çərşənbə günü, 23 sentyabr 2026
     

Tramp İranla bağlı 10-dan çox dövlətin adını öz “şərikləri” kimi çəkdi, birinin də səsi çıxmadı...

Image


Züriyə Ruslanqızı: “Onların hələlik diplomatik manevr imkanlarını qorumağa çalışdıqlarını da göstərə bilər”

ABŞ prezidenti Donald Tramp Tehranla danışıqların uğurla başa çatması səbəbindən cümə axşamı günü İrana planlaşdırılan zərbələri ləğv etdiyini açıqladı və sülh müqaviləsinin imzalanmasının yaxınlaşdığına işarə etdi.

O, sosial media hesabı olan “Truth Social”-da yazıb: "İran İslam Respublikası ilə danışıqların İran rəhbərliyinin ən yüksək səviyyələrinə qaldırıldığı və təsdiqləndiyinə görə, mən, ABŞ prezidenti olaraq, bu axşam İrana planlaşdırılan zərbələri və bombardmanları ləğv etdim".

"Müzakirə və yekun məqamlar ABŞ, İsrail, Səudiyyə Ərəbistanı, BƏƏ, Qətər, Türkiyə, Pakistan, Bəhreyn, Küveyt, İordaniya, Misir və digərləri də daxil olmaqla bütün maraqlı tərəflər tərəfindən həm konseptual, həm də ətraflı şəkildə təsdiqləndi. Dəniz blokadası bu razılaşma yekunlaşana qədər qüvvədə qalacaq. İmzalanma vaxtı və yeri tezliklə açıqlanacaq", Tramp əlavə edib.

Tramp daha sonra jurnalistlərə imzalanmanın bu həftə sonu, ehtimal ki, Avropada baş tuta biləcəyini bildirib.

Bir neçə saat sonra İran Xarici İşlər Nazirliyinin sözçüsü İsmayıl Baqayi bildirib ki, "İran razılaşma ilə bağlı yekun nəticəyə gəlməyib". O, əlavə edib ki, məsələ "hazırda müvafiq qərar qəbuletmə orqanları tərəfindən nəzərdən keçirilir".

Tasnim xəbər agentliyi Donald Trampın son iki ayda 38 dəfə razılaşmanın bağlanacağını elan etdiyini bildirib. Agentliyin hesabatında deyilir: "İran mümkün razılaşmanı elan edənə qədər Trampın bu məsələ ilə bağlı hər hansı bir xəbəri əvvəlki açıqlamaları ilə eyni qəbul edilməlidir".

Lakin jurnalistlərin “İranın Ali Lideri Ayətullah Müctəba Xameneinin Tehran-Vaşinqton razılaşmasını təsdiqləyib-təsdiqləmədiyi” barədə sualına Tramp belə cavab verib: "Mənim başa düşdüyüm budur ki, bəli".

Ağ Ev rəhbəri daha əvvəl İranın yaxın saatlarda ABŞ-ın güclü zərbəsinə məruz qalacağını və bütün neft və qaz bazarının yaxın gələcəkdə Amerikanın nəzarəti altına keçəcəyini bildirmişdi. ABŞ və İran son iki gündür ki, qarşılıqlı zərbələr alırlar.

Tramp deyir ki, İranla razılaşmamızın mətni bütün maraqlı ölkələrlə razılaşdırılıb və Türkiyə,Pakistan, Səudiyyə Ərəbistanı, İsrail, Bəhreyn, İran və başqa ölkələr daxil olmaqla 11 ölkənin adını çəkir.

Maraqlıdır ki, İrandan başqa bu ölkələrin heç biri reaksiya verməyib, bu ölkədən başqa heç bir ölkənin reaksiyası yoxdur ki, doğrudan da belə bir mətnin hazırlanmasının son variantından onların xəbəri var, yoxsa yoxdur. Niyə buna reaksiya vermirlər? Trampın yalanını üzə çıxarmaq istəmirlər, yoxsa Trampdan qorxurlar? Ya doğrudan bu məsələdə əlləri var? İranın qorxusundan reaksiya vermirlər?

Politoloq Züriyə Ruslanqızı (Qarayeva) baki-xeber.com-a bildirdi ki, bu məsələdə həmin ölkələrin susmasını birbaşa Trampdan qorxmaları ilə izah etmək düzgün olmazdı: “Diplomatiyada bəzən susmaq da mövqe ifadə etməyin bir formasıdır. Əgər həqiqətən də hansısa mətn üzərində qeyri-rəsmi məsləhətləşmələr aparılıbsa, iştirakçı ölkələr danışıqlar yekunlaşmadan detalları açıqlamaq istəməyə bilərlər. Digər tərəfdən, Trampın açıqlaması ilə tam razılaşmasalar belə, Vaşinqtonla münasibətlərə zərər verməmək üçün açıq təkzib yolunu seçməmələri mümkündür. Xüsusilə Türkiyə, Səudiyyə Ərəbistanı, Pakistan və Körfəz ölkələri həm ABŞ, həm də İranla müəyyən səviyyədə əlaqələri qorumağa çalışırlar və bu səbəbdən tərəflərdən birinin bəyanatına sərt reaksiya verməkdən yayınırlar”.

