Cümə günü, 06 noyabr 2026
     

1992-93-cü illərdəki "dövlət səriştəsizliyinə" son qoyulmasaydı...

Image


Bu gün müasir Azərbaycanı dünya miqyasında xarakterizə edən mühüm cəhətlərdən biri ölkədə dinamik inkişafın olmasıdır. Azərbaycan xalqının müasir tarixi ümummilli lider Heydər Əliyevin adı və fəaliyyəti ilə sıx bağlıdır. Hər il iyunun 15-də qeyd olunan Milli Qurtuluş Günü xalqımızın taleyində dönüş nöqtəsi kimi dəyərləndirilir. Bu tarix təkcə siyasi hakimiyyət dəyişikliyi deyil, həm də dövlətçiliyimizin məhv olmaq təhlükəsindən xilas edilməsi, Azərbaycanın sabitlik, inkişaf və tərəqqi yoluna çıxarılması ilə səciyyələnir.

Heydər Əliyevin Azərbaycan qarşısındakı xidmətləri hələ sovet dövründə, xüsusilə 1969–1982-ci illərdə respublikaya rəhbərlik etdiyi zaman özünü aydın şəkildə göstərib. Həmin dövrdə Azərbaycan iqtisadi, sənaye, kənd təsərrüfatı, elm, təhsil və mədəniyyət sahələrində böyük nailiyyətlər əldə etdi. Ölkənin müxtəlif bölgələrində yeni sənaye müəssisələri yaradıldı, minlərlə insan işlə təmin olundu, milli kadr hazırlığına xüsusi diqqət yetirildi. Azərbaycandan yüzlərlə gəncin keçmiş SSRİ-nin nüfuzlu ali məktəblərinə göndərilməsi gələcək müstəqil dövlətimizin idarəçiliyi üçün peşəkar kadr bazasının formalaşmasına xidmət etdi. 1980-ci illərin sonlarında SSRİ-nin süqutu fonunda ölkədə mürəkkəb ictimai-siyasi proseslər baş verdi. Ermənistanın Azərbaycana qarşı ərazi iddiaları, Qarabağ münaqişəsinin başlanması və mərkəzi hakimiyyətin zəifləməsi ölkədə vəziyyəti daha da ağırlaşdırdı. Müstəqilliyin ilk illərində isə Azərbaycan ciddi siyasi böhran, iqtisadi tənəzzül və hərbi uğursuzluqlarla üzləşdi. 1992–1993-cü illərdə hakimiyyətdə olan AXC-Müsavat iqtidarı ölkəni dərin xaosa sürüklədi. Dövlət idarəçiliyində səriştəsizlik, ordu quruculuğunda ciddi nöqsanlar, daxili çəkişmələr və siyasi avantüralar Azərbaycanın müstəqilliyini təhlükə altına qoymuşdu. Həmin dövrdə torpaqlarımızın işğalı davam edir, ölkədə separatçılıq meyilləri güclənir, müxtəlif silahlı qruplar dövlət hakimiyyətinə meydan oxuyurdu. Gəncə hadisələri və vətəndaş qarşıdurması təhlükəsi dövlətçiliyin tamamilə süquta uğraması riskini yaratdı. Belə bir mürəkkəb şəraitdə xalqın təkidli tələbi ilə Heydər Əliyevin hakimiyyətə qayıdışı tarixi zərurətə çevrildi. 1993-cü il iyunun 15-də onun Azərbaycan Ali Sovetinin sədri seçilməsi ölkəmizin xilası yolunda mühüm dönüş nöqtəsi oldu. Bu tarix sonradan Milli Qurtuluş Günü kimi tariximizə daxil oldu.

