çərşənbə günü, 23 sentyabr 2026
     

Tramp İranı bombalamağı növbəti dəfə təxirə saldı... Neçə dəfə olar?!

Image


Qulamhüseyn Əlibəyli: “Trampın son təhdid xarakterli bəyanatları ilk növbədə geosiyasi təzyiq vasitəsidir”

Bu gecə İranı çox sərt şəkildə vuracağıq. Bu barədə ABŞ Prezidenti Donald Tramp “Truth Social” hesabında yazıb. Tramp bildirib ki, ABŞ bu gecə Hərbi Dəniz Qüvvələri, Hərbi Hava Qüvvələri, Hava Hücumundan Müdafiə qüvvələri, radarları və digər bütün növ müdafiə və əksər hücum qabiliyyəti məhv olmuş İrana hücum edəcək.

O qeyd edib ki, ABŞ çox da uzaq olmayan gələcəkdə Xarq adasını və digər neft infrastrukturu olan nöqtələri ələ keçirəcək, eləcə də İranın neft-qaz bazarını tamamilə nəzarət altına alacaq: “Eynilə Venesuelada olduğu kimi. Hansı ki, həm Venesuela, həm də ABŞ üçün əladır”.

Buna baxmayaraq, bir neçə saatdan sonra Tramp növbəti dəfə İranı bombalamağı təxirə saldı. Nə baş verir? Axı həmin Tramp fevralda İranla müharibə başlayandan bəri düz 37 dəfə bəyan edib ki, İranla sülhə çox yaxınıq. Nə oldu bəs?

Sözügedən məsələ ilə bağlı fikirlərini baki-xeber.com-la bölüşən sabiq millət vəkili, hüquqşünas Qulamhüseyn Əlibəyli hesab edir ki, uzun illərdir Yaxın Şərq regionunda geosiyasi gəlişmələrin ən mürəkkəb və həssas istiqamətlərindən biri ABŞ ilə İran arasında münasibətlər olaraq qalır: “Son dövrdə ABŞ Prezidenti Donald Tramp tərəfindən İran ünvanına səsləndirilən sərt bəyanatlar və təhdid xarakterli açıqlamalar, qarşılıqlı olaraq İran rəsmilərinin eyni məzmunlu açıqlamaları beynəlxalq ictimaiyyətin diqqətini yenidən bu münasibətlərə yönəldib. Xüsusən də, Trampın ən son olaraq ifadə etdiyi fikirlər - ABŞ Hərbi Dəniz, Hərbi Hava və Hava Hücumundan Müdafiə qüvvələrinin İrana hücum edəcəyi, çox da uzaq olmayan gələcəkdə Xarq adasını və digər neft infrastrukturu olan nöqtələri ələ keçirəcəyi, və Venesuelada olduğu kimi İranın neft-qaz bazarını tamamilə nəzarət altına alacağı barədəki açıqlamaları zahirən bu 2 dövlət arasında müharibənin yenidən şiddətlənəcəyi təəssüratını yaradır. ABŞ prezidentinin bu son açıqlaması onun bir müddət əvvəl dəfələrlə söylədiyi İranla sülhə çox yaxın olmaq barədəki fikirləri ilə ziddiyyət təşkil edir. Bu ziddiyyətli açıqlamalar bir neçə səbəbdən ola bilər. Hər şeydən əvvəl nəzərə almaq lazımdır ki, Trampın eyni bir məsələyə dair tez-tez müxtəlif, bir-birini inkar edən ziddiyyətli fikirlər söyləməsi adi hal alıb. İranla bağlı olan məsələlərdə biz bunun dəfələrlə şahidi olmuşuq. Tramp dəfələrlə axşam İrana “bu gecə hücum ediləcəyi, İranın darmadağın ediləcəyi” barədə sərt fikirlər səsləndirib, səhər isə sakit bir tərzdə İranla sülh danışıqlarının davam etməsi, tərəflərin sülhə daha da yaxın olmaları barədə açıqlamalar verib. Artıq demək olar ki, hamı buna alışıb. Ona görə də Trampın son açıqlaması da novbəti hədə-qorxu, psixoloji təzyiq kimi qiymətləndirilə bilər. Çox keçmədən məlum oldu ki, bu, belədir”.

