çərşənbə günü, 23 sentyabr 2026
     

"Bala Göyçə” əməliyyatında şəhid oldu - sonradan “Azərbaycan Bayrağı” ordeni ilə təltif olundu...

Image


“Çox istərdim ki, Asimanımın adına ya bir məktəb verilsin, ya da...”

Bir səs gəlir qulağıma,

Ağlama, anam ağlama

Yaraların düymə-düymə

Ürəyinə alov salıb

Dərdi qəlbinə bağlama

Ağlama anam, ağlama...

Şəhid oğulu Asiman Nafiyyət ananın sinəsinə düymə-düymə yaralar düzüb. “Oğul, oğul” deyib yaxa giryan, baş açıq dərdin yollarına düşüb ana. “İki balası qalıb balamın” deyir ana. Yaran nə dərindir, ay ana, qaysaq tutmaz o yaran.

Gəncədə tanış olduq Qisas əməliyyatı şəhidi Asiman Mehman oğlu İmamverdiyevin anası Nafiyyət xanımla. “Canım canına qurban, mənim balamdan da yaz” dedi. Kövrəldim, boynuna sarıldım. Ananın yanan ürəyinə bir az təsəlli olmaq istədim. “Narahat olmayın, mütləq yazaram” dedim. Asimanın vəfalı həyat yoldaşı Maral da orada idi. Nəzakət Məmmədovanın rəhbərlik etdiyi Mədəniyyət Nazirliyi Respublika Xatirə Kitabı Redaksiyasının ərsəyə gətirdiyi “44 Gün-Tarixi zəfər” dördcildliyin II, III, IV cildliyinin Gəncədə keçirilən təqdimat mərasiminə Nafiyyət ana da, Maral da gəlmişdi.

Asiman kimi oğul yetişdirib verib Vətənə Nafiyyət ana. Ürəyi qəm evi olsa da, yenə də qürurludur. Gözləri ağlasa da, səsində həlimlik var.

Asiman İmamverdiyev 1988-ci il avqustun 2-də Gəncə şəhərində anadan olub. Gəncə şəhəri 8 nömrəli tam orta məktəb bitirib.

Azərbaycan Ordusunun giziri Asiman İmamverdiyev 2022-ci il sentyabrın 12-də Ermənistan Silahlı Qüvvələri tərəfindən törədilən genişmiqyaslı təxribatın qarşısının alınması zamanı şəhid olub. Gəncə Şəhidlər Xiyabanında dəfn olunub.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Asiman İmamverdiyev “Azərbaycan Bayrağı” ordeni ilə tətif edilib.

Azərbaycan Respublikasının ərazi bütövlüyünün bərpa edilməsi uğrunda gedən döyüş əməliyyatlarında iştirak edərək igidlik və mərdlik göstərmiş, hərbi hissə qarşısında qoyulmuş tapşırıqların icrası zamanı vəzifə borcunu şərəflə yerinə yetirərək şəhid olmuş Asiman İmamverdiyev "Vətən uğrunda” medalı ilə tətif edilib.

Nafiyyət ana oğlu haqda danışmazdan əvvəl onu dedi ki, bəziləri şəhidlərimiz arasında ayrı-seçkilik edir, bəzən 44 günlük Vətən müharibəsi şəhidləri ilə Qisas əməliyyatı şəhidləri arasında fərq qoyanlar tapılır. “Asiman “Azərbayacan Bayrağı” Ordeninə layiq görülüb şəhid olandan sonra, amma onun barəsində bir ətraflı söhbət edilməyib, yaxu da deyilməyib. Sanki demək istəmirlər. Mən “Qisas” əməliyyatının necə keçdiyini, orada nələr olduğunu bilmirəm. Amma heç vaxt eşitməmişəm ki, bir televiziya verilişində, yaxud şəhidlərə həsr olunan tədbirlərdə “Qisas” əməliyyatı, orada şəhid olanlar haqda söhbət getsin. Ona görə mən keçən dəfə sizə müraciət elədim. Dedim ki, “Qisas” əməliyyat haqqında heç bir məlumat yoxdur, danışılmır. Niyə? Nədən? Birinci bu. İkincisi də ki, o vaxt da demişəm, indi də deyirəm, onun xəstə uşağı var evdə. Şəhid oğlumun övladı ürək xəstəsidir, əməliyyat olunasıdır. Heç vaxt gəlib maraqlanıb demirlər ki, bu uşağın vəziyyəti necədir? Bir dəfə yoxlayım, bir maraqlanım, görüm nə təhər dolanırlar, nə təhərdirlər? Şəhid uşağıdır...Maraqlanmaq lazımdır...”

