“Qərbi Azərbaycanın sakral coğrafiyası” silsiləsindən - Göyçə gölündən Araz çayınadək uzanan vadi: Türk-Müsəlman Ruhani və İrfan yurdları…

09.07.2026 / 21:52
İrandan Trampa “İrəvan mesajı” - sülh olmasa, TRIPP marşrutuna dözmərik...

09.07.2026 / 21:30
Ankara zirvəsində 2 əsas yekun - ABŞ-Avropa konsensusu, hamı Rusiyaya qarşı...

09.07.2026 / 21:06
Zirvədən sonra “daha güclü NATO” yarandımı? - Mübahisə var...

09.07.2026 / 20:40
Daxili İşlər Nazirliyi ilk 6 aya yekun vurdu... Cinayətlərin açılma faizi xeyli yüksəlib...

09.07.2026 / 20:27
Azərbaycanın "JF-17 Thunder" qırıcıları Ermənistanı qorxuya saldı...

09.07.2026 / 20:12
Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

09.07.2026 / 19:55
Tramp İranı birbaşa NATO zirvəsindən vurdu - mesajlar nədir?...

09.07.2026 / 19:38
Vətəndaşın məmurlarla birbaşa ünsiyyətində sıfır hədd - rəqəmsallaşma dövrünün hədəfi...

09.07.2026 / 19:21
Çexlər separatçı cani Vardanyana görə əfsanəvi Vatslav Haveli hörmətdən saldılar...

09.07.2026 / 19:08
Vüsal Tahirov haqqında deyilənlərdən...

09.07.2026 / 19:05
Azərbaycana diri heyvan idxal edən iri şirkətlər əsas məlumatları "gizli" saxlayır...

09.07.2026 / 18:51
Çin və ABŞ-ın mübarizə apardığı Gürcüstan limanında Azərbaycan həlledici söz sahibinə çevrilir...

09.07.2026 / 18:37
TRIPP-ə İran təhdidi böyüyür, Qafqaz savaşa cəlb edilə bilər...

09.07.2026 / 18:22
Azərbaycanlı miqrantların Rusiyada işi çətinləşir, pul köçürmələri kəskin azalır...

09.07.2026 / 18:10
İran İordaniyadakı ABŞ bazasını vurdu...

09.07.2026 / 17:56
Britaniya “Zəngəzur” tankerini sanksiya siyahısından çıxardı

09.07.2026 / 17:53
“İki sahil” qəzeti 35 yaşını qeyd edir

09.07.2026 / 17:51
Vatikanla humanitar və mədəni əməkdaşlığın perspektivləri müzakirə olunub

09.07.2026 / 17:39
Nəsimidə ər arvadını güllələdi

09.07.2026 / 17:28
ABŞ İranın Çin və Rusiya ilə əsas ticarət yolunu bombaladı...

09.07.2026 / 17:17
"Sözün hekayəsi": növbəti Vaqif Poeziya Günləri keçiriləcək

09.07.2026 / 17:04
Süni intellekt üçün internet Bakcelldən

09.07.2026 / 16:52
NATO zirvəsində Türkiyədən Rusiyanın xoşuna gəlməyəcək bəyanat...

09.07.2026 / 16:42
İranın Buşehr əyalətində partlayış səsləri eşidildi...

09.07.2026 / 16:34
"Süni intellekt sahəsindəki Fəaliyyət Planı "suveren süni intellekt" konsepsiyası üzərində qurulub" - Ramid Namazov

09.07.2026 / 16:23
Azərbaycan ilə Gürcüstan arasında mədəni əməkdaşlıq məsələləri müzakirə olunub

09.07.2026 / 16:15
Prezident Azərbaycandan Gürcüstana elektrik enerjisinin təchizatı və tranziti barədə sazişi təsdiqlədi

09.07.2026 / 16:12
Tankçı Valehin igidlik və şəhidlik hekayəsi - Atası Saleh kişi arzusunu yerinə yetirdi...

09.07.2026 / 15:56
"2028-ci ilin sonunadək Azərbaycan dili üzrə Böyük Dil Modelləri yaradılacaq" - Komissiya sədri

09.07.2026 / 15:41
Ölümə meydan oxuyan igid - Şəhriyar Mirişli

09.07.2026 / 15:22
Satışda olan bu meyvə şirələrində rəngləyici aşkarlandı...

09.07.2026 / 14:39
NATO Ankarada Trampa “buynuz göstərdi”...

09.07.2026 / 14:26
Zəlimxan Yaqubun ata yurdunda ev-muzeyi yaradılır

09.07.2026 / 14:17
Əməkdar jurnalist Faiq Qismətoğlunun yubiliyi Aşıqlar Birliyində qeyd olunub

09.07.2026 / 14:10
Rusiya Ukrayna dronlarına qarşı əməliyyat zamanı öz helikopterini vurdu...

09.07.2026 / 13:53
Paşinyan Rusiya ilə anlaşdı – “təfərrüatları paylaşmayacağam”...

09.07.2026 / 13:44
Elm, Dövlətçilik, Humanizm və Sadəliyin Vəhdəti - Cavanşir Feyziyev

09.07.2026 / 13:32
Rusiya ərzaq böhranı ərəfəsində - dizel böhranı kənd təsərrüfatı sektorunu da vurdu...