Heydər Əliyevin rəhbərliyi ilə ölkədə ictimai-siyasi sabitlik təmin edildi, dövlət institutları möhkəmləndirildi, qanunsuz silahlı birləşmələr zərərsizləşdirildi və separatçılıq meyillərinin qarşısı qətiyyətlə alındı. Azərbaycanın beynəlxalq mövqeləri gücləndirildi, xarici siyasətdə balanslaşdırılmış kurs həyata keçirildi. 1994-cü ildə imzalanmış “Əsrin müqaviləsi” ölkənin iqtisadi inkişafında yeni mərhələnin əsasını qoydu. Bu müqavilə Azərbaycanı dünyanın enerji xəritəsində mühüm mövqeyə çıxardı və gələcək iqtisadi yüksəliş üçün möhkəm zəmin yaratdı. 1995-ci ildə ilk milli Konstitusiyanın qəbul olunması hüquqi dövlət quruculuğunun əsasını qoydu. Demokratik institutların formalaşdırılması, bazar iqtisadiyyatına keçid, sahibkarlığın inkişafı və beynəlxalq təşkilatlarla əməkdaşlığın genişləndirilməsi nəticəsində Azərbaycan sabit inkişaf yoluna qədəm qoydu. Ümummilli lider Heydər Əliyevin müəyyən etdiyi inkişaf strategiyası bu gün də uğurla davam etdirilir. Prezident İlham Əliyevin rəhbərliyi ilə Azərbaycan regionun ən güclü dövlətlərindən birinə çevrilməklə, iqtisadi və hərbi potensialını əhəmiyyətli dərəcədə artırıb. Son iyirmi ildən artıq müddətdə həyata keçirilən məqsədyönlü siyasət nəticəsində ölkəmizin beynəlxalq nüfuzu yüksəlib, enerji və nəqliyyat layihələri vasitəsilə Azərbaycan qlobal əhəmiyyətli tərəfdaşa çevrilib. 2020-ci ildə baş vermiş 44 günlük Vətən müharibəsində əldə olunan tarixi Zəfər Azərbaycan xalqının milli iradəsinin, dövlətimizin gücünün və Ali Baş Komandan İlham Əliyevin qətiyyətli rəhbərliyinin parlaq təzahürü oldu. Ermənistanın uzun illər işğal altında saxladığı torpaqlarımız azad edildi, Azərbaycanın ərazi bütövlüyü böyük ölçüdə bərpa olundu. 2023-cü ildə həyata keçirilən lokal xarakterli antiterror tədbirləri nəticəsində isə ölkəmizin bütün ərazisində dövlət suverenliyi tam təmin edildi. Bu möhtəşəm nəticələr təsadüfi deyil. Onlar Heydər Əliyev tərəfindən müəyyən edilmiş dövlətçilik konsepsiyasının, güclü ordu quruculuğunun, milli maraqlara əsaslanan siyasətin və xalq-hakimiyyət birliyinin məntiqi davamıdır. İlham Əliyev Ulu Öndərin siyasi kursunu müasir dövrün tələblərinə uyğun şəkildə uğurla inkişaf etdirərək Azərbaycanı yeni zirvələrə yüksəldib. Bu gün müstəqil, suveren və qüdrətli Azərbaycan Heydər Əliyev ideyalarının təntənəsini yaşayır. Milli Qurtuluş Günü təkcə keçmişə ehtiram deyil, həm də gələcəyə inamın ifadəsidir. Azərbaycanın qazandığı bütün uğurlar göstərir ki, Ulu Öndərin müəyyən etdiyi yol ölkəmizin inkişafının, sabitliyinin və tərəqqisinin əsas təminatıdır. Milli Qurtuluşdan başlanan yol bu gün Zəfərlə, suverenliyin tam bərpası ilə və güclü Azərbaycan reallığı ilə davam edir.

Tahir TAĞIYEV



VİDEO

Aydın Quliyev Mətbuat Şurasında seçkilərə qatılmamasının səbəblərini qurultayda açdı... - VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

SON XƏBƏRLƏR

06.11.2026 / 06:57
Rza Pəhləvi Avropanı iran rejimini tam məhv etməyə çağırdı - “Yaralı heyvanı sağ qoymaq olarmı?”

06.11.2026 / 06:52
Fransa “dağılır” - etirazlar yenidən ölkəni bürüdü

05.11.2026 / 23:44
ABŞ-ın Hindistandakı səfiri Qor Rubionu dövlət katibi vəzifəsində əvəzləyə bilər...

05.11.2026 / 23:15
Azıx mağarası: Erməni saxtakarlıqları və tarixi həqiqətlər

05.11.2026 / 22:41
Vətən eşqi, Sadiq Hüseynov üçün vəslinə yetə bildiyi bir “təlatüm” idi

05.11.2026 / 22:23
Tarixçi - alim və pedaqoq Naibə Əhmədovanın elmi-pedaqoji fəaliyyətinin 60 illik zirvəsi

05.11.2026 / 22:04
Trampın xanımını Ukrayna mövzusun da təsadüfən fəallaşdırmayıblar... İşin içində iş var...

05.11.2026 / 21:49
Banklarda 4.6 milyard manat pul yatıb qalıb, kredit bazarında böhrandır... Bu necə olub?...

05.11.2026 / 21:35
Qul ticarəti qurbanlarından kim üzr istəməlidir - Britaniya kralı, ya baş nazir?

05.11.2026 / 21:21
Mətbuat Şurasının yeni tərkibdə ilk iclası keçirilib - FOTO

05.11.2026 / 21:14
Hikmət Hacıyev Ermənistana niyə getmişdi?

05.11.2026 / 21:06
Tramp seçki məğlubiyyətinin qisasını bu yolla ala bilər - çox qorxulu ehtimal...

05.11.2026 / 20:44
Ukraynanın taleyini Avropasız həll etmək iddiasında olan üç lider var... Kimlərdir?