Ana istəyir ki, oğlunun rəşadəti haqda yazılsın, veriliş çəkilsin. “O, “Azərbaycan Bayrağı” Ordeni ilə təltif olunubsa, onun haqqında məlumat verilsin. Asimanımın çox keşməkeşli, çətin həyat keçib, pis vəziyyətdə yaşayıb. Bir ana, iki onun ümidində olub. Bizə arxa-dayaq idi. Evimin işığı balam indi yoxdur. Özü getdi iki balası qaldı. Boyunları buruq, könülləri qırıq. Həyat yoldaşı da şəhid qızıdır. Şəhid qızı aldı, ona söz verdi ki, mən Marala ömrü boyu simsar, dost-sirdaş, arxa-dayaq olacağam, ola bilmədi.

Çox istərdim ki, Asimanımın adına ya bir məktəb verilsin, ya da başqa şəkildə adı əbədiləşdirilsin. “Azərbaycan Bayrağı” Ordeni ilə təltif olunub. On il hərbidə can qoydu, işlədi. Ən azından onlara qiymət versinlər. Balam yüksək adla şəhid olub, vətən uğrunda canını fəda edib. Ürəyim qan ağlasa da, balamla fəxr edirəm. Asiman mənim yeganə oğlumdur. Ondan başqa oğlum yoxdur. Qolum-qanadım qırıldı, məni oğulsuz qoydu.

