İsrailin Müdafiə naziri Katz sosial media hesabında verdiyi açıqlamada İsrail ordusunun Livan, Suriya və Qəzza zolağında işğal etdiyi ərazilərdən çəkilməyəcəyini və işğalın davam edəcəyini bildirib. Katz, lazım gələrsə, Qərb Şəriyəsində hədəf alınan qaçqın düşərgələrinin sayının arta biləcəyi ilə hədələyib.
ABŞ və İran arasındakı danışıqlara toxunan nazir Katz, Trampın İranın nüvə və ballistik raket proqramlarına son qoymaq prinsiplərini, eləcə də bölgədəki proksi qüvvələri ilə bağlı "digər prinsipləri" dəstəkləməsini gözlədiklərini deyib.
Katz iddia edir ki, ABŞ prezidenti Donald Tramp ABŞ və İsrailin ortaq maraqlarına əsaslanan "İranın nüvə silahı əldə etməsinin qarşısını almaq" üçün bir razılaşmaya rəhbərlik edib.
Nazir həmçinin bildirib ki, o və Netanyahu İsrail ordusuna İranın nüvə silahı əldə etməsinin qarşısını almaq üçün gələcəkdə müstəqil hərəkət etməyə hazırlaşmaq barədə təlimat veriblər.
Tahir TAĞIYEV