Z.Ruslanqızının sözlərinə görə, digər ehtimal isə ondan ibarətdir ki, Trampın dediyi “razılaşdırılıb” ifadəsi formal təsdiqdən yox, məsləhətləşmələrdən və ya ilkin razılaşma siqnallarından bəhs edir. “Belə hallarda ölkələr özlərini prosesin rəsmi tərəfi kimi göstərmək istəmirlər. İranın sərt etiraz etməsinin səbəbi isə fərqlidir: Tehran daxili auditoriyaya və regiona göstərmək istəyir ki, ABŞ təzyiqi altında hansısa sənədə imza atmağa məcbur olmayıb. Buna görə də hazırkı mənzərə Trampın mütləq yalan danışdığını deyil, tərəflərin eyni prosesi fərqli formada təqdim etdiyini göstərə bilər. Ən azı digər ölkələrin susması onların prosesdən tam xəbərsiz olduğunu sübut etmir; əksinə, onların hələlik diplomatik manevr imkanlarını qorumağa çalışdıqlarını da göstərə bilər”-deyə Z.Ruslanqızı qeyd etdi.

İradə SARIYEVA



VİDEO

Biri ermənini öpür, biri sovet bayrağı qaldırır... Günümüzə baxın! - VİDEO

Lavrov işdən kənarlaşdırılır, yoxsa oyun qurulur? - VİDEO

Dünyada xaos böyüyür, Azərbaycana təhlükə də artır... - VİDEO

Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

Ermənistanda keçmiş "Arsax"la bağlı qondarma dövlət qurumları qadağan edildi...

Qərbdə Azərbaycana qarşı media kampaniyaları hər gün güclənir - səbəb...

SON XƏBƏRLƏR

23.09.2026 / 14:52
Trampın “Husilər taktikası”- Məkkə sazişlərinə qarşı düşünülmüş taktika...

23.09.2026 / 14:35
Mirzoyan Ermənistan hökumətinin TRIPP sazişi üzrə nümayəndəsi təyin edildi

23.09.2026 / 14:27
Onları ABŞ-dan Türkiyə gözləyirdi – 24 milyarda başqa dövlətə satdı... Səbəb?..

23.09.2026 / 14:14
İrəvanda keçirilməsi planlaşdırılan Azərbaycan və Ermənistan ekspertlərinin görüşü təxirə salındı

23.09.2026 / 14:08
Qafqaz Albaniyası və Efiopiya yazı sistemləri kontekstində erməni əlifbasının mənşəyi...

23.09.2026 / 13:59
Bərdədə “Kalaşnikov” satmaq istəyən şəxs tutuldu

23.09.2026 / 13:46
Kiyev iki rus oliqarxa qarşı sanksiyaların ləğvinə sərt reaksiya verdi - Zelenski ilə Lyayen arasında gərgin görüş...

23.09.2026 / 13:29
Oktyabrda Azərbaycanla Türkiyə elə sazişlər imzalayacaq ki... Gözləməyə dəyər...

23.09.2026 / 13:28
Rusiya Odessada yük gəmisini vurdu…

23.09.2026 / 13:14
ABŞ Dövlət katibi əmin danışdı - Putin Ukraynaya qarşı müharibədə qalib gələ bilməyəcək…

23.09.2026 / 13:11
Bodrumda yerli həyatın izində: Egey sahilinin fərqli üzünü kəşf edin - FOTOLAR

23.09.2026 / 12:56
İranla müharibədə ölən ABŞ hərbçilərinin sayı 19-a çatdı…

23.09.2026 / 12:42
Şara Trampa Nyu-Cersini İsrailə verməyi təklif edib - Onlara vermək üçün Qolan təpələriniz yoxdur, amma Nyu-Cersi sizindir…

23.09.2026 / 12:30
Prezident İsveçin yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 12:27
ABŞ bu gün “Tramp marşrutu” ilə bağlı yeni fondun yaradıldığını elan ediləcək…

23.09.2026 / 11:40
Fransaya casusluqda ittiham olunan Martin Ryan da əfv olundu

23.09.2026 / 11:36
Rusiya Ukraynaya daha bir genişmiqyaslı hücuma hazırlaşır - Zelenski xəbərdarlıq etdi…

23.09.2026 / 11:23
Prezident əfv Sərəncamı imzaladı

23.09.2026 / 11:17
Naxçıvanda 10 min manatlıq dələduzluq - tanınmış idmançı saxlandı...