Asiman İmamverdiyevin həyat yoldaşı Maral danışır: “Asiman iki bacının tək qardaşı olub. Bir övlad kimi çox düşüncəli və ağıllı olub. Asiman kiçik yaşlarından əziyət çəkən və çalışqan olub. Çünki o zamanlar dolanmaq çətin idi. O da çalışırdı ki, ailəsinə köməyi olsun və olurdu da. Asimanla bir-birimiz uşaqlıqdan tanmışıq. Xala qızı, xala oğluyuq. Uşaq vaxtı heç yola getməzdik, həmişə məni cırnadırdı. Elə oldu ki, artıq biz böyüdük. Asiman əsgəliyə getdi. Əsgərlikdən qayıtdıqdan sonra Asiman üçün çətin günlər başladı. Hər zaman isdəyirdi ki, ailəsi yaxşı yaşasın, heç kimə möhtac olmasın. İnanın ki, onun necə çətinliklə eyni zamanda iki işdə işləməsini görmüşəm. Bir dəfə bərk xəstələndi, bir aya qədər xəstəxanada yatdı. Sonradan yavaş-yavaş hər şeyi qaydasına düşməyə başladı. Günlərin birində Asiman mənə evlənmək təklifi etdi. Bir müddətdən sonra ailə qurduq. Çox xoşbəxt bir ailə olduq. Asiman hərbidə işləməklə bağlı istəyini dilə gətirdi. Biz onun hərbidə işləməyinə razı deyildik. Amma israrlarımıza baxmayaraq hərbini seçdi və kursant kimi Bakı şəhərinə oxumağa getdi. Oxuyub geri qayıtdıqdan sonra Göygöl rayon Toğana kəndində N saylı hərbi hissəsində xidmətə başladı. Sonralar xidmətini başqa yerlərdə davam etdirdi. Oğlumuz Nicat dünyaya gəldi. Asiman ata, ailə başçısı olaraq da çox mükəmməl birisi idi. Düzdü, çox əziyət çəkirdi, bizimlə vaxt keçirə bilmirdi. Sonra qızımız Nuray dünyaya gəldi. Övladlarımızın adlarını özü qoyub. Uşaqları o qədər çox sevirdi ki... Yorğun belə olsa onlarla çox gözəl vax keçirirdi. Deyirdi ki, Allah bu balaların üzünə baxıb bizə ruzi verir. “Uşaqlar nə istəsə onlar üçün yarat, mən sizin yanınızda olmasam da sən onların həm atası, həm də anasısan, onlara yaxşı bax” deyirdi. Mənim də öz uşaqlığım ağrı-acı ilə, qüssə ilə doludur. Hec yaxşı uşaqlığım olmayıb. Atamı 3 yaşımda itirmişəm. Atam 1993-cü ilin fevral ayının 25-də Ağdərə uğrundə gedə döyüşlərdə şəhadətə ucalıb. O Vətən uğrunda döyüşüb şəhid oldu, amma mən xoşbəxt övlad kimi böyüyə bilmədim. Asimanla ailə qurana qədər xoşbəxtliyə həsrət idim. Məndən soruşsanız ki, həyatınızda ən gözəl gününüz nə vaxt olub? Deyərdim ki, Asimanla başlayan ömür yolum. Bu xoşbəxt ömür yolumuz 10 il davam etdi. Bu 10 ildə üst-üstə heç 2 il baş-başa ola bilmədik. Amma çox xoşbəxt idik. Amma bir tərəfdən bir sıxıntımız vardı. Qızımız Nurayın anadan gəlmə ürək qüsuru vardı. Bunu 5 ayında bildik. Aparmadığımız xəstəxana qalmadı, heç bir həkim əməliyyatı üzərinə götürmədi. Nurayı onunla birlikdə 7 il boynumuzda gəzdirdik. Asiman şəhid olduqdan 1 il sonra Nurayı əməlyat etdirdik... İndi Nuray çox yaxşıdı. Bir əməlyatı qalıb, onun da öhdəsindən gələrik. Amma bizim bir xoşbəxliyimiz vardı-Asiman... Elə ailə canlı, gözəl ürəyə sahib biri bir də bu dünyaya gəlməz. Hərdən elə bilirəmki Asiman yaşayır, nə zamansa gələcək, amma gələcəyi günü bilmirəm...Gözləyirəm...Bəzən öz-özümə deyirəm ki, Asiman bizi bu 4 ildə necə oldu unutdu, aramaz, zəng vurmaz? Amma o elə bir yerdədir ki, gəlməsi mümkün deyil. İnanın, atami itirəndə canımın bu qədər yadığını hiss etmirdim, amma indi mənə çox çətindir. Mənim üçün daha da çətindi, çünki bu iki körpəyə cavabdehəm. Bu da çətindir”.

AsimanToğana, Gədəbəy, Kəlbəcər rayonlarının müdafiəsində yaxından iştirak etmişdi. 191 saylı postu aldığı üçün şəhidin adı həmin posta verildi. Sentyabrın 12-dən 13-nə keçən gecə "Bala Göyçə", "Buğda dağı" əməliyyatı nəticəsində şəhid oldu Asiman. Rəşadəti, cəsarəti, vətənpərvərliyi ilə yaddaşlarda qaldı igid Asiman. Onun ruhu adı kimi asimandadır. Oradan cüt balasına, gözü yaşlı anasına və həyat yoldaşına boylanır...

“Göyləri yandırır amanım-ahım, tək oğlum, hardasan” deyir anası. “İki balanı, yadigarlarını göz bəbəyim kimi qoruyub sənə layiq övladlar olaraq yetişdirəcəyəm” deyir Maral xanım. Asiman barədə məlumat az olsa da, o, öz igidliyi, cəsarəti ilə adını Vətən torpağına yazıb. “Qisas” əməliyyatı ilə düşmənə tarixi dərs verən oğullardan biri olan Asiman İmamverdiyev Vətənə layiqli oğul olduğunu sübut etdi.

Qəhrəman Cavad xanın Gəncəsində doğulan qəhrəman Asiman özündən sonra örnək bir ömür yolu qoydu. O yolun yolçuları Nicat və Nuray atalarının igidliyi ilə hər zaman qürur duyacaqlar. Atasız qalsalar da, Vətən onlara atadır...

İradə SARIYEVA

Gəncə-Bakı



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

22.09.2026 / 13:15
Qafqaz Albaniyasının möhür və damğaları

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