05.11.2026 / 20:28
"Şuşa əməliyyatı tarixi Zəfərimizin zirvəsində dayanır" - Vüqar Rəhimzadə

05.11.2026 / 20:15
Avropa Ermənistanı Rusiyanın əlindən alır - Kreml qəzəb püskürür...

05.11.2026 / 19:50
Rusiya Trampın uduzmasından qəzəbləndi - Ukraynaya şiddətli hücumlar başladı...

05.11.2026 / 19:35
Paşinyan Azərbaycanla müəmmalı “üçtərəfli bir layihədən”(?) danışdı...

05.11.2026 / 19:12
ABŞ-da “seçki inqilabı” Azərbaycanın marağındakı bir məsələni də çətinə sala bilər...

05.11.2026 / 18:56
Azərbaycanlı professorun Türkiyədə rektor seçilməsinə imkan verməzlər... Həm də indi...

05.11.2026 / 18:40
Zəfər Günü münasibətilə Prezident İlham Əliyevə təbrik məktubları gəlməkdə davam edir

05.11.2026 / 18:34
Şavkat Mirziyoyev Prezident İlham Əliyevi Zəfər Günü münasibətilə təbrik etdi

05.11.2026 / 18:22
İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

05.11.2026 / 18:07
Fransa yenidən qarışdı – iki şəhərdə etirazçılar polislə toqquşdu, Parisdə də gərginlik artır...

05.11.2026 / 17:50
Nazir Vilayət Eyvazov xidmətə qəbulla bağlı sıra baxışı keçirdi - FOTO/VİDEO

05.11.2026 / 17:34
İran Trampsayağı ad iddiasına başladı - "Xəzər" yox, "Kaspian"?..

05.11.2026 / 17:29
“Yaxşı yazmaq yazıçının inqilabi borcudur.”

05.11.2026 / 17:04
Paşinyan Avrasiya Hökumətlərarası Şurasının hesabatını yerlə bir etdi – "...belə bir prosedur yoxdur"...

05.11.2026 / 16:37
“Artıq KTMT ilə heç bir ortaq maraqlarımız qalmadı” - Paşinyan

05.11.2026 / 16:20
Azərbaycanda əhali artımı xəbərdarlıq həddinə çatdı - vəziyyət 1950-ci illərlə müqayisə edilir...

05.11.2026 / 16:03
Paşinyan Moskvanın bir adamını da azadlıqda saxlamayacaq...

05.11.2026 / 15:59
Prezident İlham Əliyev braziliyalı həmkarını təbrik edib

05.11.2026 / 15:54
Prezident İlham Əliyev media nümayəndələrini təltif etdi

05.11.2026 / 15:51
Prezident Zəngilan Aqroparkının yaradılması ilə bağlı Fərman imzaladı

05.11.2026 / 15:47
Demokratların Trampı "aşırması" Azərbaycanla bağlı sual yaratdı...

05.11.2026 / 15:20
Media və Yayım Şurasında Vətən müharibəsinin mediada işıqlandırılması müzakirə olunub - FOTO

05.11.2026 / 14:33
Vuçiçin Moskvaya qaçan silahdaşlarının təyyarəsi Litva üzərindən geri qaytarıldı...

05.11.2026 / 14:14
Paşinyan Türkiyə gedir...

05.11.2026 / 14:06
Azərbaycanın konstitusiya tələbi Ermənistanda "baş-ayaq" təqdim olundu...

05.11.2026 / 13:50
Ermənistan hökuməti TRIPP-lə bağlı parlamentin fövqəladə iclasını çağırdı...

05.11.2026 / 13:43
"Azərbaycan radiosu milli yaddaşımızın və mədəni irsimizin etibarlı qoruyucularından biridir" - Əhməd İsmayılov

05.11.2026 / 13:39
Gələn ilin büdcəsində neftin qiyməti 65 dollar götürülüb

05.11.2026 / 13:25
Ünvanlı dövlət sosial yardımının məbləği artırılır...

05.11.2026 / 13:12
Ərdoğan Bakıya gəlir...

05.11.2026 / 13:04
Gələn il üçün yaşayış minimumu 314 manat müəyyən edilib

05.11.2026 / 12:57
“AİD Group” təhsil şirkətinin rəhbəri həbs olundu - dələduzluq, saxta sənədlər hazırlamaq ittihamı...

05.11.2026 / 12:40
Dronla İrandan Azərbaycana narkotik keçirilməsinin qarşısı alındı - DTX-dan əməliyyat...

05.11.2026 / 12:37
Putin və Cinpin Ağ Evin yeni zalında qonaq ola bilər - Tramp açıqladı...

05.11.2026 / 12:30
Mirzoyan Türkiyə ilə sərhədlərin hər an açıla biləcəyini deyir...