09.07.2026 / 13:04
Paşinyan yeni konstitusiya layihəsinin ilin sonunadək dərc olunacağını vəd etdi

09.07.2026 / 12:51
Rusiyanın Omsk neft zavodu Qazaxıstan ərazisindən vurulub? – Astanadan açıqlama...

09.07.2026 / 12:24
Polis Sabunçuda əməliyyatlar keçirdi - 4 nəfər saxlandı...

09.07.2026 / 12:10
Pezeşkian və Əraqçı İraqda hücuma məruz qaldı - VİDEO

09.07.2026 / 11:47
Ukrayna Tver və Stavropolda neft anbarlarını, Azovda iki tankeri vurdu...

09.07.2026 / 11:31
İran ABŞ-ın hücumları nəticəsində 14 nəfərin öldüyünü açıqladı...

09.07.2026 / 11:19
Tramp İrandan yeni mesaj aldıqlarını iddia etdi - razılaşma istəyirlər...

09.07.2026 / 11:07
İran Qətərdə ilk xəbərdarlıq mərkəzini, Bəhreyndə yanacaq anbarını vurdu

09.07.2026 / 10:53
DÇ-2026: Bu gecə 1/4 final mərhələsinə start verilir...

09.07.2026 / 10:41
Sabirabadda çətənə kolları yetişdirən şəxs saxlandı

09.07.2026 / 10:27
"Ermənistan Konstitusiyasındakı ərazi iddiaları aradan çıxarıldıqdan sonra sülh sazişi imzalana bilər" - Nazir

09.07.2026 / 10:21
Ceyhun Bayramov: "Delimitasiya prosesi çərçivəsində eksklav kəndlər məsələsi də həllini tapacaq"

09.07.2026 / 10:08
Natiz TRIPP-lə bağlı yaxın vaxtlarda yeni xəbərlərin olacağını açıqladı...

09.07.2026 / 09:46
Lənkəran və Yevlaxda əməliyyat - 76 kq narkotik dövriyyədən çıxarıldı - VİDEO

09.07.2026 / 09:18
ABŞ İranda 90 hədəfi vurduğunu açıqladı...

09.07.2026 / 08:47
İran ABŞ-ın Küveyt və Bəhreyndəki bazalarını vurdu

08.07.2026 / 22:51
Azərbaycan Ukraynaya təhlükəsizlik sektorunda da dəstək verir - Zelenskidən ilginc açıqlama...

08.07.2026 / 22:24
Özbəkistan Türk dünyasına birləşmək üçün əlifbasına "əl gəzdirir"

08.07.2026 / 22:18
QDF “Qarabağın Rəngləri” (2026) layihəsində iştirak edən gənc rəssamları mükafatlandırdı

08.07.2026 / 22:07
Kapadokiyada atçılıq irsi “II Kapadokiya At və Atçılıq Mədəniyyəti Festivalı” ilə qeyd olundu

08.07.2026 / 21:50
Tramp Kiyevə Patriot istehsalı üçün lisenziya vəd etdi

08.07.2026 / 21:45
ABŞ-la imzalanmış sənəd rəqəmsal inkişafımızda xüsusi təsirli rol oynayacaq...

08.07.2026 / 21:21
Ərdoğan raketlərdən imtina etməsə, Tramp F-35-i verməyəcək...

08.07.2026 / 21:04
20 dünya nəhənginin Zirvəsinə dəvət edilmiş bir neçə ölkədən biri olduq...

08.07.2026 / 20:45
Beyləqanda 17 ana qoyun zəhərlənərək tələf olub - Dövlət qurumlarının operativ reaksiyası necə olmalıdır?

08.07.2026 / 20:31
Tramp Ankarada elə bir bəyanat verdi ki, 907- ni ləğv etməsə...

08.07.2026 / 20:16
NATO-nun Ankara Zirvəsinin yekun Bəyannaməsi açıqlandı - Rusiya "uzunmüddətli təhdid" elan edildi...

08.07.2026 / 20:03
Tramp Zelenskiyə "Patriot" verəcəyini və Putinlə danışacağını açıqladı

08.07.2026 / 19:41
Müdrik və uzaqgörən siyasət, milli maraqların müdafiəsi – ŞƏRH

08.07.2026 / 19:03
Natenyahu Türkiyə məsələsində də Trampı yoldan çıxarmağa çalışır - F35 olmasa...

08.07.2026 / 18:44
Tramp İrana yeni hücum dalğasının anonsunu verdi - Xark adasını ələ keçirəcəyik...

08.07.2026 / 18:31
“Any Unboxing” dələduzluq piramidası ifşa edildi - 300-dən çox zərərçəkmiş... - VİDEO

08.07.2026 / 18:20
Zərbələrdən sonra Tramp İranı tənqid etdi: "Xəstə insanlardan nifrət edirəm"

08.07.2026 / 18:08
Balakəndə sel səbəbindən çayda köməksiz qalan şəxs xilas edildi - VİDEO

Diasporumuza Rusiyada problemlər yaradılandan sonra Avropa, Amerika istiqamətində fəallıq başladı...

XƏBƏR ARXİVİ