Daha sonra Q. Əlibəyli bunları qeyd etdi: “Mahiyyət etibarilə Trampın son sərt açıqlamaları Pakistanın vasitəçiliyi ilə keçirilən ABŞ-İran danışıqlarında ciddi irəliləyişin olmadığının, tərəflər arasında qarşılıqlı etimadsızlığın hələ də qalmaqda davam etdiyinin və regional təhlükəsizlik baxımından ciddi risklər mövcud olmasının göstəricisi kimi də qəbul edilə bilər. ABŞ rəsmən dəfələrlə bəyan edib ki, onun narahatlıqları daha çox İranın nüvə proqramı, regional təsir imkanları və təhlükəsizlik siyasəti ilə bağlıdır. ABŞ hesab edir ki, İranın nüvə potensialının genişlənməsi yalnız Yaxın Şərq üçün deyil, bütövlükdə beynəlxalq təhlükəsizlik sistemi üçün əlavə təhdidlər yarada bilər. Bu baxımdan ABŞ administrasiyası Tehran üzərində siyasi, iqtisadi və diplomatik təzyiq vasitələrindən istifadə etməyə çalışır. Lakin Trampın son aşıqlamasında bir maraqlı detal var ki, bu barədə dəfələrlə fikirlər səsləndirilib. Bu da İranın neft ehtiyatları ilə əlaqəli məsələdir. Tramp bilərəkdən və ya bilməyərəkdən İrana növbəti hücumun əsil səbəblərini açıqlayıb: İranın neft infrastrukturu olan nöqtələri ələ keçirmək və Venesuelada olduğu kimi İranın neft-qaz bazarını tamamilə nəzarət altına almaq; Tramp İranla müharibənin ilk günlərində də oxşar fikirlər söyləyib. Mövcud şəraitdə ABŞ prezidentinin hədələrinin əsas məqsədinin birbaşa hərbi əməliyyatlardan daha çox siyasi və diplomatik təzyiq yaratmaq olduğu qənaətinə gəlmək mümkündür. ABŞ rəhbərliyi sərt bəyanatlar vasitəsilə İranı danışıqlar masasında daha çevik mövqe tutaraq ölkənin neft bazarına şərik olmağa razı salmağa çalışır. Belə müxtəlif formalarda təzyiq və danışıqların paralel aparılması müasir beynəlxalq münasibətlər sistemində tez-tez istifadə olunan taktikadır. Ümumiyyətlə, ABŞ və İran arasında genişmiqyaslı müharibənin baş verməsi hazırkı mərhələdə hər iki ölkənin maraqlarına uyğun görünmür. ABŞ üçün yeni genişmiqyaslı regional müharibə ciddi maliyyə və siyasi problemlər yarada, payızda keçirilməsi nəzərdə tutulan Konqresə aralıq seçkilərdə respublikaçıların mandat itkisinə gətirib çıxara bilər. Həm də nəzərə almaq lazımdır ki, Konqres bu yaxınlarda Trampın hərbi səlahiyyıətlərini daha da məhdudlaşdırıb və Konqreslə münaqişəyə girmək Tramp administrasiyasına sərfəli deyil. Bu baxımdan Trampın son təhdid xarakterli bəyanatlarını ilk növbədə geosiyasi təzyiq vasitəsi hesab etmək daha düzgün olardı. Məhz buna görə də sərt bəyanatların fonunda diplomatik təmasların və vasitəçilik təşəbbüslərinin davam etməsi ehtimalı daha yüksəkdir”.

Vidado ORDAHALLI



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

22.09.2026 / 13:15
Qafqaz Albaniyasının möhür və damğaları

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