05.11.2026 / 12:20
Seçki məğlubiyyəti Ağ Evdə şok effekti yaratdı... Tramp dəyişikliyə hazırlaşır – Heqset və Rubio “vurula” bilər...

05.11.2026 / 12:09
​​​​​​​Nəqliyyat vasitələrinin utilizasiyası fondu ləğv edilir...

05.11.2026 / 11:57
Orta aylıq pensiya məbləğində 45 manat artım - 640 manat olacaq...

05.11.2026 / 11:43
Gələn il bir sıra sosial müavinətlər artırılacaq...

05.11.2026 / 11:25
BMT rəsmisi “ASAN xidmət” modelini digər ölkələr üçün nümunə adlandırdı

05.11.2026 / 11:07
Hörmüz boğazında minaya düşən iki tankerə köməyə gələn yedək gəmisi də alov aldı...

05.11.2026 / 10:51
Samvel Karapetyan barəsində 1 aylıq həbs qətimkan tədbiri seçildi...

05.11.2026 / 10:35
İranın lovğalanması Trampı hərbi əməliyyatları bərpa etməyə sövq edə bilər...

05.11.2026 / 10:31
Prezident: "Azərbaycan bundan sonra da Dayanıqlı İnkişaf Məqsədlərinin təşviqini dəstəkləyəcək"

05.11.2026 / 10:29
“ASAN xidmət” beynəlxalq maraq doğuran unikal Azərbaycan brendidir" - Prezident

05.11.2026 / 10:25
Dünya Azərbaycanlılarının VI Qurultayı keçiriləcək...

05.11.2026 / 10:25
Prezident İlham Əliyev beynəlxalq tədbir iştirakçılarına müraciət ünvanladı...

05.11.2026 / 10:16
Bakıda BMT İdarəetmə İnnovasiyaları Sammiti keçirilir

05.11.2026 / 09:52
Ukrayna Ryazanda neft zavodunu və Wildberries anbarını vurdu...

05.11.2026 / 09:28
Vens seçkilərdə respublikaçıların məğlubiyyətinin 4 əsas səbəbini açıqladı - buna dəydimi...

05.11.2026 / 09:10
SOCAR ABŞ-da 1,65 milyard dollarlıq aktiv alır - müqavilə imzalandı

05.11.2026 / 06:07
4 Knesset üzvü də Netanyahunu dəstəkləməyəcəyini açıqladı

05.11.2026 / 06:00
Tramp həm “impiçmentdən qorxmuram” dedi, həm də veto hüququnu xatırlatdı

04.11.2026 / 23:49
Macarıstan da Rusiya neft-qazından imtina edir…

04.11.2026 / 23:21
Prezidentin “Şərəf” ordeni ilə təltif etdiyi Kamran İmanov kimdir? - DOSYE

04.11.2026 / 21:40
Dünya Rusiyadan təhlükəsizlik təminatı istəyir, Rusiya isə Ukraynadan... Qalmaqal...

04.11.2026 / 21:19
Türkiyə Rusiyanın TDT üzvlüyünə rəsmi cavab verdi...

04.11.2026 / 21:04
Çində Ukraynaya sərfəli olmayan "yeni Yalta" sxemi hazırlanır...

04.11.2026 / 20:41
5 dövlət + NATO formatında Ukrayna ilə bağlı maraqlı müzakirə başladı...

04.11.2026 / 20:24
Tramp çox əlamətdar tarixi gündə İsrailə 4 milyardlıq hərbi yardımı kəsdi...

04.11.2026 / 20:07
Erməni mediası 2009-dan sonra Türkiyədə verdiyimiz yatırımlara qəribə izah verir... Guya...

04.11.2026 / 19:50
Trampın uduzmasından sonra da neftin bahalaşması dayanmadı...

04.11.2026 / 19:26
AK Parti Türkmənistanda da dini işlərlə ilgilənməyə başladı... Hicab da olacaq?

04.11.2026 / 19:10
Bu ana kimi onlar bizdən pul qazanırdılar, indi Azərbaycan mətbuatı onlardan qazanacaq...

04.11.2026 / 18:51
Amerikalıların son Qarabağ müharibəsindən kitab yazmaqlarının ayrı mənası var...

04.11.2026 / 18:35
Samvel Karapetyan, keçmiş PA rəhbəri və daha 36 nəfər saxlanıldı - Paşinyan rəqiblərini məhv edir...

04.11.2026 / 18:16
Ramiz Mehdiyevin çevriliş planını Rusiyaya kim çatdırıb? - YENİ FAKTLAR...

04.11.2026 / 18:02
Netanyahu bu vəziyyətə düşdü - hökumətə həm indiki iqtidar, həm də müxalifət rəhbərlik edəcək...

İşğaldan azad rayonlarımızda insan faktoru həlledicidir - Məskunlaşmanın əsas istiqamətləri...

XƏBƏR ARXİVİ