çərşənbə günü, 23 sentyabr 2026
     

Merts qəti şərt qoydu - Ukraynada sülh yalnız bu formatda mümkündür, başqa heç cür...

Image


Sədrəddin Soltan: "Ukrayna məsələsində Rusiyanın, ABŞ və Aİ-nin özəl və fərqli maraqları var"

Almaniya kansleri Fridrix Mertz Bundestaqda çıxışı zamanı Almaniyanın Ukraynaya dəstəyini davam etdirəcəyini və ölkənin uzunmüddətli perspektivdə Avropa İttifaqına üzv olacağına inandığını bildirib.

Mertz vurğulayıb ki, Rusiya-Ukrayna müharibəsində davamlı və ədalətli sülh yalnız Ukrayna, Rusiya, ABŞ və Avropanın iştirakı ilə aparılacaq danışıqlar yolu ilə əldə oluna bilər. O qeyd edib ki, Almaniya Ukraynanı lazım olduğu müddətdə dəstəkləməyə davam edəcək.

Mertzin sülh danışıqlarında Ukrayna, Rusiya, ABŞ və Avropanın birlikdə iştirak etməli olduğu barədə fikri nə qədər praktikdir?

Fridrix Mertzin sülh danışıqlarında Ukrayna, Rusiya, ABŞ və Avropanın birlikdə iştirak etməli olduğu barədə fikri mövcud geosiyasi reallıqları nəzərə aldıqda kifayət qədər praktik görünür. Çünki müharibənin tərəfi yalnız Ukrayna və Rusiya deyil. ABŞ və Avropa ölkələri də Kiyevə hərbi, maliyyə və siyasi dəstək göstərən əsas aktorlardır və münaqişənin nəticələri birbaşa olaraq Avropanın təhlükəsizlik arxitekturasına təsir edir.

Son illərin təcrübəsi göstərib ki, tərəflərdən hər hansı birinin kənarda qaldığı formatlar davamlı nəticə vermir. Məsələn, yalnız Rusiya və Ukrayna arasında aparılan danışıqlar müharibəni dayandırmağa kifayət etməyib. Eyni zamanda, ABŞ və ya digər vasitəçilərin ayrı-ayrı təşəbbüsləri də tərəflərin maraqlarını tam uzlaşdırmadığı üçün uğursuz olub.

Bununla yanaşı, belə bir formatın həyata keçirilməsi asan deyil. Tərəflərin məqsəd və maraqları bir-birindən ciddi şəkildə fərqlənir. Ukrayna ərazi bütövlüyünü bərpa etmək istəyir, Rusiya öz təhlükəsizlik və geosiyasi maraqlarını önə çəkir, ABŞ və Avropa isə həm Ukraynanın təhlükəsizliyini, həm də Avropada sabitliyi təmin etməyə çalışır. Bu səbəbdən dörd tərəfin eyni masa arxasında razılığa gəlməsi uzun və mürəkkəb proses tələb edir.

Buna baxmayaraq, davamlı və genişmiqyaslı sülh üçün bütün əsas iştirakçıların danışıqlarda təmsil olunması zəruridir. Əks halda əldə ediləcək istənilən razılaşmanın uzunömürlü olması və tam şəkildə icra edilməsi çətin görünür. Buna görə də Mertzin təklif etdiyi format nəzəri baxımdan ən realist variantlardan biri sayıla bilər.

Orta Doğu Araşdırmaları Mərkəzinin rəhbəri, siyasi şərhçi Sədrəddin Soltanın fikrincə, Rusiya-Ukrayna müharibəsinin əsas səbəblərindən biri Kiyevin Qərb strukturlarına inteqrasiya kursu olub. Ekspert hesab edir ki, tərəflərin fərqli maraqları nəzərə alınmadan aparılan sülh danışıqları uğur qazana bilməz.

İranın ən qatı düşməni sərhədinə çatdı - Ermənistandan ağır ...

Siyasi şərhçi Sədrəddin Soltan “Bakı-Xəbər” qəzetinə açıqlamasında bildirib ki, Rusiyanın Ukraynaya qarşı hərbi müdaxiləsinin əsas səbəbi Kiyevin Avropa İttifaqı, NATO və ABŞ-la yaxınlaşmaq istəyi olub.

Onun sözlərinə görə, Ukraynanın Qərb blokuna inteqrasiya niyyəti Moskva tərəfindən Rusiyanın beynəlxalq nüfuzuna və geosiyasi maraqlarına təhdid kimi qiymətləndirilib. Kreml Ukraynanın öz təsir dairəsindən uzaqlaşmasını Rusiyanın mövqelərinin zəifləməsi kimi qəbul edir və bunun nəticəsində təhlükələrin artacağını düşünür.

Sədrəddin Soltan qeyd edib ki, Ukrayna məsələsində Rusiya, ABŞ və Avropa İttifaqının bir-birindən fərqli maraqları mövcuddur. Bu səbəbdən həmin maraqları nəzərə almayan hər hansı sülh təşəbbüsü və ya danışıqlar prosesinin uğur qazanması çətin görünür.

Ekspert ötən illərin təcrübəsinin də bunu göstərdiyini vurğulayıb. Onun fikrincə, Rusiya və Ukrayna arasında keçirilən İstanbul danışıqları, eləcə də ABŞ-ın məsələni Rusiya ilə ikitərəfli formatda həll etmək cəhdləri müharibənin dayandırılmasına gətirib çıxarmayıb. İstanbul görüşləri əsasən humanitar məsələlərin, o cümlədən Ukrayna taxılının Avropa bazarlarına çıxarılmasının təmin olunmasına və humanitar böhranın yumşaldılmasına xidmət edib.

Sədrəddin Soltan Almaniya kansleri Fridrix Mertsin sülh danışıqlarında dörd tərəfin birlikdə iştirakının vacibliyi barədə mövqeyini dəstəkləyərək bildirib ki, bu yanaşma mövcud reallıqlara daha uyğundur. Onun qənaətincə, ilk mərhələdə ABŞ və Avropa İttifaqı Ukrayna məsələsində ortaq mövqe formalaşdırmalı, daha sonra bu mövqe Ukrayna ilə razılaşdırılmalı və bundan sonra Rusiyanın təklifləri nəzərdən keçirilməlidir.

Politoloq hesab edir ki, tərəflərdən hər hansı birinin maraqlarını nəzərə almayan təkliflərin qəbul edilməsi mümkün deyil və belə olan halda danışıqlar prosesinin nəticə verməsi çətinləşəcək.

Akif NƏSİRLİ



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

22.09.2026 / 13:15
Qafqaz Albaniyasının möhür və damğaları

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