23.09.2026 / 11:15
Prezident İlham Əliyev Estoniyanın yeni səfirini qəbul etdi - FOTO

23.09.2026 / 11:12
Prezident İlham Əliyev Səudiyyə Kralını təbrik etdi

23.09.2026 / 11:02
“Azərbaycanla dəmir yolu əlaqəsi quracağıq” - Paşinyan ABŞ-da TRIPP-dən danışdı…

23.09.2026 / 10:45
Tramp Hikmət Hacıyevin "Newsmax"a müsahibəsini paylaşdı

23.09.2026 / 10:32
Hörmüz boğazında İranın Qeşm adası yaxınlığında güclü partlayış - 10 nəfər öldü…

23.09.2026 / 10:20
Dağ-mədən və metallurgiya sənayesinin inkişafına dair Dövlət Proqramı təsdiqləndi

23.09.2026 / 10:15
Ev şəraitində hazırlanıb bazara çıxarılan qidalara sertifikat tələbi olunur? - AQTA-dan iddialara cavab...

23.09.2026 / 09:53
Bü gün Nyu-Yorkda Lavrov və Rubio arasında görüş keçiriləcək

23.09.2026 / 09:42
Rusiya erməniləri Avropaya inteqrasiyanın təhlükələrini qiymətləndirməyə çağırdı…

23.09.2026 / 09:37
Fransa Avroittifaqın sanksiya qərarından yararlana bilmədi - Usmanov siyahıdan çıxarıldı

23.09.2026 / 09:25
Uzun mübahisələrdən sonra Qrenlandiyanın təhlükəsizliyi ilə bağlı saziş imzalandı - Tramp istədiyini aldımı...

23.09.2026 / 09:19
Məmməd Musayevə ilə cinayət işi açıldı...

23.09.2026 / 08:52
Restoranda müştərinin bank kartını oğurlayıb 1590 manatını ələ keçirdi...

23.09.2026 / 08:29
Ceyhun Bayramov ABŞ Prezidentinin ev sahibliyi etdiyi qəbulda iştirak edib

23.09.2026 / 08:10
Ceyhun Bayramov Əraqçi ilə görüşdü....

22.09.2026 / 23:34
Ərdoğanın BMT-də çıxışı zamanı İsrail heyəti, Trampın çıxışı zamanı isə kubalılar zalı tərk etdi…

22.09.2026 / 23:08
Nyu-Yorkda ABŞ və İran arasında 3 saat davam edən sürpriz görüş - Tramp açıqladı…

22.09.2026 / 22:53
Səfirlik İranda qalan vətəndaşlarımızın ölkəyə qayıtması məsələsinə aydınlıq gətirdi - quru yolla...

22.09.2026 / 22:47
İran Hörmüzü açmaq üçün ABŞ qarşısında şərt qoydu – blokada və hərbi təzyiqi dayandırın...

22.09.2026 / 22:30
NATO Rusiya sərhədində nüvə silahı yerləşdirir - Litva ilk addımı atdı...

22.09.2026 / 22:19
Lukaşenkonun Suvalk təlimi - Avropa Rusiya ilə müharibə hazırlığına başladı...

22.09.2026 / 22:12
"...Azərbaycan və Ermənistan arasında davamlı sülh bərqərar olacaq" - Ərdoğan

22.09.2026 / 21:57
Vahid məktəbli formasına xor baxanlara mesaj - Bilirsiniz bu forma nələr edir...

22.09.2026 / 21:35
Sərhədlər açıq olsaydı Rusiya Tiflisə qarşı bu planı Bakıya da tətbiq edərdi...

22.09.2026 / 21:18
Özbəkistanın Türkiyə dəmiryollarına çıxışı Naxçıvana böyük gələcək vəd edir...

22.09.2026 / 21:02
Putin Ermənistan dövlətini təbrik etdi, Paşinyanı təbrik etmədi...

22.09.2026 / 20:43
Paşinyan mövqeyini dəyişmir: Rusiyanın Ermənistan dəmir yollarını idarə etməsinə son qoyulmalıdır...

22.09.2026 / 20:27
Revanşçılar Ermənistanın müstəqilliyini Kərki kəndində qeyd etdilər - Kərki ilə bağlı plan gözlərində qalacaq...

22.09.2026 / 20:23
“Formula 1”lə əlaqədar sabahdan universitetlərdə dərslər distant olacaq

22.09.2026 / 20:10
Xristianlığı dövlət dini kimi ilk qəbul edən Azərbaycan dövləti - Erməni iddiaları zibilliyə atıldı...

