Bu gün "Əl-Ərəbiyyə" telekanalı "məlumatlı mənbələrə" istinadən bildirib ki, İran və ABŞ arasında müharibənin dayandırılmasına dair mümkün müqavilənin "rəqəmsal imza mərasimi" bazar günü keçirilə bilər. Məlumata görə, mərasimdə İran parlamentinin sədri Məhəmməd Baqer Qalibaf, ABŞ-nin vitse-prezidenti Cey Di Vens, habelə, Qətər və Pakistan nümayəndələrinin iştirakı nəzərdə tutulur. Bununla belə, bu iddia İranın Fars xəbər agentliyinin daha əvvəl yaydığı məlumatla ziddiyyət təşkil edir.
İRADƏ