Rusiya Birbaşa İnvestisiya Fondunun (RDIF) rəhbəri və Prezidentin xüsusi nümayəndəsi Kirill Dmitriyev ABŞ-ın keçmiş prezidenti Baydenin oğlu Hunter Baydenə ailəsinin Ukraynadakı korrupsiya və biolaboratoriya layihələrində iştirakı haqqında ictimaiyyətə açıqlama verməyə çağırıb.
Hunter Baydenin sosial mediada paylaşdığı "Bu əsrdə heç bir Demokrat namizəd seçki bülletenində Baydenin adı olmadan seçkilərdə qalib gəlməyib" yazısına cavab olaraq Dmitriyev dedi: "Əziz Hunter... Ailənizin Ukraynadakı korrupsiya fəaliyyətləri, biolaboratoriyalar, Burisma şirkətinin qanun pozuntuları və o məşhur "rəis üçün 10%" məsələsi barədə bütün həqiqəti danışanda özünüzü daha rahat hiss edəcəksiniz. Xahiş edirəm, danışın".
Tahir TAĞIYEV