22.09.2026 / 19:54
Ceyhun Bayramov BMT Baş Assambleyasının 81-ci sessiyasının Ümumi Debatının açılışında iştirak edib

22.09.2026 / 19:47
İran aviaşirkətlərinin Azərbaycana uçuşu dayandırılır...

22.09.2026 / 19:36
Lənkəranda evdən içərisində 75 min manat olan seyf oğurlandı...

22.09.2026 / 19:30
"Azərbaycan Prezidenti bildirdi ki, 6 ayda möcüzə yaratmışam" - Tramp

22.09.2026 / 19:27
Xocavənddə Azərbaycan, Türkiyə və Özbəkistan hərbçilərinin birgə təliminin açılışı oldu - FOTO/VİDEO

22.09.2026 / 19:16
Makron Bakıya qarşı yeni plan qurub - bir özbək milyarderin üzərindən...

22.09.2026 / 19:04
Kommunist Partiyasının siyasi varisi Almaniyada hakimiyyətə gəlir

22.09.2026 / 18:55
Azərbaycandan Gürcüstanın ərazi bütövlüyünə tam dəstək - qondarma “seçkiləri”ni tanımırıq...

22.09.2026 / 18:48
Ermənistanın baş kəşfiyyatçısı Bakıda

22.09.2026 / 18:30
Tramp Çinlə birlikdə Rusiyaya qarşı “süni intellekt planı” işləyir...

22.09.2026 / 18:16
Avropanın elektrik təminatı Azərbaycan və Türkiyənin əlində cəmləşə bilər... Oktyabrda saziş...

22.09.2026 / 17:59
Paşinyan 102-ci bazadan sonra Rusiya sərhədçilərinin də ayağını ölkədən kəsmək istəyir...

22.09.2026 / 17:45
Neft 120 dollara qalxır - Yəməndə münaqişənin təsirləri regionun hüdudlarını aşdı...

22.09.2026 / 17:20
Azərbaycanla Türkiyə hərbi əməkdaşlıq və regional təhlükəsizlik məsələlərini müzakirə edib

22.09.2026 / 17:15
Özbəkistan Fransa ilə İlham Əliyevdən xəbərsiz nə hazırlayıb - Usmanov işi...

22.09.2026 / 16:57
Eldəniz Quliyev: “Yaranan situasiya ilə əlaqədar yeganə çarəmiz ölkə başçısına müraciət etmək idi” - MÜSAHİBƏ

22.09.2026 / 16:39
ABŞ mliyyə naziri Hörmüz boğazı barədə inanılmaz sözlər danışdı...

22.09.2026 / 16:08
Putin Duma seçkisindən sonra ümumi səfərbərlik edəcək – Avropada panika...

22.09.2026 / 15:45
Ərdoğan BMT TŞ-də veto hüququnun ləğvini istədi – Rusiya qarşı çıxdı...

22.09.2026 / 15:37
Kənan Musayev: “Tələbimiz odur ki, alternativ namizdələrin iştirakı ilə seçki yenidən keçirilsin”

22.09.2026 / 15:35
ABŞ Lavrovun müavininə viza verməkdən imtina etdi...

22.09.2026 / 15:12
Maarif Məhərrəmbəyli: “Seçkinin nəticələri ləğv olunmalıdır”

22.09.2026 / 14:38
DİN müsabiqə elan edir

22.09.2026 / 14:30
“AzerGold” 2030-cu ilədək illik dövriyyəsini 1 milyard manata çatdırmağı hədəfləyir

22.09.2026 / 14:03
"Dağ-mədən sənayesinin son məhsula qədər tam zənciri yaradılmalıdır" - Prezident

22.09.2026 / 14:01
Prezident İlham Əliyev Azərbaycanda dağ-mədən sənayesinin inkişafını əngəlləyən səbəblərə toxundu

22.09.2026 / 13:57
Prezident: "Bu gün bizdə ehtiyat generasiya gücləri kifayət qədər böyükdür"

22.09.2026 / 13:55
"Yeni proqram regionların sosial-iqtisadi inkişafına dair gündəliyimizi əks etdirir" - Prezident

22.09.2026 / 13:49
IV Bakı Təhlükəsizlik Forumu işə başlayıb

22.09.2026 / 13:35
Bakıda daha bir estetik klinikada "ÇP" çıxdı - ali təhsili olmayan "kosmetoloq" əməliyyat aparır...

22.09.2026 / 13:22
Daşkəsəndə narkotiklərin satışı ilə məşğul olan şəxs saxlandı

22.09.2026 / 13:15
Qafqaz Albaniyasının möhür və damğaları

Əliyev Qarabağda dünya presedenti yaratdı - işğala son, separatçılara cəza presedenti...

XƏBƏR ARXİVİ